BROM
BRONXİAL
OBASTAN VİKİ
Anna Bronte
Enn Bronte (ing. Anne Brontë 17 yanvar 1820[…] – 28 may 1849[…], Skarboro, Nort-Yorkşir[d]) — ingilis yazıçısı. Enn Brontenin ailə üzvlərinin hamısı, özü də daxil olmaqla vərəmdən vəfat etmişdır. Enn Brontenin sonuncu çapdan çıxmış əsəri "Uayldfell-Holldan olan yad qadın" adlanır.
Brondbü FK
Brondbü FK (dan. Brøndbyernes Idrætsforening) — Danimarka peşəkar futbol klubu. 1964-cü ildə eyni adlı şəhərdə təsis edilmişdir. Ölkənin ən yüksək liqası olan Superliqada çıxış edir və ən titullu klublardandır. == Tarixi == 1964-cü ildə yaradılan Brondbü həvəskar klub kimi altıncı liqada mübarizə aparmağa başlayır. 1967-ci ildə klub Zelandseriyaya (5-ci liqa) yüksəlir. Daha bir neçə il sonra komanda gücünə görə dördüncü liqada — Danmarkseriyada mübarizə aparmağ başlayır. 1973-cü ildə Danimarka millisinin üzvü Finn Laudrup komandaya baş məşqçi təyin edilir. Finn Laudrup oğulları Mikael və Brianı isə Brondbünün uşaq məktəbinə gətirir. Lakin Finn Laudrup cəmi 3 il bu vəzifədə qalır.
Bronislav Boqatıreviç
Bronislav Boqatıreviç (24 fevral 1870 və ya 24 aprel 1870 – 6 aprel 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həyatı == Bronislav Boqatıreviç xidmətinə rus ordusunun zabiti olaraq başlamışdır. Daha sonra Polşa müstəqilliyini qazandıqdan sonra xidmətinə burada davam etmişdir. Sovet-Polşa müharibəsi zamanı Belarus ərazisində müdafiə qüvvələrinə komandanlıq etmişdir. Bu döyüşdən sonra orduda xidmətinə davam etdi və Ali Hərbi Məktəbdə təhsilini başa vurduqan sonra general rütbəsinə qədər yüksəlir. 1939-cu ildə Polşa Sovet ordusu tərəfindən işğal edildikdən sonra Bronislav Boqatıreviç NKVD tərəfindən həbs olundu. 1940-cu ilin aprel ayında Katın qırğınında qəltə yetirilən 14 Polşa generalından biri də o idi.
Bronislav Komorovski
Bronislav Maria Komorovski — 2010–2015-ci illərdə Polşa prezidenti. == Həyatı == 1952-ci ildə anadan olub. Varşava Universitetinin tarix fakültəsini bitirib. Sosialist Polşası zamanında ictimai fəaliyyətinə görə bir neçə dəfə həbsdə olub. 1990-cı ildən Polşa hökumətində və parlamentin aşağı palatasında – Seymdə müxtəlif vəzifələr tutub. 2000–2001-ci illərdə müdafiə naziri olub. 2007-ci ildən Seymin sədri olmuşdur. Vətəndaş Platforması Partiyasını təmsil edən Bronislav Komorovski 2010-cu ildə Polşa prezidenti seçilib. Aprelin 10-da təyyarə qəzasında həlak olan prezident Lex Kaçinskinin səlahiyyətlərini icra edən Seym sədri iyulun 4-də keçirilən ikinci turda səslərin 52 faizini yığaraq yeganə rəqibini — sabiq baş nazir Yaroslav Kaçinskini geridə qoyub. Evlidir, 5 övladı var.
Bronislav Malinovski
Bronislav Kaspar (Kasper) Malinovski (pol. Bronisław Kasper Malinowski; 7 aprel 1884, Krakov — 16 may 1942, Nyu-Heyven, Konnektikut ştatı) — əslən polyak olan Böyük Britaniya antropoloqu, antropologiyada və sosiologiyada funksionalizmin banisi. == Həyatı == Bronislav Malinovski 7 aprel 1884-cü ildə Krakovda anadan olmuşdur. Universitetdə fizika və riyaziyyat təhsili almış, Freyzerin "Qızıl Budaq" əsərinin təsiri ilə etnologiya və mədəniyyət tarixi ilə maraqlanmışdır. O, Leypsikdə Karf Büxerin iqtisadi tarixə dair mühazirələrini dinləmiş, Londonda Zelinqmanın ideyaları ilə tanış olmuşdur. Hələ tələbə ikən onun ilk ciddi işi "Avstraliya yerlilərinin ailəsi" adlı tədqiqatı nəşr olunur. O. 1914-cü ildə Avstraliyaya yola düşür və Avstraliya ekspedisiyasında (1914–1921) iştirak edir. Yeni Qvineya və onun ətrafındakı adalarda apardığı tədqiqatlar Malinovskiyə bütün ömrü boyu kifayət edir. Müharibə qurtardıqdan sonra İngiltərəyə qayıdan Malinovski 1921-ci ildən etibarən ardıcıl kitablar nəşr etməyə başlayır. == Elmi fəaliyyəti == Funksional metodun əhəmiyyətli cizgiləri onun ilkin əsərlərində özünü göstərirdi: "Manlu adasının yerli əhalisi", "Trabrian adası sakinlərinin ibtidai iqtisadiyyatı", "Sakit okeanın qərb hissəsinin arqonavtları", "Vəhşi cəmiyyətdə cinayətlər və adətlər" və s.
Bronislav Samoylov
Bronislav Oleqoviç Samoylov (belar. Браніслаў Алегавіч Самойлаў; 25 may 1985-ci il, Tolçin, Vitebsk vilayəti) — Belarusiyalı peşəkar şose velosipedçisi. 2014-2017-ci illərdə UCI Continental Circuits yarışları iştirakçısı. 2018-ci ildən Minsk velosiped klubunun peşəkar komandasında çıxış edir. Fərdi və qrup yarışlarında Belarus çempionu. 2012 Yay Olimpiya Oyunlarının iştirakçısı. Beynəlxalq dərəcəli idman ustası. == Bioqrafiyası == Samoylov Vitebsk vilayətinin Toloçin şəhərində anadan olmuş. Yerli velosiped məktəbinin məzunudur. Yeniyetməlik vaxtlarında dəfələrlə zədələr almışdır.
Bronislav Çervenka
Bronislav Çervenka — Çexiya futbolçusu. Karyerası ərzində vətənində "Uyezdeç" (Luxaçoviç), "Uherski Brod", "Slaviya" (Uherski Hradiste), "Drnovitse", "Zlin" klublarında oynamış Çervenka 2007-ci ilin yayınadək Çexiya çempionatında 277 oyun keçirərək 22 qol vurub. İnter Bakı klubunda iki mövsüm keçirən çexiyalı Azərbaycan çempionatında 42 matça 2 qol vurmaqla, bir qızıl və bir gümüş medal qazanıb.
Bronjilet
Bronjilet 1901-ci ildə odlu silahlardan açılan güllələrin təsirini azaltmaq və partlayış nəticəsində yarana bilən qəlpələrdən qorunmaq üçün Jan Szczepanik və Kazimierz Żegleń adlı iki polyak tərəfindən icad edilmişdir. Yumşaq jiletlər toxunmuş və ya qatlanmış liflərdən ibarətdir və istifadəçini kiçik çaplı tapançaların, cüt mərmiləri ilə əl qumbarası kimi partlayıcıların qəlpələrindən mühafizə edir. Tüfəng patronlarına qarşı əlavə müdafiə məqsədi üçün jiletlərdə metal və ya keramik plitələr də istifadə edilə bilər. Metal hissələr və ya sıx toxunmuş təbəqələr bıçaq kimi yaxın məsafədən zərər yetirə biləcək silahlara qarşı da müdafiəni təmin edə bilər. Yumşaq jiletlər daha çox polis qüvvələri, xüsusi şəxslər, xüsusi mühafizəçilər və mühafizəçilər tərəfindən, sərt təbəqəli jiletlər isə əlbəyaxa döyüş əsgərləri, xüsusi hissələr və girovların xilasetmə qrupları tərəfindən geyinilir. Çağdaş gövdə zirehləri arasında polad jiletlə yanaşı, zirehli dəbilqə kimi digər qoruyucu geyimlər də var. Polis və hərbçilər tərəfindən istifadə edilən polad jiletlər çiyinlərə və yan tərəflərə də müdafiəni təmin edə bilər. Bomba zərərsizləşdirən dəstələrinin istifadə etdiyi müdafiə geyimi isə ağır zireh və dəbilqə ilə yanaşı üzün və onurğanın müdafiəsini də təmin edir.
Bronks
Bronks — Nyu Yorkun şimal-şərqində bölgə. Adı Conas Bronk adında bir fermerdən gəlir. Nyu-York Yankiləri adlı beyzbol klubu da burada oynayır.
Bronks əhvalatı (film, 1993)
Bronks əhvalatı (ing. A Bronx Tale) — Robert de Nironun 1993-cü ildə çəkdiyi və özündə qanqster, dram və döyüş kimi janrları cəmləşdirən ABŞ filmidir. Film Robert de Nironun rejissor kimi debüt işidir. O, filmi atasının xatirəsinə həsr etmişdir. Film Çezz Palminterinin (əsl adı Kalocero Lorenso Palminteri) avtobioqrafik pyesi əsasında ekranlaşdırılıb. İlk zamanlar müəllif kitabın ekranlaşdırılması üçün müəllif hüquqlarını satmaqdan imtina edirdi. O, yalnız Robert de Nironun ona filmin ssenari müəllifi olmağı və filmdə baş rollardan birini oynamağı təklif etməsindən sonra əsərin müəllif hüquqlarını satmağa razılaşıb. == Məzmun == Film atası (Robert de Niro) sadə avtobus sürücüsü işləyən, İtaliyanın Bronks məhəlləsindən olan Kalocero adlı oğlan haqqındadır. Uşaqlıqda Kalocero yerli qanqsterlərin başçısı olan Sonninin (Çezz Palminteri) törətdiyi qətlin şahidi olur, ancaq o, polisə yalan məlumatlar verir, nəticədə cinayətkar Sonni azadlıqda qalır. Uşağı olmayan Sonni, Kaloceronu öz himayəsinə götürür.
Bronksda qalmaqal (film, 1995)
Bronksda qalmaqal (ing.Rumble in the Bronx çin. 紅番區) — film Ceki Çan ilə Anita Muinin baş rolları ifa etdiyi, döyüş-komediya janrında 1995-ci ildə çəkilmişdir. == Məzmun == Çinli Kyeonq (Ceki Çan) New-Yorkdakı toyunda dayısı Bill gilə (Bill Tanq ) gəlir. Bill əmi şəhərin cinayətkar bölgəsində — Bronksda yaşayır. Kyeonq qonşu əlil oğlan Danni (Morqan Lam) ilə görüşür və onunla dostluq edir. Əmi supermarketini Elina (Anita Mui) adlı bir qıza satır. Əminin dostu, müdirindən alınan təmir bəhanəsi ilə ona toy üçün antik bahalı bir maşın verir. Gecələr, əmi və Kyeonqun yaşadığı evin yaxınlığında park edilmiş bu avtomobil, yerli xuliqanların təşkil etdiyi yarışda motosikletli bir qız Nensi (Frankoise Yiprude) idarə edirdi, amma Kyeonq onlara müdaxilə edir və qız yarışı itirir.Bullies bədbəxtdir, amma polis onları dağıdır. Bill əmi evlənir və bal ayına gedir və Keyonq Elinaya kömək etmək qərarına gəlir. Eyni xuliqanlar eyni supermarketə gələrək bir neçə şeyi oğurlayarlar.
Bronlaşdırma
Bronlaşdırma (iqtisadiyyat) — Bronlaşdırma (turizm) — aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsidir.
Hans Bronzart von Şellendorf
Hans Bronzart von Schellendorf (alm. Hans Bronsart von Schellendorf‎, 11 fevral 1830, Berlin – 3 noyabr 1913, Münxen) Alman pianoçu və bəstəkar. Paul Bronzart von Schellendorf və Walter Bronzart von Schellendorf komandirlərinin qardaşları. == Bioqrafiya == == İstinadlar == == Xarici keçidlər == "Бронзарт-фон-Шеллендорф". Музыкальный словарь (rus). Яндекс. Словари. İstifadə tarixi: 2014-05-03.
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Psychotria le-bronnecii
Psychotria le-bronnecii (lat. Psychotria le-bronnecii) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Semyon Bronevski
Semyon Mixayloviç Bronevski (rus. Семён Михайлович Броневский; 1763 və ya 1764 – 27 dekabr 1830, Feodosiya, Tavriya quberniyası[d]) — 1796–cı il Rusiya – İran müharibəsinin iştirakçısı, Rusiya İmperiyası Xarici İşlər Nazirliyinin Asiya şöbəsinin direktoru, Feodosiyanın qubernatoru, Qafqaz tarixçisi. == İstinadlar == == Xarici keçidlər == Новейшие географические и исторические известия о Кавказе: Часть I. 1823. Новейшие географические и исторические известия о Кавказе: Часть II. 1823. С. М. Броневский. Историческия выписки о сношениях России с Персиею, Грузиею и вообще с горскими народами, в Кавказе обитающими, со времён Ивана Васильевича доныне. Подг. текста, предисл., примеч., словарь малоизв. слов, указат. Ирины Константиновны Павловой.
Venera, Kupid, Folli və Zaman (Bronzino)
Venera, Kupid, Folli və Zaman (həmçinin Venera və Kupidin rəmzi, Veneranın Triumfu) (ing. Venus, Cupid, Folly and Time, it. Allegoria del trionfo di Venere) — 1540 - 1545-ci illərdə florensiyalı Anyolo Branzinonun çəkdiyi alleqorik rəsm əsəri. Əsər hazırda Londonda, Milli Qalereyada sərgilənir. 1546-cı il ərəfəsində Bronzinoya Venera, Kupid, Folli və Zaman mövzusunda bir əsər yaratmaq tapşırığı verilir. O, bu işdə qərarlılıq göstərə bilmirdi. Çünki mövzu çox çətin, erotik, qaranlıq keyfiyyətlərə malik obrazların yer aldığı və ən əsası onun ustadı Pontoromonun və elə rəssamın öz yaradıcılığnın da aid olduğu Manyerist məktəblə bağlı idi. Əsərin Toskaniyanın böyük hersoqu I Kozimo və ya Fransisko Salviati tərəfindən Fransa kralı I Fransiskə hədiyyə vermək üçün sifariş edildiyi güman edilir. Corcio Vazari əsərin I Fransiskə hədiyyə edildiyini yazır, lakin kim tərəfindən hədiyyə edildiyini göstərmir. O zaman erotik səhnələrlə zəngin əsərlərə həm məşhur Mediçilər sülaləsi nümayəndələrinin, həm də Fransa aristokratiyasının böyük marağı var idi.
Çarlz Bronson
Çarlz Bronson və ya Çarlz Dennis Buçinski (d. 3 noyabr 1921 – 30 avqust 2003) — Litva tatarı kökənli amerikalı aktyor. O, tez-tez intiqam motivlərinə əsaslanan senarilərə malik filmlərdə polis məmuru, silahlı döyüşçü rollarında oynamışdır. Uzun müddət film direktorları olan Maykl Vinner və Li Tomsonla birlikdə çalışmış və ikinci həyat yoldaşı Jill İrlandla birlikdə 15 filmə çəkilmişdir. Öz şöhrətinin zirvəsinə 1970-ci illərin əvvəllərində çatmışdır. Bu dövrdə o, bir filmə çəkilmək üçün qonarar kimi 1 milyon dollar qazanmışdır. == Həyatı == 15 auşaqlı ailədə 11-ci uşaq olaraq Pensilvaniyada dünyaya gəlmişdir. Həm ana, həm də ata tərəfdən Litva kökənlidir. Hətta evlərində ancaq Litva dili və rusca danışıldığı üçün ingilis dilini yalnız gənclik illərində öyrənə bilmişdir. Kasıb ailənin övladı olan Branson atasını gənc yaşlarında itirdikdən sonra çox fərqli işlərdə çalışmağa məcbur olmuşdur.
Şarlotta Bronte
Şarlotta Bronte (ing. Charlotta Bronte 21 aprel 1816[…] – 31 mart 1855[…]) — məşhur ingilis şairə və yazıçı. == Həyatı == Şarlotta Bronte 1816-cı ildə anadan olmuşdur. Üç Bronte bacılarının ən böyüyüdür. Əsərlərinin ilk ikisini "Karrer Bell" təxəllüsü ilə yayımlatmış Şarlotta, XIX əsr, Viktoriya dövrü nün ən bilinən qadın yazıçılarındandır. O, ilk dəfə 1824-cü ildə,"Clergy Daughters" adlı məktəbdə təhsil almış, lakin daha sonra əlverişsiz şəraitindən dolayı oradan ayrılaraq təhsilini "Roe Head" adlı digər bir məktəbdə davam etdirmişdir. Daha sonra 1835–1838-ci illər arasında məhz, bu məktəbdə müəllim olaraq işləmişdir. Sonraki illərdə o, müxtəlif ailələrin yanında tərbiyəçi olaraq fəaliyyət göstərmiş və 1841-ci ilə qədər bu işlə məşğul olmağa davam etmişdir. "Shirley" "Vilette" "The Professor" (vəfatı sonrası, 1857-ci ildə nəşr olunmuşdur.) kimi romanlar qələm almış yazıçı, daha çox, 1847-ci ildə nəşr edilən ilk əsəri olan "Ceyn Eyr (roman)ı" səbəbi ilə böyük nailiyyət qazanmış və Londonda təşkil edilən müxtəlif ədəbi məclislərə dəvət almışdır. Məşhur ingilis yazıçı Elizabet Qaskell ilə tanışlığı da məhz bu dəvətlər vasitəsi ilə olmuşdur.
Brontosaurus
Apatozavr (lat. Apatosaurus, "Aldadan kərtənkələ", əvvəllər Brontozavr, lat. Brontosaurus "İldırım kərtənkələ") — Saurischia dəstəsinə aid dinozavr növü. Yura dövründə 157–146 milyon il öncə indiki Şimali Amerika ərazisində yayılmışdır. Zauropodların ən iri nümayəndələridir. == Etimologiyası == Apatozavr yunan sözü olub yun. ἀπάτη — aldatma və yun. σαυρος — kərtənkələ mənasını verir. Üstəlik Brontozavr (lat. Brontosaurus) adı ilə də tanınır.
Bronxial arteriyalar
Bronxial arteriyalar — insan anatomiyasında ağciyərləri oksigenli qan və qida ilə təmin edir. Bronxial arteriyalar tənəffüs sisteminin həyatı bir hissəsidir. 2 bronxial arteriyanın biri sol ağciyərə, biri isə sağ ağciyərə gedir. == Strukturu == Tipik olaraq 2 sol və 1 sağ bronxial arteriya var. Sol bronxial arteriyalar (yuxarı və aşağı) adətən birbaşa torakal aortadan əmələ gəlir. Tək sağ bronxial arteriya adətən aşağıdakılardan birindən yaranır: Sağ 3-cü arxa qabırğaarası arteriya ilə ümumi gövdədə torakal aorta Sol tərəfdə yuxarı bronxial arteriya İstənilən sayda sağ qabırğaarası arteriyalar, əsasən üçüncü sağ posterior. == Funksiyası == Bronxial arteriyalar bronxları və ağciyərlərin birləşdirici toxumasını qanla təmin edir. Onlar tənəffüs bronxiolları səviyyəsində olan bronxlarla birlikdə olur və budaqlanır. Onlar ağciyər arteriyalarının budaqları ilə anastomoz edir və birlikdə ağciyərin visseral plevrasını qanla təmin edirlər. Nəticədə, sol ürəyə qayıdan qan, ağciyər kapilyar yataqları səviyyəsində olan qandan bir qədər az oksigenləşir.
Bronks əhvalatı
Bronks əhvalatı (ing. A Bronx Tale) — Robert de Nironun 1993-cü ildə çəkdiyi və özündə qanqster, dram və döyüş kimi janrları cəmləşdirən ABŞ filmidir. Film Robert de Nironun rejissor kimi debüt işidir. O, filmi atasının xatirəsinə həsr etmişdir. Film Çezz Palminterinin (əsl adı Kalocero Lorenso Palminteri) avtobioqrafik pyesi əsasında ekranlaşdırılıb. İlk zamanlar müəllif kitabın ekranlaşdırılması üçün müəllif hüquqlarını satmaqdan imtina edirdi. O, yalnız Robert de Nironun ona filmin ssenari müəllifi olmağı və filmdə baş rollardan birini oynamağı təklif etməsindən sonra əsərin müəllif hüquqlarını satmağa razılaşıb. == Məzmun == Film atası (Robert de Niro) sadə avtobus sürücüsü işləyən, İtaliyanın Bronks məhəlləsindən olan Kalocero adlı oğlan haqqındadır. Uşaqlıqda Kalocero yerli qanqsterlərin başçısı olan Sonninin (Çezz Palminteri) törətdiyi qətlin şahidi olur, ancaq o, polisə yalan məlumatlar verir, nəticədə cinayətkar Sonni azadlıqda qalır. Uşağı olmayan Sonni, Kaloceronu öz himayəsinə götürür.
Bronson (film)
"Bronson" (ing. Bronson ) — rejissorluğunu Nikolas Vindinq Refn etdiyi Birləşmiş Krallıq bədii filmi. Film cinayətkar Çarlz Bronsonun həyatından bəhs edir. Filmin istehsalı və yayımı "Vertigo Films" tərəfindən həyata keçirilmişdir. Filmin premyerası 27 fevral 2009-cu ildə Britaniyada baş tutmuşdur. == Süjeti == Film Britaniyalı məhbus Çarlz Bronsonun (əsl adı Maykl Qordon Peterson) həyatından bhəhs edir. Varlı orta səviyyəli İngiltərə ailəsində anadan olan Bronson buna baxmayaraq, ən təhlükəli ingilis cinayətkarlarından birinə çevrilir. Bronson, həmçinin, demək olar ki, bütün həyatını "barmaqlıqlar arxasında", əsasən də cəza kamerasında keçirməsi ilə tanınır. == Rollarda == Tom Hardi — Çarlz Bronson. Mett Kinq — gecə klubunun sahibi, keçmiş məhkum.
Çarlz Bronson (cinayətkar)
Maykl Co Piterson (ing. Michael Joe Peterson; 6 dekabr 1952, Luton), daha çox Çarlz Bronson (ing. Charles Bronson) kimi tanınır — Britaniya cinayətkarı və məhbusu. O, Birləşmiş Krallıqda 141 islah müəssisəsində təxminən 50 il cəza çəkmişdir. == İncəsənətdə == 27 fevral 2009-cu ildə Maykl Pitersonun həyatına əsaslanan "Bronson" filminin Britaniyada premyerası baş tutmuşdur. Rejissoru Nikolas Vindinq Refn olan filmin baş rolunu Tom Hardi canlandırmışdır. Bronsonun özü də filmin buraxılışına və çəkilişlərə başlamazdan əvvəl məsləhətləşdiyi Hardinin özünə müsbət münasibət bəsləyirdi.
Premna brongersmae
Premna serratifolia (lat. Premna serratifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Premna obtusifolia f. serratifolia (L.) Moldenke Premna obtusifolia var.

Значение слова в других словарях