Bunqkular
Bunqkular, to bunqkular (lalaki) – İndoneziyada Sulavesi adasınnın şərq yarımadasında, Bunku vilayətinin şimalında, Şimali və Cənubi Bunkuda, eləcə də Mendi bölgəsində,Tolo körfəzi sahilində və qonşu Vovoni adasında yaşayan xalq. Mori və buqis xalqları ilə çox yaxındılar.
== Ümumi məlumat ==
Əsasən, sahil boyunda (əvvəllər – dağlarda) məskunlaşmışlar. Bir zamanlar bunqkular dəniz xalqı hesab olunardı. Sayları 96 min nəfərdir (1995). Bunqkular, routalar, koronilər, lambatular, retelər, landavelər, vanalar, moronenelər, tokotualar, vavoniilər, kulisusular və epe subetnik qruplarına bölünürlər. Bunqkuların dili Avstroneziya ailəsinin Qərbi Avstroneziya qrupuna aiddir. Vavoni dilinə daha çox yaxındır. Dialektləri (ehtimal ki, müstəqil dillərdir): bunqku, koroni, tulambatu, moronene, vavonii, kulisusu. Bunquku dili bir neçə kastaya (səviyyə) ayrılır: incə, hamar, orta və qaba.