bun
bunçuk 2021
OBASTAN VİKİ
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Dejö Buncak
Dejö Buncak (mac. Dezső Bundzsák; 3 may 1928 – 1 oktyabr 2010, Budapeşt) — Macarıstan futbolçusu və məşqçisi. Buncak oyunçu karyerası boyu yalnız "Vaşaş" klubunda çıxış etmişdir və Macarıstan millisinin üzvü olmuşdur. Məşqçi kimi isə həm Avropa, həm də Afrikada çalışmışdır. Kişkunhalaş şəhərində doğulan Buncak 1950-ci ildə "Vaşaş" klubunda peşəkar karyerasına başladı. O, klubda keçirdiyi 14 mövsüm ərzində 249 oyuna 73 qol vura bilmişdir. Klubla 1957/1958 mövsümündə Çempionlar Kubokunda çıxış etmişdir. 1956-1961-ci illərdə o, həmçinin Macarıstan milli futbol komandasının heyətində 25 dəfə meydana çıxmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir. Buncak bir sıra yunan klublarında məşqçilik etmişdir, onların sırasına Piyerikos, Panionios, Apollon Afina və Panaxaiki klubları daxildir. Bundan başqa o, 1979-cu ildə Misir milli komandasına və 1980-1982-ci illərdə doğma "Vaşaş" klubuna başçılıq etmişdir.

Digər lüğətlərdə