BUY

1
межд. разг. см. bıy
2
сущ. устар. запах, аро мат.
3
сущ. буй (большой поплавок, служащий вехой в судоходстве: для обозначения зоны купания, опасных мест и т.п. )
BUTULKA
BUYNUZ
OBASTAN VİKİ
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Buy
Buy (ing. Buoy) — gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
Buy (şəhər)
Buy – Rusiya Federasiyasında yerləşən şəhər. Kostroma vilayətinə daxildir.
Buy şəhəri
Buy – Rusiya Federasiyasında yerləşən şəhər. Kostroma vilayətinə daxildir.
Can't Buy My Love
Can't Buy My Love — Yui albomu.
Afrika buynuzu
Somalí və ya Afrika Buynuzu — Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları yuyulur. Şimal-şərq qutaracağında Qvardafuy burnu yerləşir. Yarımadanın ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir. Sahəsi 750 000 km² yaxındır. == Coğafiyası və iqlimi == Yarımada həm Ekvatordan həmdə Şimal Tropik xətdindən eyni məsafədə yerləşir. Ərazidə ən hündür dağ Efiopiyanın şimal-qərbində Simiem dağıdır. Nə zamansa Simiem və Beyl dağlarının zirvəsi buzla örtülü olur. Dağlar Qırmızı dəniz istiqamətində birdən-birə enir. Hind okeanına doğru isə hüdürlük tədricən enir.
Ayurbavada Buyantu xan
Ayurbavada Buyantu xan (d. 9 aprel 1285 - ö. 1 mart 1320, Monqol dili:Буянт хаан) — Yuan sülaləsindən olan dördüncü imperator. == Həyatının erkən dövrü == Buyantu Darmabala ilə Konqıradlı Daqinin (Tarqi) ikinci oğlu olmuş və Xubilay xanın nəticəsidir. Konfutsiçilik təliminin ustalarından olan Li Menqdən dərs almış və o da Buyantunun düşüncələrini formalaşdırmışdır. Adının mənası monqol dilində "müqəddəs/qutlu xan " deməkdir. Ayurbarvada Sanskrit dilində "Āyur-parvata" sözlərinin birləşməsindən yaranmışdır, mənası uzunömürlülük dağı deməkdir. == Taxt uğrunda mübarizə == Teymur Olcaydu xan 1307-ci ildə vəfat etdiyi zaman varisi yox idi. Çünki oğlu Taçu ondan bir il əvvəl vəfat etmişdi. Beləliklə, Buyantu əvvəlcədə taxt uğrunda olan mübarizəyə qoşulsa da, bu mübarizədə məğlub olmuşdur.
Bense Buyaki
Bense Buyaki (25 sentyabr 1993) — Macarıstanlı peşəkar kişi BMX velosipedçisi. Bense Buyaki Macarıstanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bense Buyaki 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.733 saniyəlik nəticəsi ilə 67-ci yeri tutdu.
Boldbatarın Buyantoqtox
Buyduz (Xudafərin)
Buyduz (fars. بويدوز‎) — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 25 km. cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (30 ailə).
Buydəşt (Urmiya)
Buydəşt — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Ənzəl kəndistanında, Urmiya şəhərindən 64 km. şimaldadır.
Buyeo krallığı
Buyeo krallığı — Mancuriyadan Şimali Koreyaya qədər əraziləri əhatə edir və e.ə. II əsrdən 494-cü ilə qədər mövcud olmuşdur. Bu krallığın qalıqları 494-cü ildə Goguryeo krallığı tərəfindən mənimsənilmişdir. Ancaq Goguryeo krallığı və Bekçe krallığının hər ikisi özünü bu dövlətin varisi hesab edib. Mənbələrin mübahisəli olmasına baxmayaraq Dongbuyeo (Şərqi Buyeo) eramızdan əvvəl 86-cı ildə Bukbuyeodan (Şimali Buyeo) sonra qurulmuşdur . Buyeo dövləti Bekçe dövlətinin tərkibinə daxil edilmişdir və 538-ci ildə Bekçe krallığı özünü Nambuyeo (Cənubi Buyeo) adlandırmağa başlamışdır.
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Buyer Əhməd dialekti
Buyer Əhməd dialekti Lur dilinin dialektlərindəndir və Boyer-Əhməd elinin danışan dilidir ki, Kohgiluyə və Boyer-Əhməd ostanının mərkəzi Yasucda danışılır. Bu dialekt çox az fərq ilə Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanı,Fars ostanının Məməsəni şəhristanı Və Buşehr ostanının Genave şəhristanı və Deyləm şəhristanında da yayqındır.Bəxtiyari dialektinə yaxındır.
Buyin (Sultaniyə)
Buyin (fars. بوئين,‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,226 nəfər yaşayır (326 ailə).
Buyin və Miyandəşt
Buyin və Miyandəşt — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,933 nəfər və 2,537 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, gürcü dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin gürcücə adı Torelidir.
Buyinzəhra
Buyinzəhra - İranın Qəzvin ostanının şəhərlərindən və Buyinzəhra şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,858 nəfər və 4,250 ailədən ibarət idi. Əhalisi azəbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Burada habelə Azərbaycan türklərinin subetnik qrupu olan Şahsevənlər də yaşayırlar.
Buyinzəhra şəhristanı
Buyinzəhra şəhristanı - İranın Qəzvin ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Buyinzəhra şəhəridir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 153,873 nəfər və 38,377 ailədən ibarət idi. === Milli tərkibi === Bölgədə yerli Azərbaycan türkləri üstünlük təşkil edir.
Buyinək
Buyinək (fars. بويينك‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 844 nəfər yaşayır (199 ailə).
Buylapuş (Xoy)
Buylapuş (fars. بويلاپوش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (40 ailə).
Buynaksk
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir. == Tarixi == Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı.
Buynaksk dairəsi
Buynaksk dairəsi (rus. Буйнакский округ) — Dağıstan MSSR tərkibində, 1952–1953-cü illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Buynaksk şəhəri idi.
Buynaksk rayonu
Buynaksk rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 1.842,09 km², inzibati mərkəzi Buynaksk şəhəridir. == Əhalisi == Rayonun əhalisi 78.407 nəfərdir (2015-ci il).
Buynovsk dərəsi
Buynovsk dərəsi (bolq. Буйновското ждрело, Ягодинско ждрело) — Bolqarıstanda, Rodop dağlarının qərbində yerləşən çay dərəsi. Dərə boyu eyni adlı Buynovsk çayı axır. Buynovsk çayı Vıça çayının sol qoludur. Dərə ölkənin Smolyansk vilayətinin ərazisində yerləşir. == Coğrafiyası == Dərənin uzunluğu təqribən 16 km, orta hündürlüyü 1090 metrdir. Buinovo kəndindən şimalda, dəniz səviyyəsindən 1307 metr yüksəklikdən başlayır, sonra şimala istiqamət alır və 16 km-dən sonra Teshel anbarında, dəniz səviyyəsindən 876 m yüksəklikdə bitir. Buynovsk dərəsi əsasən Proterozoy yaşlı mərmər süxurlarından ibarətdir. Məhs bu süxurların yaratdığı təbii gözəllik turistləri özünə cəlb edir. Dərənin ilk 7-8 km-lik hissəsi daha genişdir.
Buynuz
Buynuz — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qalacıq turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 20-ci km-dən 4 km sağ tərəfdə Göyçay çayının sol tərəfində yerləşir. Əhalisi 594 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kənddə yalnız yay mövsümündə fəaliyyət göstərən yeməkxana vardır. Kənddən Göyçay çayı boyunca istisu, Çayqovşan və Qalacıq kəndlərinə piyada və ya atla getmək üçün yol (cığır) vardır. == Əhalisi == Şair Musa Yaqub bu kənddəndir. Əhalisi 619 nəfərdir ki onunda 310 nəfəri kişi, 309 nəfəri qadındır. == İnfrastruktur == 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.
Buynuz ağacı
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.
Buynuz xalçaları
Buynuz xalçaları — Qarabağ tipinin Qarabağ qrupuna aid olan xovlu xalça. == Ümumi məlumat == "Buynuz xalçaları" Qarabağ tipinə daxildir. Onlar Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz xalçaları" yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz xalçaları" "Tapança", "Gəncə" və s. adlarını daşımışdır. == Bədii analiz == Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha sonralar totemçiliklə, lap sonralar isə astronomik anlayışlarla əlaqədar olaraq, buynuzlu heyvanlar müxtəlif təsəvvür və rəmzlərə malik olmuşlar. Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir.
Buynuz xalçası
Buynuz xalçaları — Qarabağ tipinin Qarabağ qrupuna aid olan xovlu xalça. == Ümumi məlumat == "Buynuz xalçaları" Qarabağ tipinə daxildir. Onlar Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz xalçaları" yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz xalçaları" "Tapança", "Gəncə" və s. adlarını daşımışdır. == Bədii analiz == Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha sonralar totemçiliklə, lap sonralar isə astronomik anlayışlarla əlaqədar olaraq, buynuzlu heyvanlar müxtəlif təsəvvür və rəmzlərə malik olmuşlar. Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir.
Buyonnovski prospekti
Budyonnovski prospekti — Rostov-na-Donu şəhərində yerləşən mərkəzi prospektlərdən biri. Bolşoy Sadovaya küçəsi ilə kəsişərək, paralel şəkildə Voroşilov prospektinə çıxır. Əvvəllər müxtəlif cür adlandırılmışdır: Taqanroq yolu (XVIII əsr), Taqanroq küçəsi (XIX əsr), Taqanroq prospekti (XX əsr). == Tarixi == Küçə Semyon Mixayloviç Buyonnovskinin şərəfinə sdlandırılmışdır. O, sovet hərbi rəhbəri dövlət və partiya xadimi olmuşdur. Rusiyada baş vermiş vətəndaş müharibəsi zamanı 1-ci atlı ordusunun komandanı olmuşdur. Bolşoy Sadovnaya küçəsi ilə birləşən hissədə, ev 32 ünvanında barelyef qoyulmuşdur. Budyonnovski prospekti ilə Puşkinskaya küçəsinin kəsişməsində Budyonnovskiyə abidə ucaldılmışdır. == Coğrafiyası == Nömrələr cənubdan şimala doğru artır. Prospektdə yerləşir: Resker və Xosudovskinin gəlirli binası, Budyonnovski 10 (sökülmüşdür).

Значение слова в других словарях