Konça Buyka
Konça Buyka (isp. Concha Buika, 11 may 1972, Palma-de-Malyorka) — ispan müğənnisi, yaradıcılığı flamenko, caz, soul, tanqo, rumba kimin müxtəlif janrları əhatə edən ən parlaq və orijinal ifaçılardan biridir. Onun “Niña de Fuego” albomu 2008-ci ildə İlin Ən Yaxşı Alvomu nominasiyasında Latın Qremmi Mükafatını qazanmış, “La Noche Mas Larga” albomu isə 56-cı Qremmi Mükafatlarının təqdim edilməsi məqasimində Ən Yaxşı Latın Caz Albomu nominasiyasında mükafata namizəd göstərilmişdir. Pedro Almodovarın İçində yaşadığım dəri filmində ifa edilmiş iki mahnının müəllifi və ifaçısıdır.
== Bioqrafiyası ==
Konça Buyka 11 may 1972-ci ildə İspaniyanın Balear adalarının paytaxtı olan Palma şəhərində dünyaya gəlmişdir. O, yazıçı Xuan Balboa və Honorina Buykanın övladıdır və valideynləri hazırda Mayami, Florida, ABŞ-da yaşayır. Buyka şair, bəstəkar, musiqi prodüseri olmaqla yanaşı, “analıq” vəzifəsini də yerinə yetirir.
O, ispan, katalan, ingilis, fransız və portuqal musiqiçiləri ilə iş birliyində olub. Onun əməkdaşlıq elədiyi şəxslər arasında Anuşka Şankar, Çik Korea, Nina Jozel, Mariza, Bebo Çuço Valdes, Luz Kasal, İvan Lyuis, Daniel Murihed, Cus Lui Perales, Seal, Armando Manzanero, Nelli Furtado və Xavier Limon kimi musiqiçilər var.
Buyka bir neçə filmin musiqisini ifa etmişdir.