Müşviq Cəfərov (cüdoçu)
Müşviq Cəfərov (31 avqust 1968, Dəvəçi) — beynəlxalq dərəcəli idman ustası, SSRİ çempionu, cüdoçu, SSRİ Xalqlarının Spartakiadasının çempionu, Cüdo üzrə 2 qat dünya çempionu.
== Həyat və fəaliyyəti ==
Müşviq Cəfərov 1968-ci il 31 avqustda Azərbaycan Respublikasının Şabran (Dəvəçi) şəhərində doğulub. Beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ çempionudur (1991). O, 1990-cı ildə SSRİ çempionatında II, Avropa çempionatı yarışlarında 1992-ci ildə III, 1993-cü ildə II, 1994-1995-ci illərdə III yerə, dünya çempionatlarında 1992-ci ildə II, 1994-cü ildə III yerə, 1992-ci ildə Dünya Kubokunda II yerə çıxmış, 1991-ci ildə isə SSRİ Xalqlarının Spartakiadasının çempionu olmuşdur.
2013-cü ildə İspaniyada veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
2014-cü ildə Dubayda veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının qızıl medalına layiq görülüb.
2019-cu il 14 oktyabr tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb.