CƏZALANDIRMAQ

CƏZALANDIRMAQ [Pavluşa:] Qoy təşkilat məni cəzalandırsın (M.S.Ordubadi); AŞININ SUYUNU VERMƏK (fr.v.) Bəhmənin əlləri gicişirdi. Əgər bu həyasız kişi Qəni əminin doğma oğlu olmasaydı ayaqlarının altına yıxıb, onun aşının suyunu verərdi (H.Abbaszadə); ATASINI YANDIRMAQ Xəlil: Qoy bir işlərim yoluna düşsün, men onun atasını necə yandıraram, özüm bilirəm (M.Hüseyn); BURNUNU OVMAQ İbrahim xan: Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır (Çəmənzəminli); DƏRİSİNİ SOYMAQ (fr.v.) Aslan bəy: Tarverdi get uşaqlara söylə ki, odun yığıb qayanın başında bir çıraqban etsinlər ki, bütün mahal işığını görməsə, dərilərin soyaram (C.Cabbarlı); DİVAN TUTMAQ Kosaoğlu: İndiyə qədər men üzüyumşaqlıq eləmişəm, bundan sonra kolxozun işinə mane olanlara divan tutmaq mənim boynuma! (İ.Şıxlı); GÖNÜNÜ ALMAQ Ağa Kərim: Tez ol, yoxsa, vallah, gönünü allam (N.Vəzirov); GÖNÜNÜ SOYMAQ (fr.v.) Yaxşı: Qaynım.. mənim gönümü soyardı (C.Cabbarlı); QULAQBURMASI VERMƏK Mirzə Əsgər: Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin (N.Vəzirov); TƏNBEH ETMƏK (ELƏMƏK) Mürtəzaqulu xan: Amma gərək Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın.. (Ə.Haqverdiyev).

CƏZA
CƏZBEDİCİ

Значение слова в других словарях