CAVAN PLATFORMA

qırışıqlı özülün yaşı Üst Kembriyəqədər olan, Paleozoyun, yaxud Mezozoyun platforması. молодая платформа young platform
CAVAN DƏRƏ
CAVANLAŞMIŞ DAĞLIQ ÖLKƏ
OBASTAN VİKİ
Platforma
Platforma aşağıdakılara istinad edə bilər: Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Platforma (coğrafiya)
Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir: Altda — qırışıq qatı. Üstdə — çöküntü süxurlarının olduğu qat. Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar). Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.
Platforma (dəqiqləşdirmə)
Platforma aşağıdakılara istinad edə bilər: Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Platforma sahələri
Platforma sahələri— Platformalar Yer qabığının qədim,nisbətən sabit və hamar sahələrdir.Onlar geosinklinallar sahəsində yaranan dalğaların sonrakı mərhələlərdə uçub dağılması və hamar sahələrə çevrildiyi zaman əmələ gəlir.Onun əsasını qırışıqlıq,metomorfizm və intruzivlərlə bərkmiş süxrlar təşkil edir.Platformalar iki təbəqədən ibarət olur.Birinci, üst təbəqədə 3–4 km qalınlıqda olan çöküntü süxurları yerləşir.Bu süxurların dəniz və materik mənşəli olması onların hərəkitini,yəni okean dibinin qalxaraq quru sahələrinə çevrilməsi və ya əksinə prosesin geetdiyini sübut edir. Çökmə süxurların altında yerləşən bərk, kristallik süxurlardan ibarət olan sahələr isə platformanın özülü və ya bünövrəsi adlanır. Platformanın özülü qədim geosinklinalın qalığı olduğundan qırışıq olur. Xarici qüvvələrin təsiri ilə qırışıqlığın səthə çıxan kristallik bünövrə qalxan və ya sipər adlanır. Qalxanların üzərində çökmə mənşəli süxurlar çox nazik olur. Platformanın qalxanlarına misal olaraq Şərqi Avropa platformasında Baltik və Ukrayna qalxanlarını, Şimali Amerika platformasında Kanada qalxanını, Sibir platformasında Aldan və Anabar qalxanını və s. göstərmək olar. Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanları yerləşir. Platformaın səthində çöküntü süxurları ilə örtülmüş əyilmə sahələri tava adlanır. Platformalarda Yer qabığının bir neçə yüz kilometr uzunluğuunda olan az meyilli,oval formalı enmə sahələrinə sinekliz(yun.syn-birlikdə, enkli-sis toplama) deyilir.
Platforma oyunu
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
Bəxtsiz cavan
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan Alay
Səmədov Alay Məmməd oğlu - el şairi. Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şerlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub. O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. "Mənim də qəlbimin bir arzusu var" “Tovuzlu Alayı tanı” adlı kitab.
Cavan Zeynallı
Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019). Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır, Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur.
Cavan ulduzlar
Cavan ulduzlar dedikdə ulduz təkammülünün başlanğıc mərhələsində olan ulduzlar başa düşülür. Bu sinfə iki qrup obyektlər daxildir: protoulduz və ilkin baş ardıcıllıq ulduzları. Astronomlar , çox qədim bir elliptik qalaktikanın ətrafında yerləşən bir sıra cavan ulduz topası aşkar etdilər - bu kəşf qədim qalaktikaların yalnız qədim ulduzlardan ibarət olması fikrini təkzib etdi. Araşdırma qrupu, Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'u istifadə edərək, NGC 4365 qalaktikasının seria halında görünüşlərini aldılar, aparılan bu müşahidələr nəticəsində məlum oldu ki, bu qalaktikanın əksər ulduzlarının yaşı12 milyard və daha böyükdür, bu baxmayaraq bu qalaktikada bir-neçə milyard yaşa malik ulduzlarda var. Bu qalaktikanın belə bir gənc və yaşlı ulduz komleksinə malik olmasının səbəbi hələdə naməlumdur. NASA / ESA Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'tan (VLT) əldə edilən məlumatları birləşdirən bir qrup avropalı və amerikalı astronomlar, böyük bir kəşf etdi. Köhnə bir eliptik qalaktikada çox sayda 'gənc' ulduz təsbit etdilər. İlk dəfə, qalaktikada bu qədər köhnə olan bir neçə ulduz meydana gəlmə dövrünü müəyyənləşdirmək mümkün olmuşdur. Eliptik qalaktikaların hər zaman bir ulduz meydana gəlmə dövründən keçdiyi və daha sonra ulduz meydana gəlməsindən məhrum olduğu düşünülmüşdür. Bununla birlikdə, ən yaxşı və ən böyük teleskoplardan kosmosda və yerdə bir araya gətirilməsi, artıq gözlə görülemədən daha çox olduğunu açıqca göstərmişdir.[1] Ulduzun formalaşması kosmik maddənin protoulduz diskinin və ya örtüyünün altında cəmləşməsi nəticəsində baş verir.
Əli Cavan
Əli Cavan (fars. علی جوان‎, ing. Ali Javan; 26 dekabr 1926, Tehran – 12 sentyabr 2016, Los-Anceles, Kaliforniya) — azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Telephone Laboratories-də qaz lazerinin konsepsiyasını təklif edən ilk şəxs idi. Kiçik U. R. Bennett və D. R. Herriott ilə iş birliyində inşa etdiyi uğurlu bir prototip 1960-cı ildə göstərildi. Elmə verdiyi digər töhfələr kvant fizikası və spektroskopiya sahələrində olmuşdur. Əli Cavan 1926-cı ildə Təbrizdə İran azərbaycanlıların ailəsində doğulmuşdur. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-yə köçmüşdür. o, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.
KAUR (kosmik platforma)
KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KAUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq. 1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu.
Platforma (film, 2019)
Platforma (ing. The Platform) — 2019-cu ildə çəkilmiş İspaniya filmi. Qorenq könüllü olaraq platformaya daxil olur, siqareti atıb həbsxanadan diplom almağı düşünür, lakin sistemin necə işlədiyini bilmir. Yuxudan duranda otaq yoldaşından sistemin nə olduğunu və necə işlədiyini öyrənir. “Delik” adlanan həbsxanada yerləri hər 30 gündən bir təsadüfi dəyişdirilən məhbuslar 1-ci mərtəbədən 333-cü mərtəbəyə kimi iki nəfərlik otaqlarda saxlanılır. Bundan əlavə, məhbuslara əşya seçmək hüququ verilir. Qorenq Servantesin Don Kixotu seçdi. Həbsxanaya girməzdən əvvəl hər kəsdən sevimli yeməkləri və özləri ilə gətirmək istədikləri şeylər barədə soruşurlar. İnsanların sevimli yeməkləri platformanın menyusuna əlavə edilir və insanlar özləri ilə istədikləri əşyanı götürərək həbsxanaya daxil olurlar. Otaqların ortasında boşluq var və gündə bir dəfə bu boşluqdan yemək enir.
Aşıq Hüseyn Cavan
Əliyev Hüseyn Mikayıl oğlu (1916, Uti kəndi, Şərqi Azərbaycan ostanı – 14 noyabr 1985) — şair, aşıq, 1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokrat Partiyasının üzvü (1946), Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967) == Həyatı == Aşıq Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının (hazırkı İranın Şərqi Azərbaycan ostanındakı Kəleybər şəhristanının Abışəhməd bəxşinin Seyidan dehistanındakı) Uti kəndində yoxsul ailədə doğulmuşdur. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşamışlar. 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur (1927–1935). Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunmuşdur. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır.
Bəxtsiz cavan (pyes)
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan Aktyor Mükafatı
Cavan Aktyor Mükafatı - Əsası 1979-cu ildə ABŞ-də Maurin Draqon tərəfindən qoyulan hər il aktyorlara və aktrisalara verilən mükafatdır..
Cavan oğlan portreti (Rafael)
Cavan oğlan portreti (it. Ritratto di giovane uomo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1513-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Cavan oğlan portreti əsəri hal-hazırda Polşada Krakov şəhərində Kzartoski muzeyində saxlanılır.
Cavan oğlan alma ilə (Rafael)
Cavan oğlan alma ilə (it. Ritratto di giovane con la mela) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Cavan oğlan alma ilə" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki məşhur Uffitsi qalereyasında saxlanılır.