Antoni Cenkinson
Antoni Cenkinson — (ing. Anthony Jenkinson, 8 oktyabr 1529 və ya 8 oktyabr 1529, Lesterşir[d] – 16 fevral 1611) XVI əsr ingilis səyyahı, taciri və diplomatı. Onun gündəliyində apardığı qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri o cümlədən, İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə önəmli mənbələrdəndir.
Antoni Cenkinson 1529-cu ildə Leyçester şəhərində anadan olmuşdur. Atası Uilyam Cenkinson öz dövrünün varlılarından idi. Antoni tacir olmaq üçün təhsil almışdı. 1568-ci ildə o, Cudi Marş ilə ailə həyatı qurmuş, bu evlilikdən 6 qız, 5 oğlan övladı dünyaya gəlmişdir. Cudi Marşın atası Con Marş "Moskva" kompaniyasının qurucularından biri olmaqla yanaşı, geniş işgüzar əlaqləri olan bir şəxs idi. Bu əlaqələr vasitəsilə Antoni Cenkinson "Moskva" kompaniyasına qoşulmuş, kompaniyanın tərkibində dəfələrlə ekspedisiyalarda iştirak etmişdi.
Antoni Cenkinsonun ilk xarici səfəri "İpəkçi" kompaniyası ilə 1546-cı ilin oktyabr ayında baş tutmuşdur.