Neştәrvari cincilim
Neştәrvari cincilim (lat. Stellaria holostea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 15-60 sm, gövdəsi zəif, yuxarı qalxan, 4 tillidir, adətən hamar, kövrək, uc hissədə budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu sürünən, budaqlanan, qısa barsız və daha uzun çiçək daşıyan budaqlarladır. Yarpaqları ensiz neştərvaridir, uzun sivriləşmiş, uzunluğu 12 sm-ə qədərdir, gövdədən aralı yerləşmişdir, kənarları çox kələkötürdür. Ləçəkləri yarıya qədər ikiyə bölünmüşdür, uzunluğu 8-15 mm-dir. Qutucuq demək olar ki, şarşəkillidir, kasacıqdan uzun deyildir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
== Azərbaycanda yayılması ==
BQ (Quba), Qob., BQ şərq, BQ qərb, Lənk. oval.