CİNCİLİM

is. bot. Nəm yerlərdə bitən, yatıq gövdəli, xırda güllü yeyilən ot bitkisi. Cincilim qutabı.
– Qızlar meşənin ətrafındakı göy çəmənliyi gəzdilər, dolandılar, cincilim, qazayağı yığıb ocaq qaladılar, oturdular, yedilər, aclıqları getdi. (Nağıl).
…Nabat arvad sac asıb cincilim kətəsi salırdı. B.Bayramov.

CİNBAZLIQ
CİNDAR
OBASTAN VİKİ
Cincilim
Cincilim (lat. Stellaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Adi cincilim
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Neştәrvari cincilim
Neştәrvari cincilim (lat. Stellaria holostea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-60 sm, gövdəsi zəif, yuxarı qalxan, 4 tillidir, adətən hamar, kövrək, uc hissədə budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu sürünən, budaqlanan, qısa barsız və daha uzun çiçək daşıyan budaqlarladır. Yarpaqları ensiz neştərvaridir, uzun sivriləşmiş, uzunluğu 12 sm-ə qədərdir, gövdədən aralı yerləşmişdir, kənarları çox kələkötürdür. Ləçəkləri yarıya qədər ikiyə bölünmüşdür, uzunluğu 8-15 mm-dir. Qutucuq demək olar ki, şarşəkillidir, kasacıqdan uzun deyildir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Qob., BQ şərq, BQ qərb, Lənk. oval.
Orta cincilim
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.

Digər lüğətlərdə