CİNLƏR

insanlar kimi şüurlu varlıqlar olduqlarına görə Allah qarşısında etdikləri əməllərdən məsul varlıqlardır. Allah cinləri insanlardan əvvəl oddan yaratmışdır (Quran, 55: 15; 15: 26-27). Cinlər gözə görünməyən varlıqlardır. Onlar da insanlar kimi kişi və qadın cinsinə ayrılırlar. Onlar bir-birləri ilə evlənir, nəsillərini artırır, yeyir və içirlər. Hətta, bəzi insanların onlarla əlaqə yaradıb, onlardan istifadə etdikləri haqqında rəvayətlər də vardır. Məsələn, Süleyman peyğəmbərin cinlərlə əlaqəsi haqqında məlumat verilir (Quran, 34: 12). Cinlər də insanlar kimi şüurlu varlıqlardır. Buna görə də, Allah qarşısında etdikləri əməllərə görə məsuliyyət daşıyırlar. Onların arasında da mömin və kafirlər vardır. İnanclı cinlər Allaha ibadət edirlər (Quran, 51: 56). Dinsiz cinlər isə şeytanın silahdaşlarıdırlar. Quranın “Ənam” (6) surəsinin 130-cu ayəsində cinlərə onların özlərindən olan peyğəmbərlərin göndərildiyi bildirilir. Onları danan cinlər şeytanlardır. Şeytan və onun silahdaşları olan dinsiz cinlər qiyamət günündən sonra, cəhənnəmdə sonsuzluğa qədər qalacaqlar (Quran, 32: 13). İslamın ilk mənbələrində “cin” sözü, “insan” (ins) sözü ilə birlikdə anılır. Hər iki sözün birlikdə olan mənası ərəbcə “səqaleyn” kimi ifadə edilir. İslam alimlərinə görə “səqaleyn” həm də, gözə görünməyən mələklər və şeytanlardır. Quranın 72-ci surəsi “Əl- Cin” adlanır.
CİMA
CİZYƏ
OBASTAN VİKİ
Cinlər (roman)
Cinlər (rus. Бесы) — Fyodor Dostoyevskinin 1872-ci ildə nəşr olunmuş romanı. Siyasi bir roman olan Cinlər XIX əsrin ikinci yarısında ateizm, nihilizm və sosializm kimi ideologiyalarla birlikdə Qərb düşüncəsinin Rusiya və rus insanı üzərindəki təsirlərini ələ alır və də tənqid edir. Dostoyevski kitabı 1870-1872-ci illər arasında Sibir sürgünündən döndükdən sonrakı dövrdə yazmışdır. Bu səbəblə Dostoyevskinin son illərindəki mühafizəkar fikirləri kitabda çox hiss olunur. Kitabda sosializm və nihilizm kimi radikal ideologiyaların ictimai quruluş üzərindəki təxribatlarını ortaya qoymağa çalışır.
Qərib cinlər diyarında
Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası Qərib (Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad (Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını (Firəngiz Şərifova), sevgilisini (Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz. Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir. Ssenari müəllifi: Hikmət Ziya Quruluşçu rejissor: Əlisəttar Atakişiyev Quruluşçu operator: Şərif Şərifov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim rəssamı: Əlisəttar Atakişiyev Bəstəkar: Arif Məlikov Səs operatoru: Vladimir Savin Mahnıların mətni: Hikmət Ziya Rejissor: Arif Həbibi Rejissor assistenti: Y.Əhmədov, Fərid Hümbətov Rəqslərin quruluşçusu: Rəfiqə Axundova, Maqsud Məmmədov Dekor rəssamı: Fikrət Ələkbərov, Gennadi Tişşenko Qrim rəssamı: N.Veselova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Operator assistenti: A.Əliyev, Vaqif Bağırov, Ələkbər Muradov (titrlərdə yoxdur) Rəssam assistenti: E.Muradova, R.Xanukayeva Redaktor: İsa Hüseynov Çalır: Ümumittifaq Radio və Televiziyasının Elektromusiqi Alətləri Ansamblı Dirijor: V.Meşşerin Filmin direktoru: Əli Məmmədov Mahnıları ifa edən: Akif İslamzadə Kadrarxası mətn: Həsənağa Turabov (titrlərdə yoxdur) Bəxtiyar Xanızadə — Qərib; Sahib Muxtar Maniyev — Akşad Amaliya Pənahova — Zərri Ağahüseyn Cavadov — Qaraşad Hamlet Xanızadə — Raki Gülnarə Əfəndiyeva — Zərəngiz Firəngiz Şərifova — Tükəz Ələsgər Məmmədoğlu — Əsra Mübariz Əlixanoğlu — Kəsra Əhməd Əhmədov — Riqdas Gündüz Abbasov — iblis Yusif Yulduz — falçı Sadıq Hüseynov — əsir qoca Gümrah Rəhimov — kəndli S.Əliyev-Cəllad Ramiz Əzizbəyli — Əxras Rəşid Mahmudzadə — cin Cəmilə Atayeva — cin Fərəc Fərəcov — qara cin (titrlərdə yoxdur) Pərviz Bağırov — Qərib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Sahib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Səməndər Rzayev — Akşad (Muxtar Maniyev) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Qərib cinlər diyarında (film, 1977)