Safiya Həsən Şeyx Əli Cimale
Safiya Həsən Şeyx Əli Cimale — Somalili siyasətçi. O, 27 may 2019-cu ildən 30 iyul 2020-ci ilə qədər Beledveyne şəhərinin meri olub. Safiya Somali vətəndaş müharibəsindən sonra ölkənin ilk qadın meri seçilmişdir.
Siyasətçi Qəyyumluq dövründə və həmçinin yeni müstəqil Somali Respublikasında Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmış Şeyx Əli Cimalinin nəvəsidir.