CİZYƏ

müsəlman olmayan vətəndaşların, canları və mallarını qorumaq üçün İslam dövlətinə ildə bir və ya iki dəfə ödədikləri vergidir. Bu vergi Məhəmməd peyğəmbərin sağlığında tətbiq edilmişdir (Quran, 9: 29). Cizyə müsəlmanlar və digər din mənsubları (əhli-kitab) arasında gəlinən razılıqdan sonra alına bilərdi. Müharibə vaxtı müsəlmanlar digər din mənsublarının yaşadıqları yerləri ələ keçirdikdən sonra onların can varlığını qorumaq şərti ilə bu vergini alırdılar. Peyğəmbərin sağlığında Nəcran xristianları özlərini qorumaq üçün müsəlmanlara vergi ödəmiş, bunun üçün peyğəmbərlə müqavilə bağlamışdırlar. Müqaviləyə əsasən hər ilin Səfər ayında onlar müsəlmanlara iki min, Rəcəb ayında isə min dəst geyim verməli idilər. Hər bir dəstin dəyəri qırx dirhəmə (üç qrama yaxın çəkisi olan gümüş sikkəyə bərabərdir) yaxın olmuşdur. Xəlifə Əbu Bəkrin hakimiyyətinin sonuna qədər verginin məbləği bu ölçüdə saxlanılmışdır. Xəlifə Ömərin xəlifəliyi dövründə xilafətə çoxlu sayda müsəlman olmayan xalqların qatılması ilə bu vergi növü də genişlənmişdir. Bu səbəbdən də, vəziyyətlə əlaqədar olaraq vergi siyasəti də müəyyən dəyişikliklərə məruz qalmışdır. Bu dövrdən başlayaraq bütün yetkinlik yaşına çatmış qeyri-müsəlmanlar dörd qızıl dinar və ya qırx gümüş dirhəm məbləğində vergi ödəməli idilər. Daha sonrakı dövrlərdə cizyənin tutumu hər kəsin maddi durumundan asılı olaraq dəyişmişdir. Çox varlı qeyri-müsəlmanlar hər il qırx səkkiz, orta səviyyəli qeyri-müsəlmanlar iyirmi dörd, yoxsullar isə on iki dirhəm vergi ödəmişlər. Bu verginin ödənilməsi İslam dövlətinin himayəsində yaşamaq, eləcə də öz inanclarında qalmaq imkanlarını verirdi. Cizyə yalnız yetkinlik yaşına çatmış, azad, sağlam düşüncəli kişilərdən alınırdı. Çünki, onlar müsəlmanlarla döyüşmək bacarığında və iqtidarında olan insanlardır. Xəstə, uşaq, qadın, kölə və qocalar bu vergini ödəmirdirlər. Rahib və keşişlərin vergini ödəməsi məsələsində müsəlman hüquq məktəbləri arasında fərqli fikirlər mövcuddur. Bizim dövrümüzdə isə cizyə vergisi İslam dövlətində alınmır.
CİNLƏR
CİZYƏ
OBASTAN VİKİ
Cizyə
Cizyə — ərəbcədən götürülən sözdür. Quranda bu haqda belə deyilir: "Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun." (Tövbə surəsi / 29 ) Cizyə müsəlman ölkələrində qeyri müsəlman əhalidən can və mal mülkiyyətinin qorunması qarşılığında alınan vergidir. Yəni fəth edilən ərazidə qeyri müsəlmanlardan kollektiv olaraq alınırdı. Cizyəni ağılca,bədəncə sağlam və yetişkin kişilər ödəyirdi. Qocalardan, qadınlardan, uşaqlardan, xəstələrdən müharibədə iştirak qabiliyyətləri olmadıqları üçün bu vergi alınmırdı. Korlar, şikəst olanlardan yalnız varlılar cizyə ödəyirdi. Kasıblar və dilənçilər cizyə ödəməzdi, yoxsul rahiblər də ödəməzdi.

Digər lüğətlərdə