CIO

Chief Information Officer Əsas informasiya meneceri
CIDF
Ciphertext
OBASTAN VİKİ
Ciovanni Abagnale
Ciovanni Abagnale (11 yanvar 1995) – italyan avarçəkən.
Ciovyo Seriyası
Ciovyo Kolleksiyası və ya Ciovyo Portretləri kimi tanınan Ciovyo Seriyası 16-cı əsrin italyan intibah dövrü tarixçisi və bioloqu Paolo Covio tərəfindən yığılmış 484 portretdən ibarət bir seriyadır. Ədəbi şəxsiyyətlərin, hökmdarların, dövlət xadimlərinin və digər şəxslərin portretləri vardır. Ciovyo məşhur adamların ictimai arxivi kimi nəzərdə tutulan bu kolleksiyanı ilk olaraq Komo gölü sahilində yerləşən xüsusi bir muzeydə yerləşdirib.Orjinal kolleksiyanın zədələnməsinə baxmayaraq I Kosimo de Mediçi üçün hazırlanmış bir nüsxəsi indi Florensiyanın Uffitsi qalereyasında daimi bir evə malikdir. == Yaranması == Ciovyo ilk olaraq Roma şəhərində karyerasını davam etdirmək üçün məmləkəti Komonu tərk etdikdən sonra 1512 civarında portret toplaya bildi. Əvvəl yazıçılara yönəldilmiş kolleksiya hərbiçilər, krallar, papalar, rəssamlar və hətta bir neçə tanınmış qadınları əhatə etmişdir. Seriya öz zamanındakı məşhur adamları da ehtiva edirdi. Ciovyonun qalereyası daimi bir ictimai qeyd kimi xidmət etmək üçün nəzərdə tutulmuşdur və onun dəqiqliyi haqqında diqqətli olmuşdur. İdeallaşmış portretlər kifayət deyil. O, mümkün olduğu qədər həyatdan çəkilmiş portretləri üstünlük verdi. Belə olmadığı təqdirdə sikkələrdən, büstlərdən və ya əvvəlki həyat portretlərindən hazırlanan bənzərliklər qəbul edilmişdir .
Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. == Həyatı == Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Nelli Ciobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Nelly Ciobanu

Severino Di Ciovanni
Severino Di Ciovanni (16 mart 1901, Kieti, Abruttso – 1 fevral 1931, Buenos-Ayres) — Argentinaya köçən italyan anarxisti idi və burada Sakko və Vanzettiyə və antifaşizmə dəstək üçün terror kampaniyasına görə bu ölkədə ən tanınmış anarxist fiqura çevrilmişdi. Di Ciovanni 17 mart 1901-ci ildə Kieti, Abruzzoda anadan olub. Birinci Dünya Müharibəsindən dərhal sonra aclıq və yoxsulluq kimi məhrumiyyətlər dövründə yetişən onun tərbiyəsi onun siyasətinə böyük təsir göstərmişdir. O, müəllim olmaq üçün kurslara getdi və tezliklə oranı bitirməzdən əvvəl yaşadığı şəhərin bir məktəbində müəllimlik etməyə başladı. O, mətbəə sənətini özü öyrəndi və boş vaxtlarında Mixail Bakunin, Malatesta, Prudon və Elisee Reklusu oxudu . Di Ciovanni İkinci Dünya Müharibəsindən əvvəl italyan mühacirlərinin son böyük dalğası ilə Buenos Ayresə gəldi. O, Moronda yaşayırdı və Argentinada faşizmə və italyan faşist tərəfdarlarına qarşı yığıncaqlarda iştirak etmək və tədbirlər planlaşdırmaq üçün gündəlik Buenos-Ayres Paytaxtına gedirdi. Bir anarxist olan Di Ciovanni, Argentina siyasətində daha sağçı və faşist elementlərin solğun əksi olaraq gördükləri UCR-yə hörmətsizlikdən başqa bir şeyə sahib deyildi. Severino Di Giovanni'nin ilk birbaşa hərəkəti 6 iyun 1925-ci ildə, Teatro Colonda baş tutan III Viktor Emmanuelin İtaliya taxtına çıxmasının 25-ci ildönümünün qeyd edilməsi zamanı baş verdi. Prezident Alvear, həyat yoldaşı, opera müğənnisi Regina Pacini və faşist İtaliyanın səfiri qraf Luici Aldrovandi Marescotti, habelə hər hansı bir pozğunluğun qarşısını almaq üçün Marescotti tərəfindən yerinə qoyulan çoxsaylı Qara köynəklər aksiyada iştirak edirdi.
Uilyam Ciok
Vilyam Ciok (12 may 1895[…] – 28 mart 1982[…], Berkli, Kaliforniya) — kimya üzrə Nobel mükafatçısı. Amerika fiziki kimyaçısı Vilyam Frensis Ciok 1895-ci ilin mayın 12-də anadan olmuşdur (Kanadanın Niaqara-Fols şəhərində). 1920-ci ildə Berklidə Kaliforniya universitetini qurtarmışdır. 1920–1977-ci illərdə həmin universitetdə işləmiş, 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Əsas elmi işləri maddələrin, xüsusi halda olduqca aşağı temperaturlarda kondensləşmiş qazların termodinamiki xassələrinin tədqiqinə həsr olunmuşdur. 1920-ci ildə termodinamikanın üçüncü başlanğıcını təcrübi yoxlanmaq üçün tədqiqatlar aparmışdır. Öz əməkdaşı D. Mak-Duqall ilə birlikdə 1927-ci ildə 1K-dən aşağı temperatur almaq üçün adiabatik maqnitsizləşmə üsulunu və olduqca aşağı temperaturları ölçmə üsulunu yaradır. 1933-cü ildə 0,5K temperatur ala bilir. Eksperimental tədqiqatları elə temperatur intervallarında aparmışdır ki, həmin temperatur intervallarında atomların istilik hərəkətləri praktiki olaraq yoxdur. Bu da ona imkan vermişdir ki, atomların öz vəziyyətlərindəki keçidlərdə energetik dəyişmələri müəyyən edə bilsin.
Veronika Cioyeva
Veronika Cioyeva (oset. Джиоты Романы чызг Вероникæ) — rus opera müğənnisi (soprano). Novosibirsk Akademik Opera və Balet Teatrının solisti. Rusiya Federasiyasının əməkdar artisti (2018). 29 yanvar 1979-cu ildə Cənubi Osetiyanın Tsxinvali şəhərində anadan olmuşdur. Dediyinə görə, opera və musiqiyə sevgini atası aşılamışdır: "… Musiqini oxuduğum Pionerlər Sarayında. 13 yaşım var idi. Mən xalq rəqsləri ifa edirdim — özbək, qaraçı, osetin, rus. Kostyumları xalam — atamın bacısı tikirdi. Buna görə də bu şəkildə bütün şəhəri əyləndirirdim.
Vilyam Ciok
Vilyam Ciok (12 may 1895[…] – 28 mart 1982[…], Berkli, Kaliforniya) — kimya üzrə Nobel mükafatçısı. Amerika fiziki kimyaçısı Vilyam Frensis Ciok 1895-ci ilin mayın 12-də anadan olmuşdur (Kanadanın Niaqara-Fols şəhərində). 1920-ci ildə Berklidə Kaliforniya universitetini qurtarmışdır. 1920–1977-ci illərdə həmin universitetdə işləmiş, 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Əsas elmi işləri maddələrin, xüsusi halda olduqca aşağı temperaturlarda kondensləşmiş qazların termodinamiki xassələrinin tədqiqinə həsr olunmuşdur. 1920-ci ildə termodinamikanın üçüncü başlanğıcını təcrübi yoxlanmaq üçün tədqiqatlar aparmışdır. Öz əməkdaşı D. Mak-Duqall ilə birlikdə 1927-ci ildə 1K-dən aşağı temperatur almaq üçün adiabatik maqnitsizləşmə üsulunu və olduqca aşağı temperaturları ölçmə üsulunu yaradır. 1933-cü ildə 0,5K temperatur ala bilir. Eksperimental tədqiqatları elə temperatur intervallarında aparmışdır ki, həmin temperatur intervallarında atomların istilik hərəkətləri praktiki olaraq yoxdur. Bu da ona imkan vermişdir ki, atomların öz vəziyyətlərindəki keçidlərdə energetik dəyişmələri müəyyən edə bilsin.
Arseni Cioyev
Arseni Cioyev (9 iyul 2002, Tsxinvali) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Arseni Cioyev 2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə dəvət edildi. Arseni Cioyev həmin avqustunda Belarusda II MDB Oyunlarının bürünc medalına sahib oldu. Həmin il Albaniyada U-23 Dünya Çempionatını 11-ci pillədə başa vuran Arseni Cioyev ilin sonunda Azərbaycan Çempionatının gümüş medalına da sahib oldu 2024-cü ildə Arseni Cioyev sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirini beşinci pillədə başa vuran Arseni Cioyev fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.