COĞRAFİYA

[yun. gegraphia-Yerin təsviri] география; bitki coğrafiyası набататрин география; // географиядин.
COĞRAFİ
COĞRAFİYAÇI
OBASTAN VİKİ
Kimyəvi coğrafiya
Kimyəvi coğrafiya landşaftın ayrı-ayrı komponentlərinin kimyəvi xüsusiyyətlərinin ərazicə yayılması qanunauyğunluqları haqqında elm sahəsi. aşkar edilmişdir ki, bitkinin, heyvanın, səthi və qrunt sularının,atmosfer yağıntılarının və s. kimyəvi tərkibi coğrafi zonallıq qanunauyğunluğuna tabedir. Belə ki, müxtəlif coğrafi zonalarda həm yabanı, həm də mədəni bitkilərin kimyəvi tərkibi müxtəlifdir. Məsələn, quru iqlim şəraitində yetişdirilən buğdanın dənində zülallar rütubətli iqlimdəkindən çoxdur.
Konstruktiv coğrafiya
== Konstruktiv coğrafiya == Konstruktiv coğrafiya terminini akademik İ. P. Gerasimov (1966) təklif etmişdir. Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq konstruktiv coğrafiya tədqiqatlarında aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, "təbiət-texnika" və "təbiət-insan"ərazi sisteminin qanunauyğunluqları d ərk edilir, mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik (böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi istiqamətində bir tərəfdən insanı əhatə edən mühitin elmi işlərlə aşkar edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin olunması marağına əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılmasının elə bir forması axtarılır ki, o, "təbiət-cəmiyyət" sisteminin özünü dağılmağa doğru aparmasın.
Liman (coğrafiya)
Liman (yun. λιμένας — havan, buxta) — Sahil boyunda qurunun tədricən dayazlaşdığı yerlərdə, dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzinə liman deyilir. Daşqınlar zamanı dəniz suyu basmış liman açıq dənizə geniş şəkildə açılarsa buna quba deyilir. Limanın suyu şirin çay suyu ilə duzlu dəniz suyu qarışdıqdan təşkil olunduğundan elədə şor olmur. Ancaq limana az miqdarda çay suyu axdığı zaman suyu şorlaşır.
Meridian (coğrafiya)
Meridian (latınca: meridies - Günorta xətti) – Coğrafi qütübləri yer səthindən keçməklə birləşdirən qısa xətt meridian adlanır. Meridianlar yarım çevrədir. Bütün meridianlar 360 dərəcədə kəsişirlər. Bütün meridianların uzunluqları eynidir. Onların uzunluğu 20 003,93 km-dir. Beynəlxalq təcrübədə meridianların başlanğıcı Böyük Britaniyanın paytaxtı London şəhərindəki Qrinviç rəsədxanasından keçir. Başlanğıc meridianı, ya da sıfırıncı meridian da deyilir. Xəritədə digər meridianlardan daha qalın göstərilir. Qrinviç meridianı Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür.
Coğrafiya
Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi. İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır. Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir.
Aspekt (coğrafiya)
Aspekt (yun. Aspectus- görünüş) — vegetasiya dövrü ərzində bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişilir. Bu, çəmənlərdə, bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. Aspekt müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir. Aspekt adətən, bitkilərdə üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə edilir. Məsələn, cilin quru yarpaqlarının qonur aspekti, xoruzgülünün qızılı-sarı aspekti və s. == Aspektləşdirmə == Aspektləşdirmə ilin mövsüm tskillərinin (erkən yaz, yaz, yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir edilməsidir.
Bankə (coğrafiya)
Bankə (alm. bank‎ və ya nid. bank) — okeanda yerləşən və dərinliyi yaxınlıqdakı sahələrə nisbətən olduqca az olan əraziyə deyilir. Okeanlarda bankələr əsasən mərcan və ya vulkanik mənşəli olur. Dənizlərdə isə bu tip coğrafi obyektlər əsasən transqressiya nəticəsində yaranır. Burada bankə quru relyef formasının qalığıdır. Əgər atoll suyun dibinə enirsə, bu zaman buna sualtı bankə deyilir. Buna isə elmi dildə kayot deyilir (enmiş atoll). Bankələrdə dəniz və okeanların zəngin bioresursları yerləşir. Bura dəniz balıqçılığının mühüm sahəsidir.
Bankələr (coğrafiya)
Bankə (alm. bank‎ və ya nid. bank) — okeanda yerləşən və dərinliyi yaxınlıqdakı sahələrə nisbətən olduqca az olan əraziyə deyilir. Okeanlarda bankələr əsasən mərcan və ya vulkanik mənşəli olur. Dənizlərdə isə bu tip coğrafi obyektlər əsasən transqressiya nəticəsində yaranır. Burada bankə quru relyef formasının qalığıdır. Əgər atoll suyun dibinə enirsə, bu zaman buna sualtı bankə deyilir. Buna isə elmi dildə kayot deyilir (enmiş atoll). Bankələrdə dəniz və okeanların zəngin bioresursları yerləşir. Bura dəniz balıqçılığının mühüm sahəsidir.
Botaniki coğrafiya
Bitki coğrafiyası və ya fitocoğrafiya və ya botaniki coğrafiya — bitki və bitki qruplarının yayılma qanunauyğunluqlarını, eləcə də bitki aləmi müxtəlifliklərinin Yer kürəsində paylanmasını öyrənən botanika bölməsi. == Tədqiqat istiqamətləri == Bitki coğrafiyası bioloji obyektləri, həm bioloji (tipoloji, müqayisəli, ekoloji, tarixi), həm də coğrafi (kartoqrafiya, ölkəşünaslıq, rayonlaşdırma) metodlardan istifadə edərək populyasiya-növ (populyasiyalar, növlər, yarımnövlər, cinslər, fəsilələr və daha ali taksonomik dərəcələr), senotik (bitki qrupları və ya fitosenozlar) və biotik (məhəlli və ya daha böyük ölçüdə bitkilik, flora kompleksləri təşkil səviyyələrində tədqiq edir. == Tarixi == Bitki coğrafiyasının meydana gəlməsi e.ə. IV əsrin sonlarına təsadüf edir. Bu barədə Feofrastın "Bitkilər haqqında tədqiqatlar" adlı 4-cü kitabında qeyd edilmişdir. Müstəqil elm kimi XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşmışdır. Alman botaniki K.L.Vildenov, onun tələbəsi A.Humboldt, İsveçrə botaniki O.Dekandol və danimarkalı alim Y.Skou – Botaniki coğrafiyanın baniləridir. Bitki coğrafiyasına dair faktiki materialların toplanması bir çox görkəmli botaniklərin ekspedisiya tədqiqatları ilə bağlıdır. XIX əsrdə ingilis bioloqu E.Forbs, botaniklər D.D. Huker, A. Dekandol, A. Qrizebax, A. Enqler, XX əsrdə ingilis botaniki D.Villis və amerikalı bioloq L. Kruaza bitki coğrafiyası nəzəriyyəsini xeyli zənginləşdirmişlər. == Müasir vəziyyəti == Müasir bitki coğrafiyası areal haqqında (bitkilərin xorologiyası); bitkilərin həyati formaları və onların Yer kürəsində paylanması günəş enerjisinin mənimsənilməsində, üzvi maddələrin əmələgəlməsində, oksigenin, karbonun və bütövlükdə Yer kürəsində bir çox digər həyati əhəmiyyətli birləşmələrin müxtəlif ərazilərdə və müxtəlif landşaftlarda dövranında, biomların ümumi məhsuldarlığında bitkilərin rolu (bitkilərin ekoloji coğrafiyası); yaşayış mühitinin müxtəlifliyi şəraitində bitkilərin məskunlaşması (bitkilərin dinamik coğrafiyası); bitki aləminin Yer kürəsində paylanmasını müəyyən edən zonallıq, sektorluq, hündürlük qurşaqları və s.
Mədəni coğrafiya
Mədəni coğrafiya — iqtisadi-sosial coğrafiyanın istiqamətidir, məkandakı mədəni fərqləri və mədəniyyətlərin ərazi bölgüsünü öyrənir. Elmi istiqaməti 1930-cu ildə Karl Sauer tərəfindən yaradılmışdır. Əsasən ABŞ-də inkişaf etmişdir. Saueradan sonra mədəni coğrafiyanın formalaşmasına ən böyük töhfəni Riçard Xartşorn və Vilbur Zelinski vermişdir. Sauer əsasən keyfiyyətli və təsviri analizin metodologiyasını tədqiq edir, hansı ki, 1930-cu illərdə Riçard Xartşorn tədqiq etməyə çalışırdı. Başqa tədqiqatçılar isə kəmiyyət metodunu tədqiq edirdilər. 1970-ci ildə kəmiyyət metodu coğrafiyada həddən artıq etibarilə pozitivizmi artırırdı.
Plan (Coğrafiya)
Məhəlin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrivsiz) təsvirinə plan deyilir. Plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır. Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif 1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılna ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar. == Planalma == Planalmanın aşağıdakı növləri var: === Gözəyarı planalma (Üfüqi planaalma) === Bu planalma zamanı obyektlərin üfüqi koordinatları təyin edilir və kağız üzərində obyektlərin yalnız konturları təsvir olunur. === Şaquli planalma === Bu zaman yer səthində olan yüksəkliklər ölçülür və kağız üzərinə ərazinin ancaq relyefi təsvir olunur. === Üfuqi-şaquli planalma === Bu zaman isə Yer səthində olan obyektlərin konturu ilə yanaşı, relyef də plana alınır. Planalmada başlıca məqsəd ərazinin topoqrafik plan və ya xəritəsini tərtib etməkdən ibarət olduğu üçün çox vaxt üfuqi-şaquli planalmaya topoqrafik planalma deyilir.
Platforma (coğrafiya)
Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir: Altda — qırışıq qatı. Üstdə — çöküntü süxurlarının olduğu qat. Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar). Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Say (coğrafiya)
Say — Dəniz, çay, göl daxilində mövcud olan və gəmiçiliyiə maneə törədən dayaz yer. Bu dayazlıqlar əsasən qum və ya çınqılın bir yerə toplanması nəticəsində yaranır. Vulkanik məşəlli ola bilir. Üstəlik insan və heyvanların fəzaliyyəti nəticəsində yarana bilər. Okeanların materik sahili ərazilərinə yaxın ərazilərdə formalaşan bu tip saylar şelf adlanır. Saylar su altında əbədiyyən görünməz halda qala bildiyi kimi bəziləri çəkilmə zamanı suyun üzünə çıxır. Bu zaman onlar ada, dil formasında təzahür edir. Çay yatağında əmələ gələn sayları hətta piyada belə keçmək olar.
Siyasi coğrafiya
Siyasi coğrafiya, coğrafi amillərin siyasi orqanların və təşkilatların qəbul etdiyi qərarlara təsirini, siyasi qərarların həyata keçirilməsinin coğrafi mühitə və nəticədə yaranan coğrafi hadisələrə təsirini araşdıran insan coğrafiyasının alt fənnidir. Siyasi coğrafiya, coğrafiyanın əsas iş prinsiplərinə (bölgü, əlaqə və səbəb-nəticə) görə dövlətlə yer arasındakı münasibətləri araşdırır. Alman alimi Fridrix Ratsel (1844–1904) "Siyasi coğrafiya" kitabı ilə siyasi coğrafiyanın banisi hesab olunur, o, bu kitabında insanın dünyaya yayılmasının təbii şəraitdən qaynaqlandığını iddia edir. Bir ölkədə, bütün dünyada və ya dünyanın bir hissəsində, təbii, bəşəri və iqtisadi hadisələrin paylanması, bunlar arasındakı əlaqələr ilə səbəblər və nəticələri araşdıraraq, dövlət işlərində töhfələr verir. Qütb bölgələrinin və ekvatorial Afrikada dövlət quruluşlarının zəifliyi və orta genişliklərdə güclü və köklü dövlətlərin qurulması coğrafiyanın siyasətə təsirinin nümunələridir. Geosiyasət və geostrategiya, siyasi coğrafiyada tərif və maraq baxımından oxşar olan, lakin sinonim olmayan iki anlayışdır. Geostrategiya, məlumat baxımından siyasi və hərbi planlaşdırmanı dəstəkləyən, əlaqələndirən və ya təsir edən coğrafi amillər tərəfindən idarə olunan bir növ xarici siyasət növü olan geosiyasətin alt şöbəsidir. Geosiyasət siyasi coğrafiyadan qaynaqlanan bir elm sahəsidir. Bu elm, siyasi coğrafiyanın dövlətlərə verdiyi üstünlük və çatışmazlıqları araşdırır.
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.
Tarixi coğrafiya
Tarixi coğrafiya — hər hansı bir ərazinin müəyyən dövr ərzində coğrafiyasını (siyasi, iqtisadi, fiziki və s.) öyrənən köməkçi tarix elmi. == Azərbaycanın tarixi coğrafiyası == Azərbaycanda tarixi coğrafiya elminin inkişafı əsasən XX əsrin 80-ci illərindən başlamışdır. Lakin Azərbaycanın tarixi-coğrafiyasında həsr olunmuş müasir anlamda ilk elmi tədqiqat əsəri başqırd tədqiqatçısı Əhməd Zəki Vəlidi Toğanın XX əsrin 20-30-cu illərində yazdığı "Azərbaycanın tarixi coğrafiyası" adlı əsəri hesab edilir. == Əhməd Zəki Vəlidi Toğanın Azərbaycanın tarixi coğrafiyasına dair tədqiqatları == Ə.Z.Vəlidinin “Azərbaycanın tarixi coğrafiyası”na həsr olunmuş əsəri (məruzələri) bu sahədə atılmış mühüm addım olması və elmi əhəmiyyətinə görə diqqəti cəlb edir. Əsərdəki 700-ə yaxın yer adları - toponimlər Azərbaycanın, xüsusilə Şirvan bölgəsinin zəngin tarixə malik olduğunu bir daha təsdiqləyir. Müəllifin orta əsrlərə dair əksər mənbələrdən bəhrələnməsi onun əsərinin yüksək elmi səviyyədə meydana gəlməsinə imkan vermişdir. Bu əsər əslində alimin 1928-1931-ci illərdə İstanbul universitetində oxuduğu mühazirələrdən ibarət olsa da, elmi səviyyəsinə görə digər əsərlərindən geri qalmır. Görkəmli alimin 4 mühazirədən ibarət olan bu əsərində əsasən Azərbaycanın şimal bölgəsinin - Şirvanın, Şəkinin və başqa yaşayış məntəqələrinin tarixi-coğrafi vəziyyətindən bəhs olunur. Müəllif Dərbənd, Bərdə, Samur körpüsü, Abxaz, Quba, Şabran, Şamaxı, Bərzənc, Bakı, Ərəş, Şəki, Zaqatala ərazilərinin toponimlərindən söhbət açır, onların mənasını, tarixini açıqlayır. Əsərdə 700-ə qədər toponimin (eyni toponimin müxtəlif variantları daxil olmaqla) verilməsi alimin nə qədər zəngin elmi biliyə malik olduğunu göstərir.
Tibbi coğrafiya
Tibbi coğrafiya- coğrafiya və tibb elmlərinin şöbəsidir. Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin əhalinin sağlamlığına necə təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiya tibbi coğrafiyanın mühüm bir şöbəsidir. == Tibbi-coğrafi xəritə == Tibbi-coğrafi xəritə coğrafi mühitin insan sağlamlığına təsirinin ərazi xüsusiyyətlərinin xaratkerini işarələrlə əks etdirən xəritədir. == Tibbi iqlimşünaslıq == Tibbi iqlimşünaslıq coğrafiya və tibb elmi qovuşuğunda olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və yayılmasını öyrənir.
Çay (coğrafiya)
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir… == Ümumi məlumat == Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meyilliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır. Çaydan ayrılan qollar (bax Bifurkasiya) da olur (məs., Kürdən ayrılan qol — Bala Kür yaxud Aquşa).
Çöküntülər(coğrafiya)
Çöküntülər (coğrafiya)
Örtük (coğrafiya)
Örtük — Geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin (Lava örtüyü, üstəgəlmə örtüyü, moren örtüyü, çöküntü örtüyü və s.).
İqtisadi coğrafiya
M. V. Lomonosov iqtisadi coğrafiya terminini ilk dəfə olaraq elmə gətirmişdir. == Yaranması == XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin xüsusi əməyi olmuşdur. Əldə edilmış məlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu termini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir. İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır.
Şott (coğrafiya)
Şott (rus. шотт, ing. shott) — ər. – şimal-qərbi Afrikada, Böyük Səhranın şimal-qərbində yumşaq duz qatı olan çökəklik. Şott gur yağışlar zamanı şor gölə çevrilir. Əlcəzairdə Melkir Şott dibi dəniz səviyyəsindən aşağıda yerləşir.
Coğrafiya (Ptolemey)
Coğrafiya (q.yun. Γεωγραφικὴ Ὑφήγησις : Γεωγραφικὴ Ὑφήγησις, Geōgraphikḕ Hyphḗgēsis, lit. ("Coğrafi Rəhbərlik"), Latın adları ilə də Geographia kimi tanınır və Cosmographia Klaudi Ptolemey tərəfindən təxminən eramızın 150-ci ilində İsgəndəriyyədə yunan dilində yazılmışdır. Onun 9-cu əsrdə ərəb və 1406-cı ildə latın dilinə tərcüməsi orta əsr xilafəti və İntibah Avropasının coğrafi biliklərinə və kartoqrafik ənənələrinə böyük təsir göstərmişdir.
Gürcüstan coğrafiyası
Gürcüstan Asiyanın Ön Qafqaz regionunda yerləşən; bəzən isə Şərqi Avropaya aid edilən ölkə. Təbiət baxımından Gürcüstan olduqca rəngarəngdir. Buna səbəb onun coğrafi yerləşməsi və hündürlük zonallığıdır. Qafqaz regionuna aid bitki və heyvanlar aləmi ərazi quruluşu ilə əlaqədar olduqca zəngindir. Gürcüstan rütubətli Aralıq dənizi iqlim tipi ilə Xəzər və Aral dənizinin yerləşdiyi arid kontinental iqlim tipləri arasında qərarlaşır. Ölkənin ümumi sahəsi 69,7 min km² təşkil edir. Hazırda ərazisinin tərkib hissəsini təşkil edən Abxaziya (8600 km²) və Cənubi Osetiya (3900 km²) onun nəzarətində deyildir. == Relyef == Ölkənin şimal hissəsini Böyük Qafqazın 4000–5000 m hündürlüyə malik zirvələri tutur. Ölkənin ən hündür nöqtələləri: Şaxara (5068 m) və Kazbek (5033 m). Qafqaz dağları cavan dağlardır.
Hamburq Coğrafiya Cəmiyyəti
Hamburq Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft in Hamburg‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Hamburq şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1873-cü ildə Almaniyanın Hamburq şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Hannover Coğrafiya Cəmiyyəti
Hannover Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft zu Hannover‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Hannover şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1878-ci ildə Almaniyanın Hannover şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir.
Hindistan coğrafiyası
== Sahəsi və sərhədləri == Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir. Ərazisinə görə dünyada yeddinci (Sahəsi 3,287,240 km² ), əhalisinə görə isə ikinci sıradadır. Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor, Heydərabad və başqalarıdır. Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir.
Kipr adasının coğrafiyası
Kipr coğrafiyası - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür. == Relyef == Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m) qərarlaşır.
Kipr coğrafiyası
Kipr coğrafiyası - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür. == Relyef == Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m) qərarlaşır.
Koreya Respublikası coğrafiyası
Cənubi Koreya — Şərqi Asiyada, Koreya yarımadasının cənubunda yerləşən dövlət. Müvafiq olaraq yarımadanın qutaracaq hisssində yerləşdirindən təbii ki yalnız bir ölkə ilə sərhədi vardır. Şimaldan ancaq Koreya Xalq Demokratik Respublikası ilə sərhədə malikdir. Onu şimal qonşusunun ərazisində müstəqil dövlətin varlığını tanımır və bölgəni Vahid Koreya Respublikasının ərazusi hesab edir. Bununla belə bu iki dövlət arasında yerləşən sərhəddə silahsız zona elan edilmişdir. Ölkə üç tərəfdən su ilə əhatə olunmuşdur. Onun sahil xəttinin uzunluğu 2 413 km təşkil edir. Qərbdən Sarı dənizi, şərqdən isə Yapon dənizinin suları ilə yuyulur. Cənubdan sahillərini Koreya boğazı və Şərqi Çin dənizi əhatəlir. Ölkə 100 210 km² əraziyə sahibdir.
Koreya Xalq Demokratik Respublikası coğrafiyası
Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Şərqi Asiya regionunda, Koreya yarımadasının şimalında yerləşən dövlət. Şimal-şərqdən Rusiya ilə sərhədlənir. İki ölkəni Tumannaya çayı ayırır. Şimal və şimal-qərbdən isə Çinlə sərhədə malikdir. Burada iki ölkə arasında təbii sərhəd rolunu Yaluszyan çayı oynayır. Cənubdan isə Cənubi Koreya ilə sərhədlənir. Olkənin şərq sahillərini Yapon dənizi, qərb sahillərini isə Sarı dəniz yuyur. == Ərazisi == == Quru sərhədləri və sahil xətti == Ölkənin quru sərhədlıri cəmi 1673 km təşkil edir. Çin ilə 1416 km, Cənubi Korera ilə 238 km, Rusiya ilə isə 19 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu isə 2495 km təşkil edir.
Kosova coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Kosovo coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Küveyt coğrafiyası
== Sahəsi və sərhədləri == Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları ölkənin tərkibinə daxildir. Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min km², əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min km² təşkil edir. Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir sıra sərhəd ərazilərini özünün hesab edirdi.
Kənd təsərrüfatı coğrafiyası
Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.
Latviya coğrafiyası
Latviya coğrafiyası — == İqlimi == İqlimin dəniz və kontinental iqlimi arasında keçid xarakteri var. 500–800 mm — üstünlük təşkil edən cənub-qərb küləkləri Atlantik tərəfindən 500–800 mm miqdarda yağıntı gətirir. Hər il yalnız 30–40 gün hava buludsuz olur, qalan günlər hava buludlu ən isti və quru ay May ayıdır. Yay tez-tez sərin və yağışlı keçir, temperatur bir il ərzində 125–155 gün sıfırdan yuxarı olur. İyulun orta temperaturu — 15–17 ° C, bəzən 1990-cı illərdəki kimi anomaliyalar olur(32 °C). Qış dekabrın ortalarından mart ayına kimi davam edir. Yanvar ayında orta temperatur −3 −7 ° C arasında dəyişir, bəzən isə-40 °C qədər düşür.
Litva coğrafiyası
Litva — Avropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km. Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir. Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir. İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit.
Livan coğrafiyası
== Sahəsi və sərhədləri == Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxalq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. == Livanın relyefi == Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.
Macarıstan coğrafiyası
93,033 kvadrat kilometr əraziyə malik Macarıstan Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlətdir. Ölkənin ərazisi şimaldan cənuba təxminən 250 km, şərqdən qərbə 524 km məsafədə uzanır. Qərbdə Avstriya, cənub və cənub-qərbdə Serbiya, Xorvatiya, Sloveniya, cənub-şərqdə Rumıniya, şimal-şərqdə Ukrayna, şimalda Slovakiya olmaqla ümumilikdə sərhəd xətlərinin uzunluğu 2,258 km təşkil edir. Macarıstanın müasir sərhədləri Trianon sazişinin şərtlərinə görə birinci dünya müharibəsindən sonra yaranıb. Ölkə 1938-ci ildən 1941-ci ilə kimi bəzi sərhəd dəyişiklikləri zamanı öz sərhədlərinin təhlükəsizliyini təmin edib və möhkəmləndirib: 1938-ci ildə Birinci Vyana arbitrajı zamanı Çexoslovakiyadan əraziləri geri aldı, 1939-cu ildə isə Macarıstan Karpato-Ukraynanı işğal etdi. 1940-cı ildə İkinci Vyana arbitrajı zamanı Şimali Transilvaniyadan əraziləri geri aldı və nəhayət Macarıstan Baçka və Međimurje qraflığını Yuqoslaviya əməliyyatı zamanı işğal etdi. Lakin Macarıstan ikinci dünya müharibəsində məğlub olmaqla yenidən bu əraziləri itirdi. İkinci dünya müharibəsindən sonra Çexoslovakiyanın xeyrinə kiçik dəyişikliklə Trianon sazişinin şərtləri bərpa olunub. Ölkələrin çoxu ən azı 200 metr yüksəkliyə malikdir. Buna baxmayaraq, Macarıstanda hündürlüyü 300 metrə çatan orta yüksəklikli silsilələr var (ölkənin 2% -dən daha az ərazisini əhatə edir).
Madaqaskar coğrafiyası
Madaqaskar coğrafiyası — Dünyanın dördüncü böyük adası. Hind okeanında yerləşir. == Ümumi məlumat == Madaqaskar adası – dünyanın sahəsinə görə 4-cü adası olub (590 min km2 ), "Böyük Qırmızı Ada" adlandırılır. Ada Afrikadan 100 mln. il bundan əvvəl ayrıldığından, fauna və floranın ¾-ü endemikdir. Ada əsasən lemurlar və növlərinin sayı 1000-ə yaxın olan orxideyaları ilə məşhurdur. Dünyada rast gəlinən buqələmunların təxminən yarısı, kəpənəklərin isə 3000-ə yaxın növü burada məskunlaşıb. Madaqaskar ərazisində 13 milli park və qoruq var, lakin onlardan cəmi 7-də təbiəti mühafizə normaları yerinə yetirilir. Ən əlçatan parkı Perine-Analamazoatradır. Burada rütubətli tropik meşələr və meşələrdə yaşayan ən iri lemur-indrilər mühafizə olunur.
Milli Coğrafiya Cəmiyyəti
Milli Coğrafiya Cəmiyyəti (ing. National Geographic Society) — ABŞ-nin ən böyük elmi və tədris təşkilatlarından biridir. 27 yanvar 1888-ci ildə Vaşinqtonda yaradılıb.
Monqolustan coğrafiyası
Monqolustan Mərkəzi Asiyada yerləşən dövlətdir. Dövlətin sahəsi 1 564 116 km² təşkil edir. Bu isə Avropanın ən böyük dövləti olan Fransadan üç dəfə böyükdür. Sahəsinə görə dünya dövlətləri arasında 19-cu yerdə gedir. Şimaldan Rusiya, cənubdan isə Çinlə sərhədlənir. Sərhədlərinin ümumi uzunluğu 8 114 km təşkil edir. Çin Xalq Respublikası ilə 4 673 km, Rusiya Federasiyası ilə isə 3 441 km sərhədə malikdir. == Relyefi == Monqolustan ərazisinin böyük qismi Monqoludtan platosunda yerləşir. Burada hündürlül 900-1500 arasında dəyişir. Bura əsasən dağ silsilələri və massivlərdən ibarətdir.
Monteneqro coğrafiyası
Monteneqro coğrafiyası (mont. Црна Гора, Crna Gora) — Avropanın cənub-şərqində, Balkan yarımadasının Adriatik dənizi sahilində yerləşir. Ölkə öz adını ölkənin tarixi mərkəzi olan, Kotor körfəzinin sahilində yerləşən Lovçen dağlarından almışdır (1749 m) == Sərhədləri, sahil xətti == Ölkənin quru sərhədlərinin uzunluğu 625 km-dir. Monteneqro qərbdən Xorvatiya (25 km), şimal-qərbdən Bosniya və Herseqovina (225 km), şimal-şərqdən Serbiya (124 km), şərqdən Kosovo (79 km), cənub-şərqdən Albaniya (172 km) ilə həmsərhəddir. ilə sərhəddir. Adriatik dənizində 293,5 km məsafədə sahil xəttinə sahibdir. Sahildən 12 dəniz mili isə onun ərazi sularıdır. Dənizdə 14 adaya sahibdir ki, onlarında ümumi sahəsi 15,6 km-dir. Ölkənin şimal-qərbində 87,3 km² sahəyə malik olan və qurunun 29,6&nbspkm daxilinə uzanan Kotor körfəzi vardır. Ölkənin cənubunda Traşte və Jukovas-Luka körfəzləri, həmçinin Trestena-Luka, Yazi-Luka və Mala-Luka körfəzləri vardır.
Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi
Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi (rus. Географический факультет Московский государственный университет имени М. В. Ломоносова) — M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Fakültənin əsası 23 iyul 1938-ci ildə qoyulmuşdur. Fakültənin yaradıcısı Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmiş rus fiziki coğrafiyaşünası, geomorfoloq, kartoqraf Aleksandr Borzovdur. == Tədris planı == Tədris proqramı 4 təhsil fənnindən ibarətdir - humanitar, fundamental təbii və fundamental coğrafiya kursları, ixtisaslaşma üzrə təlim kursları. == Dekanları == 1938—1940 — Semyon Luçkiy 1940—1941 — Boris Orlov 1941 (oktyabr — noyabr) — Andrey Qedımin 1941—1943 — İvan Vitver 1943 — Mariya Karandayeva 1943—1945 — Sergey Muraveyski 1945—1955 — Konstantin Markov 1955—1966 — Aleksandr Ryabçikov 1966—1970 — Andrey Kapitsa 1970—1980 — Aleksandr Ryabçikov 1980—1990 — Georgi Rıçaqov 1990—2015 — Nikolay Kasimov 2015-ci ildən — Sergey Dobrolyubov == Strukturu == Hər il 15 kafedrada 1100-dən çox tələbə və 200-ə yaxın magistr təhsil alır, təxminən 230 mütəxəssis Coğrafiya fakültəsindən məzun olur. Fakültədə 9 tədqiqat laboratoriyası, 5 təhsil və elmi baza, 28 kafedral laboratoriyası fəaliyyət göstərir. Bütün coğrafi ixtisaslar üzrə doktorluq və magistr dissertasiyalarını qəbul edən 4 ixtisaslaşdırılmış şurası var.

Значение слова в других словарях