Fələstin coğrafiyası dedikdə Fələstin Dövlətinin iddia etdiyi ərazilərin coğrafi xüsusiyyətləri başa düşülür. Fələstin Aralıq dənizi hövzəsinin şərqində yerləşir.[1] Sahəsi iki ayrı hissədən ibarətdir: İordan çayının Qərb sahili (ərazisi 5,9 min km²), Qəzzə zolağı (sahəsi 0,4 min km²) və Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah və Xevron şəhərləri yerləşir. Bu hissə üç tərəfdən: şimalda, qərbdə və cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu — 307 km), şərqdə isə İordaniya ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km).
Qəzzə sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur. (sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir. (sərhədin uzunluğu – 11 km), şərqdə isə İsraillə qonşuluqdadır. (sərhədin uzunluğu 51 km).
2005-ci ilin ortalarına olan məlumatlara görə İordan çayının Qərb sahili ərazisində 2,5 mln nəfər yerli əhali yaşayırdı. Bundan əlavə Qərb sahildə təqribən 200 min, Şərqi Qüdsdə isə 190 minə yaxın israilli məskunlaşmışdır. Qəzzə zolağında 2005-ci ildə 1,4 mln. nəfər yerli sakin və 5 mindən çox İsrail vətəndaşları məskunlaşmışdır. 2005-ci ilin avqust ayından İsrail hökuməti Qəzzə zolağına köçürülənləri evakuasiya etməyə və qərb sahildən bir neçə yəhudi məskənlərini boşaltmağa başladı.[2]
Fələstin Muxtariyyətində yaşayan fələstinli ərəblərin sayı təqribən 4,0 mln nəfərə yaxındır. Rəsmi dil – ərəb dilidir. İslam dini üstünlük təşkil edir. (sünni və şiyələrin sayı təxminən bərabərdir). Bundan başqa 400 min nəfərə yaxın fələstin ərəbi qaçqın kimi başqa ölkələrdə (İordaniya, Suriya, Livan, Misir, Səudiyyə Ərəbistanı, Küveyt və s.) yaşayır. Ötən əsrin 90-cı illərində əhalinin artım tempi 4,0 faizə yaxın olmuşdur. Sonrakı illərdə bu 3,0 faizə qədər enmişdir. Fələstin ərəblərinin təhsil səviyyəsi xeyli yüksəkdir. Ali təhsilli şəxslərin payı çoxluq təşkil edir.[3]
Hər iki hissədə əhalinin əsas hissəsi fələstin ərəbləridir. Yəhudilər Qərb sahildə əhalinin 17 və Qəzzə sektorunda təqribən 1 faizini təşkil edirlər. Qərb sahilində məskunlaşan əhalinin 8 faizi, Qəzzədə isə təqribən 1 faizi xristianlardır. Əhali ərəb və ivrit dillərində danışır, ingilis dili də geniş yayılmışdır.[4]
İsraillə Fələstin Azadlıq Təşkilatı (FAT) arasında bağlanmış (1993–98-ci illərdə) bir sıra sazişlərə müvafiq olaraq[5]. Fələstin ərəblərinə müvəqqəti özünüidarə statusu verilmişdir, əslində statusun son taleyi İsrail və Fələstin tərəfləri arasındakı birbaşa danışıqlar nəticəsində formalaşmalıdır.[6][7]
1994-cü ildən qüvvədə olan muxtariyyət rejimi çərçivəsində Fələstin hakimiyyət orqanları formalaşmışdır. Onlara Qərb sahildə və Qəzzə sektorunda idarəetmə funksiyaları tədricən verilir. 2002-ci ildən Fələstində faktiki olaraq Prezident Respublikası rejimi fəaliyyət göstərir.
Fələstin Muxtariyyətinin rəhbəri əhali tərəfindən birbaşa seçkilərdə müəyyənləşdirilən Prezidentdir. O, həm də Muxtariyyətin silahlı qüvvələrinin baş komandanıdır. 1994–2004-cü illərdə bu vəzifəni Yasir Arafat tutmuş[8]., 2005-ci ilin yanvarında isə Mahmud Abbas prezident seçilmişdir.
İordan çayının qərb sahili bölgəsi üçün Aralıq dənizi iqlim tipi səciyyəvidir. Bölgənin şərqi quru və isti iqlimi ilə xarakterizə olunan Yəhudi səhrasının böyük bir hissəsini əhatə edir.
Qəzzada qışı mülayim və yayı quraq keçən isti semiarid iqlim hakimdir.[9] Bahar mart-aprel aylarında gəlir və ən isti aylar 33 °C (91 °F) orta temperatur ilə iyul və avqust aylarıdır. Ən soyuq ay isə temperaturun adətən 7 °C (45 °F) ətrafında olduğu yanvar ayıdır. Yağıntı azdır və əsasən noyabr-mart ayları arasında düşür. İllik yağıntının miqdarı təxminən 4.57 düym (116 mm)-dir. [10]