İti cığ
İti cıq — Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir.
== Botaniki təsviri ==
Hündürlüyü 30-100 sm və daha çox olan bozumtulyaşıl
rəngli, sıx çimli bitkidir. Çoxsaylı gövdələri yumru, özəklidir.qaqaş qahraman
Uzunluğu təxminən gövdəsinə bərabər olan silindrik formalı nazik
yarpaqları, bərk, ucları isə iti tikanlıdır. Yanlardan çıxan qonur-mixəyi
və ya mixəyi rəngli çiçəkqrupu sıxılmış oval şəkilli süpürgəvaridir.
Budaqcıqların ucunda 2-5 çiçək yerləşir Çiçəkyanı yarpağın ucu tikanlı,çiçəkqrupundan hündürdür. May-sentyabr aylarında çiçəkləyir və
meyvə verir.
== Mənşəyi və yayılması ==
İti cıq kserofil coğrafi tipinin Aralıq dənizi
sinfinə və qrupuna aiddir.
Atlantik Avropa və Aralıq dənizi ölkələrində, Şimali İran və Qafqazda
yayılmışdır.
Azərbaycanda iti cıq Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran
ovalıqlarında aranda bitir.
== Ekoloji qrup və bitdiyi yerlər ==
Halomezofitdir, psammofit-litoral
bitkilik tipində rast gəlir.