Meyci dövrü
Meydzi islahatı (yap. 明治維新, Meydzi isin; eləcə də Meydzi yenilənməsi və Meydzi inqilabı) — Yaponiyada 1868-1889-cu illərdə imperator Meyci tərəfindən həyata keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi.
Samuray-syoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meydzi islahatı ilə bağlıdır. Meydzi illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətli tətbiqi ilə səciyyələnir. Buna görə, Meydzi islahatını bəzən Meydzi inqilabı da adlandırırlar.
Bu islahatlar nəticəsində feodalizm ləğv edildi, böyük torpaq sahiblərinin əksəriyyəti könüllü olaraq samuraylar və icma adamları üzərindəki nəzarəti imperatora təslim etdilər. Bir imperator fərmanında elan edilmişdi: "Biz klanları ləğv edir və onları prefekturalara dəyişdiririk."
Qanunverici sistem yenidən quruldu və qanun qarşısında bərabərlik tətbiq edildi, bu düşüncəyə görə sinfindən asılı olmayaraq bütün şəxslər eyni hökmdarın təbəələrinə çevrildilər. Müəyyən qədər də ekstra ərazi prinsipindən uzaqlaşmağa nail olmaq ümidi ilə islahatçılar cinayət hüququnu Qərb xətti qaydasında dəyişdirdilər, avropalıların barbarlıq hesab etdikləri qəribə və qəddar cəzaları ləğv etdilər.