DÜZƏLMƏ SƏTHİ

bütün düzəlmiş səthlərin ümumi adı, ilkin parçalanmış relyefin yerində intensivliyi uzun müddət tektonik hərəkətlərin intensivliyindən üstün olan, müxtəlif denudasion və akkumulyativ proseslərin təsiri altında əmələ gəlmiş, hamarlanmış səth. D.s. platforma və qırışıqlı vilayətlər üçün səciyyəvidir. Bax: Denudasion səth və poligenetik düzəlmə səthləri. поверхность выравнивания planation surface
DÜZƏLMƏ
DÜZƏLMİŞ SƏTH
OBASTAN VİKİ
Yer səthi
Coğrafi təbəqə və ya Yer səthi — Yerin tam və kəsilməz üst quruluşu. Onun tərkib hissələri torpaq, troposfer, stratosfer, hidrosfer və biosferdir. Onlar bir-biri ilə sıx əlaqədədir və onlar arasında daima enerji və maddələr mübadiləsi gedir. Броунов П. И. Курс физической географии, СПб., 1917. Григорьев А. А. Опыт аналитической характеристики состава и строения физико-географической оболочки земного шара, Л.—М., 1937. Григорьев А. А. Закономерности строения и развития географической среды, М., 1966.
Yuyulma səthi
Yuyulma səthi (rus. поверхность размыва, ing. surface of wash-out, surface of erosion) — müxtəlif süxurların yuyulmuş, nahamar səthi. Y.s. cavan çöküntülər toplanana qədər daha qədim süxurların denudasiya prosesləri və ya su axınları ilə yuyulması /dağılması/ sayəsində yaranır. Çöküntü toplanma prosesində fasilə olmasını sübut edir.
Səthi cazibə
Səthi cazibə (və ya qeyri-səmimi cazibə) — insanın həqiqətən inandığı və ya etmək istədiyi şeydən çox, başqaları tərəfindən yaxşı qarşılandığı üçün bir şey söyləmək və ya etmək sosial hərəkətinə aiddir. Buna bəzən "insanlara eşitmək istədiklərini söyləmək" deyilir. Səthi cazibə ümumiyyətlə həvəsləndirmək və ya inandırmaq üçün təsirli bir yoldur və təəssürat/özünü təqdimetmə nəzarətinin çoxsaylı elementlərindən biridir. Açıq-aşkar gizli niyyətlərlə müşayiət olunan yaltaqlıq və cazibədarlıq cəmiyyətdə ümumiyyətlə qiymətləndirilmir və insanların çoxu özlərini səmimi tərifləri səthi olanlardan ayırmağa çalışırlar, lakin tədqiqatçılar hətta zahirən manipulyasiya cazibəsinin də təsirli ola biləcəyini efektiv olduğunu deyirlər. İfadə edilən münasibətlər mənfi və ya rəddedici olsa da, gizli münasibətlər çox vaxt müsbət təsir göstərir. Cazibədarlığın və yaltaqlığın effektivliyi adətən adamın özünü yaxşı hiss etmək təbii istəyindən irəli gəlir. Səthi cazibə dağıdıcı ola bilər. Həddindən artıq sosial zəka ustası olmaqla və digər insanların sosial siqnallarını sonsuz olaraq qəbul edərək özünə hörməti qurban verə bilər. Zahirən cazibədar olmaq bacarığı tez-tez teatr, ticarət, siyasət və diplomatiya kimi sahələrdə uğur qazandırır. Səthi cazibədarlar daha xoş təzahürləri ilə müxtəlif müsbət nəticələr yarada bilirlər, onların danışıq bacarıqları xoşa gəlmək qabiliyyətinə görə ictimai yerlərdə yüngül əyləncə təmin edir.
Səthi-aktiv maddələr
Səthi-aktiv maddələr(SAM) – xalq təsərrüfatının bir çox sahələrində müxtəlif məqsədlər üçün istifadə olunan maddələrdir. Qısaldılmış formada SAM-lar adlanır. SAM-lar yuyucu vasitələr, köpük və emulsiya stabilləşdiricisi, flotoreagentlər, hidrofoblaşdırıcılar, antistatiklər, korroziya inhibitorları və sair kimi işlədilir. SAM-ların müxtəlif təyinatlı olması, onlardan geniş miqyasda istifadə etməyə imkan verir. Məsələn, istehsal olunan anion, qeyri-ionogen, kation və amfolit səthi-aktiv maddələrin miqdarı ildə milyon tonlarladır. Neft sənayesində SAM-ların istehsalına təxminən 60-70 il bundan əvvəl başlanmışdır. 1939-cu ildə dünya miqyasında cəmi 14 min ton, 1960-cı ildə 1386 min ton, 1982-ci ildə isə 6500 min ton SAM istehsal olunmuşdur. Sonrakı illərdə istehsal olunan SAM-ların miqdarı daha çox artmışdır. SAM-ların bir hissəsi yuyucu xassəyə malikdir. Köməkçi komponentlər və doldurucularla (soda, fosfatlar, natrium sulfat və s.) əsas aktiv maddələrin yuyuculuq təsiri gücləndirilir.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.