DÜZƏNLİK ÖLKƏ

ətraf yerlərə nisbətən azca qaldırılmış, aydın görünən,bəzən dik və pilləli yamacları və yastı suayırıcı olan, geniş ərazi. Adətən relyefin düzənlik fonunu saxlayan, üfqi yatan, əksərən qoruyucu üst süxur laylarından təşkil olunmuşdur. Kənarlarda o parçalanmış ola bilər; ondan ayrılmış hissələrin zirvəsi yastı olur və masaya bənzər qalıqlar və ya şahid dağlar / şahidqalıqlar/ adlanır. Belə ölkələrdə dərələr kanyon şəkilində olur. Orta-Sibir yaylasında, Turqay platosunda, Üstyurtda və b. yerlərdə müşahidə edilir. равнинная страна plain land
DÜZƏNLİK
DÜZLƏNMİŞ SAHİLLƏR
OBASTAN VİKİ
Düzənlik
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Ölkə
Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir. Bir ölkənin simvolları ölkənin ibarət olduğu hər hansı bir millətin və ya irqin mədəni, dini və ya siyasi simvolunu göstərir. Bayraqlarda, gerbdə və ya möhürlərdə görünə bilən bir çox simvol kateqoriyası var.
Abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abrazion düzənlik
Abrazion düzənlik — dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild.
Allüvial düzənlik
Düzənlik (coğrafiya)
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik kələzləri
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Düzənlik zebri
Düzənlik zebri (lat. Equus burchelli) — at cinsinə aid heyvan növü. Kvaqqa (Equus quagga) yarımnövünün 1883-cü ildə nəsli kəsilib. Düzənlik zerbləri Cənub-Şərqi Afrikada, Həbəşistanın cənubundan CAR-ın şərqi və Anqolaya kimi yayılıb. == Xarici görünüşü == Kip bədən quruluşuna və qısa ayaqlara malik orta ölçülü zolaqlı heyvandır. Orta hesabla bədəninin uzunluğu 2-2,4 m, quyruğu 47-57 sm, hündürlüyü 1,12-1,4 m, kütləsi isə 290-340 kq olur. Erkəkləri dişilərdən 10%-ə qədər böyük olurlar. Erkəkləri dişilərdən fərqləndirən xüsusiyyətlərindən biri də yoğun boyuna malik olmasıdır. Yalları düs və qısa olur. Quyruğunun sonunda qotaz şəklində tüklər olur.
Muğan (düzənlik)
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
İlkin düzənlik
İlkin düzənlik (rus. первичная равнина, ing. primary plain) — akkumulyativ dəniz düzənliyi, qırışıq əmələgəlməyə məruz qalmamış cavan dəniz çöküntülərindən təşkil olunmuş, alçaq quru düzənlik. İ. d. epi-kontinental /materik üstü/ dəniz-lərin /adətən platforma strukturları daxilində/ reqressiyası nəticəsində əmələ gəlir / Mis: Xəzəryanı ovalıq/.
Düzənlik (Salyan)
Düzənlik — Azərbaycan Respublikasının Salyan rayonunun Qaracala inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Yaşayış məntəqəsi 1 nömrəli sovxozun 6-cı Şöbəsinin malikanəsi əsasında yaranmışdır. Qəsəbə düzənlik ərazidə yerləşdiyinə görə belə adlandırılmışdır.
Düzənlik (dəqiqləşdirmə)
Düzənlik — çöllük.
Dağlıq ölkə
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Sosialist ölkə
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Virtual ölkə
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Ölkə paytaxtları
Kursivlə yazılmış ölkələr asılı ərazilərdir.
Ölkə riski
Ölkə riski — bankın yerləşdiyi ölkənin ümumi kredit qabiliyyətinin dəyişməsi və bunun bankın vəziyyətinə təsirini müəyyən edən riskdir. Suveren hökumətin hərəkətlərinin müəyyən bir ölkə ilə əlaqəli borclunun öz öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir göstərməsi riskinin dərəcəsidir. Birbaşa və bilavasitə risklər mövcuddur. == Ən aşağı risk səviyyəsinə malik 20 ölkə == Ən aşağı riskli ölkələr: Lüksemburq — 100 Norveç — 98 İsveçrə — 98 Danimarka — 95 ABŞ — 94 İsveç — 94 Finlandiya — 93 İrlandiya — 93 Hollandiya — 93 Avstriya - 93 Böyük Britaniya — 92 Kanada — 92 Belçika — 91 Almaniya — 91 Fransa — 90 Avstraliya — 90 İslandiya — 89 Yaponiya — 89 Sinqapur — 88 İspaniya — 88 == 20 ən riskli ölkə == == İstinadlar == == Xarici keçidlər == Coface Economic Studies Credendo Country Risk Ratings The Benche Analysis & Reports Euler Hermes Country Reports Maplecroft The PRS Group, Inc.
Qərb düzənlik qorillası
Qərb düzənlik qorillası (lat. Gorilla gorilla gorilla) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv Dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə ən mox rastlanılırlar. Konqo Respublikası, Anqola, Ekvatorial Qvineya və Qabon kimi ölkələrdə yayılmışlar. Konqo Demokratik Respublikası ərazisində isə nəsli kəsilmişdir. İlk dəfə bu yarımnövə aid qorilla Birmingem zooparkına gətirilmişdir. Bu yarımnövdə olan yeganə albinos "Qar dənəsi" ləqəbli bir erkək qorilla olmuşdur. Qərb düzənlik qorillaları Qərb çay qorillalarına nisbətdə nisbətən kiçik olurlar. Erkəklər 1.8 m boya, 140 ka çəkiyə, dişilər isə 1.5 m boya və 70 kq çəkiyə sahib olurlar. Bir ailənin yayılma arealı 3 – 18 km² arasında dəyişir. Yaşadığı əraziləri qorumadığından bəzən yayılma zonaları kəsişə bilir.
Yastı abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Yüksəyə qaldırılmış düzənlik
Yüksəyə qaldırılmış düzənlik (rus. возвышенная равнина, ing. high plain) — dəniz səviyyəsindən müəyyən qədər yüksəyə qaldırılmış düzənlik, mütləq yüksəkliyi 200 m-dən çox olur.
Ölkə adlarının mənası
Ölkə adlarının mənası və ya ölkə adlarının etimologiyası - dünya ölkə adlarının mənasını ifadə edir.
Ölkə paytaxtlarının siyahısı
Kursivlə yazılmış ölkələr asılı ərazilərdir.
İnkişaf etmiş ölkə
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır. İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı: İsveçrə (1987-ci ildən); Norveç (1988-ci ildən); Birləşmiş Ştatlar (1992-ci ildən); Lüksemburq (1992-ci ildən); Danimarka (1994-cü ildən); Niderland (1995-ci ildən); Yaponiya (1996-cı ildən); Almaniya (1996-cı ildən); Avstriya (1996-cı ildən); İtaliya (1996-cı ildən); Kanada (1997-ci ildən); Belçika (1997-ci ildən); Avstraliya (1997-ci ildən); Fransa (1998-ci ildən); İsveç (1998-ci ildən); İslandiya (1998-ci ildən); İrlandiya (1998-ci ildən); Birləşmiş Krallıq (1999-cu ildən); Finlandiya (1999-cu ildən); Sinqapur (1999-cu ildən); İspaniya (2001-ci ildən); Tayvan (2002-ci ildən); Kipr (2002-ci ildən); Yeni Zelandiya (2003-cü ildən); Cənubi Koreya (2006-cı ildən); İsrail (2006-cı ildən); Portuqaliya (2007-ci ildən); Sloveniya (2007-ci ildən); Monako (2008-ci ildən); Lixtenşteyn (2008-ci ildən); Malta (2008-ci ildən); Çex Respublikası (2009-cu ildən); Slovakiya (2011-ci ildən); Estoniya (2012-ci ildən); Yunanıstan (2013-cü ildən); Litva (2013-cü ildən); Latviya (2016-cı ildən); Andorra (2020-ci ildən); San Marino (2021-ci ildən); Xorvatiya (2023-cü ildən). Həyat və sağlamlıq səviyyəsinin yüksək olması ÜDM-in hər bir nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması Orta ömür müddətinin çoxluğu Əhalinin təhsil səviyyəsinin yüksək olması Xidmət sferası və emal sənayesinin payı olması Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri: Kanada və Baş Naziri Justin Trudeau Fransa və Prezidenti Emmanuel Macron Almaniya və Kansleri Olaf Scholz İtaliya və Baş Naziri Giorgia Meloni Yaponiya və Baş Naziri Fumio Kişida Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak Birləşmiş Ştatlar və Prezidenti Joe Biden.