İnkişaf etmiş ölkə
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır.
İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı:
İsveçrə (1987-ci ildən);
Norveç (1988-ci ildən);
Birləşmiş Ştatlar (1992-ci ildən);
Lüksemburq (1992-ci ildən);
Danimarka (1994-cü ildən);
Niderland (1995-ci ildən);
Yaponiya (1996-cı ildən);
Almaniya (1996-cı ildən);
Avstriya (1996-cı ildən);
İtaliya (1996-cı ildən);
Kanada (1997-ci ildən);
Belçika (1997-ci ildən);
Avstraliya (1997-ci ildən);
Fransa (1998-ci ildən);
İsveç (1998-ci ildən);
İslandiya (1998-ci ildən);
İrlandiya (1998-ci ildən);
Birləşmiş Krallıq (1999-cu ildən);
Finlandiya (1999-cu ildən);
Sinqapur (1999-cu ildən);
İspaniya (2001-ci ildən);
Tayvan (2002-ci ildən);
Kipr (2002-ci ildən);
Yeni Zelandiya (2003-cü ildən);
Cənubi Koreya (2006-cı ildən);
İsrail (2006-cı ildən);
Portuqaliya (2007-ci ildən);
Sloveniya (2007-ci ildən);
Monako (2008-ci ildən);
Lixtenşteyn (2008-ci ildən);
Malta (2008-ci ildən);
Çex Respublikası (2009-cu ildən);
Slovakiya (2011-ci ildən);
Estoniya (2012-ci ildən);
Yunanıstan (2013-cü ildən);
Litva (2013-cü ildən);
Latviya (2016-cı ildən);
Andorra (2020-ci ildən);
San Marino (2021-ci ildən);
Xorvatiya (2023-cü ildən).
Həyat və sağlamlıq səviyyəsinin yüksək olması
ÜDM-in hər bir nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması
Orta ömür müddətinin çoxluğu
Əhalinin təhsil səviyyəsinin yüksək olması
Xidmət sferası və emal sənayesinin payı olması
Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri:
Kanada və Baş Naziri Justin Trudeau
Fransa və Prezidenti Emmanuel Macron
Almaniya və Kansleri Olaf Scholz
İtaliya və Baş Naziri Giorgia Meloni
Yaponiya və Baş Naziri Fumio Kişida
Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak
Birləşmiş Ştatlar və Prezidenti Joe Biden.