Eyts Sahili
Eyts Sahili, (ing. Eights Coast) Keyp burnu və Froqnır nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Elsuort Torpağında yterləşən bir hissəsidir.
Qərbində Meri Berd Torpağında Valqrin Sahili, şərqində Brayn Sahili var. Eyts Sahili Tarston Adası, Abbot Buz sahəsi və içindəki Şermen, Karpentr, Dastin, Conson, McNamara, Farell və Dendtlr adaları ilə həmsərhəddir.
Eyts Sahili, qərbindəki böyük bölgə Meri Berd Torpağı kimi, hər hansı bir ölkə tərəfindən haqq iddia edilən bir yer deyil. Eyts Sahilinin 450 km şimalında, Piter I Adası isə Norveç tərəfindən haqq iddia edilən bir bölgədir.
Eyts Sahilinin uzunluğu təxminən 500 kilometrdir. Sahil fevral 1940-cı ildə ABŞ Antarktida Proqramı üzvləri tərəfindən "USS Bear" gəmisindən edilən uçuşlarda görülmüşdür. Bu araşdırmalardan və ABŞ Dəniz Qüvvələri hava fotoşəkillərindən 1960-1966-ci illərdə ABŞ Geoloji Araşdırmalar Təşkilatı tərəfindən Eyts Sahili ətraflı olaraq xəritəyə alınmışdır. Eyts Sahili adı Antarktik Adları Məsləhət Komitəsi tərəfindən 1830-cu il Kəşf yürüşünün bir üzvü olan amerikalı geoloq Ceyms Eytsə istinadən verilmişdir.