DƏVƏ

I
сущ. верблюд, верблюдица. Dəvə karvanları караваны верблюдов, birhürgüclü dəvə одногорбый верблюд (дромедар), ikihürgüclü dəvə двугорбый верблюд (бактриан)
II
прил. верблюжий. Dəvə güvəni верблюжий горб, dəvə yunu верблюжья шерсть, dəvə mahudu верблюжье сукно, dəvə südü верблюжье молоко, dəvə yükü верблюжий вьюк; dəvə balası верблюжонок, dəvə əti верблюжина, верблюжатина
◊ dəvənin qanadı olsaydı, uçurmamış dam qoymazdı хорошо, что верблюд не летает; dəvəni toya çağırdılar: ya suya, ya da oduna верблюда пригласили на свадьбу: возить дрова или воду (о том, кому дают всякие поручения, но труд его не оплачивают); dəvədən böyük fil var есть люди (инстанции) повыше, посильнее; dəvə gördünmü? – izini də görmədim знать не знаю; и слыхом не слыхал и видом не видал; dəvə nalbəndə baxan kimi (baxmaq) смотреть как баран на новые ворота; dəvəsi ölmüş ərəbəm я человек хожалый, куда хошь пожалуй; dəvəni çömçə ilə sulamaq как (что) слону дробина; dəvənin quyruğu yerə dəyəndə когда рак на горе свистнет, когда хвост верблюда коснётся земли (т. е. никогда); dəvə kimi kinli мстительный, злопамятный; dəvə kini saxlamaq быть злопамятным, мстительным; boyu var dəvəcə, ağlı yoxdur zərrəcə велик телом, да мал разумом; gözü qızmış dəvə kimi точно взбесившийся верблюд
DƏVAXANA
DƏVƏAYAĞI
OBASTAN VİKİ
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır. Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır.
İkihürgüclü dəvə
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5–2 aydan sonra ot yeməyə başlayırlar.
Azərbaycanda dəvəçilik
Azərbaycanda dəvəçilik — Azərbaycan Respublikası ərazisində dəvələrin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur. Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2-0.3 min baş arası olması qeyd edilir. Sumayıtın Corat qəsəbəsində dəvə ətindən hazırlanmış Corat qutabı hazırlanır.
Daryarpaq dəvəqıran
Türkiyədə təsvir edilmişdir. 2,5-5 sm hündürlüyündə olan alçaqboylu kolcuqdur. Yarpaqları xırda, dairəvi, qalın, oturaq, pərdəvari yarpaqaltlığı tünd yaşıl, ətli, dərivari, neştərvarı-xətvarı və ya xətvari, uzunluğu 1,5-4 sm, eni 1,5-3 mm-dir. Çiçəkləri buğumları olan qısa çiçək saplağında yerləşməklə iki-iki və ya üç-üç, ağ pərdəvari yarpaqaltlığı qoltuqdan çıxır və dalğavari oxa malik olan sünbülvarı salxım əmələ gətirir. Çiçəkyanlığı bəsit, tökülməyən, 4-5 bölümlü, 2 xarici hissəsi xırda, meyvələrdə aşağı qatlanır, daxili hissələri isə daha iridir. Erkək çiçəkləri 6 və ya 8, qaidə hissələri bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxumlu, mərcivari, basıq və ya üçtilli, sərbəst və ya qaidə hissələri bitişik olan, 2-3 qısa başcıqvari, dişicik ağızlıdır. Çiçəkyanlığı ağ, çəhrayı-qırmızı və ya çəhrayı rəngli, sonralar kənarları qonurlaşır. Fındıqcığı üçtilli, tilləri küt, şişuclu, çılpaq, qara və ya boz, hamar və parlaqdır. Aprel-may aylarında çiçəkləyir.
Dəvəayağı
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Dəvəboynu
Dəvəboynu (Marağa) — İranda kənd. Dəvəboynu dağı — Ordubad rayonunda dağ. Dəvəboynu döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Dəvəboynu — Qax rayonunun şimal-şərqində dağ. Dəvəboynu — Yardımlı rayonunda dağ.
Dəvəboynu (Marağa)
Dəvəboynu (fars. ‎‎‎دوه بوينی‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə). Dəvəboynu kəndinin əhalisi buranı tərk edərək ətraf şəhər və əyalətlərə köç etmişlər. Lakin bəzi ailələr 2005-ci ildə ata-baba kəndlərinə yerləşməyə qərar vermiş və burada daimi məskunlaşmışlar. Bu dövrdə kənd yalnız elektrik enerjisindən istifadə edir və başqa şəraiti yoxdur. Dəvəboynu kəndinin təxminən yaşı 300-dür. Lakin kənddə qədim dəfn yerlərinin olması və köhnə mağaraların mövcudluğu onun qədimliyini göstərir. Dinozavr qalıqlarının aşkar edilməsi böyük əhəmiyyət daşıyır. Şəhərdən uzaqda yerləşməsi və asfalt yolların olmaması səbəbindən bu kənddə nəqliyyat digər kəndlərə nisbətən daha azdır.Bununla belə bu kənddə çox təmiz hava müşahidə olunur.
Dəvəboynu dağı
Dəvəboynu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3563,0 m). Zəngəzur silsiləsinin suayırıcısında Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Şimal-qərb yamacında andezitli porfirit lava-brekçiyaları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Dəvəboynu döyüşü
Dəvəboynu döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Ərzurum vilayətində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.
Dəvəciklər
Dəvəciklər (lat. Raphidioptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Nisbətən iri cücülər olub, bir çox zahiri əlamətlərinə görə iriqanadlılara bənzəyir, ancaq uzun, ilanabənzər boynu ilə onlardan seçilir. Bığcıqları sapşəkilli, qısadır. İki cüt şəffaf, eyni cür torlu damarları olan qanadı var. Dəvəciklər meşələrdə, meyvə bağlarında, kolluqlarda yaşayaraq müxtəlif yavaş hərəkət edən, yumşaq örtüklü sorucu cücüləri ovlayır. Sürfələri gövdə ziyanvericilərinin yollarına girərək onların sürfələrini məhv edir. Yaşlı fərdlər adətənsəhər saatlarında puplardan uçur və onların ömrü iki aydan artıq olur.
Dəvədabanı
Dəvədabanı (lat. Tussilago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarında, Naxçıvan Muxtar Respublikası, Şabran və s. dağ və dağətəyi yerlərdə bitir. Yazın əvvəllərində hələ qar əriməmiş çiçəkləməyə başlayır. Mart-aprel aylarında çiçəkləyir, meyvələr isə may-iyun aylarında yetişir. Xalq təbabətində yarpaq və çiçəklərindən istifadə olunur. Yarpaqlar yayın əvvəllərində və yayın axırlarında toplanır. Çiçəklər tam açdıqdan sonra toplanır.
Dəvədaşı
Dəvədaşı — Azərbaycanın Ağdərə rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Dəvədaşı — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Dəvədaşı (Kəlbəcər)
Dəvədaşı (əvvəlki adı: Poqosoqomer) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Poqosaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Poqosoqomer kəndi Dəvədaşı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəvədaşı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəvədaşı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Yaşayış məntəqəsini qonşu Dovşanlı kəndindən çıxmış ailələr Dəvədaşı adlı yerdə salmışlar. Kəndə ermənilər tərəfindən Poqosoqomer (erm. "Poqosun tövlələri, pəyələri") adı verilmişdir. 1992-ci ildən kəndin keçmış adı bərpa edilmişdir.
Dəvədaşı (Miyanə)
Dəvədaşı (fars. دوه داشي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (34 ailə).
Dəvədəlləyikimilər
Dəvədəlləyilər (lat. Mantodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Dəvədəlləyilər əsasən iriölçülü həşəratlardır və 11sm-ə qədər böyüyə bilirlər. Bədəni uzunsov və özünəməxsus quruluşa malikdir. Baş hissə sərbəstdir, çox hərəkətlidir, demək olar ki, üçbucaq şəkilli qabarıq iri gözləri 3 gözcüyü vardır. Yeganə həşəratdırlar ki, çevrilərək kürəklərinə baxmağı bacarırlar. Bığcıqları çox buğumludur, adətən sapşəkilli, bəzi növlərdə isə lələkşəkilli və daraqşəkillidir. Ağız orqanları gəmirici tipdədir. Ön döş daha güclü inkişaf etmişdir və onlar üçün xarakterik olan tutucu ətraflara malikdir. Budla baldır qatlanaraq, möhkəm tutucu orqan əmələ gətirir.
Dəvədəlləyilər
Dəvədəlləyilər (lat. Mantodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Dəvədəlləyilər əsasən iriölçülü həşəratlardır və 11sm-ə qədər böyüyə bilirlər. Bədəni uzunsov və özünəməxsus quruluşa malikdir. Baş hissə sərbəstdir, çox hərəkətlidir, demək olar ki, üçbucaq şəkilli qabarıq iri gözləri 3 gözcüyü vardır. Yeganə həşəratdırlar ki, çevrilərək kürəklərinə baxmağı bacarırlar. Bığcıqları çox buğumludur, adətən sapşəkilli, bəzi növlərdə isə lələkşəkilli və daraqşəkillidir. Ağız orqanları gəmirici tipdədir. Ön döş daha güclü inkişaf etmişdir və onlar üçün xarakterik olan tutucu ətraflara malikdir. Budla baldır qatlanaraq, möhkəm tutucu orqan əmələ gətirir.
Dəvəkimilər
Dəvəkimilər (lat. Camelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Dəvəli (Kayseri)
Dəvəli (türk. Develi) — Kayseri ilinin ilçəsi.
Dəvəli (Vedibasar)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. Əmir Huşəng Dəvəli Möhsün Dəvəli Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.

Digər lüğətlərdə