Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağ gün (Yaponiya)
Ağ gün (yap. ホワイトデー, ing. White day) — Hər il mart ayının 14-də Yaponiya ilə yanaşı Cənubi Koreya, Vyetnam, Tayvan və Çində də qeyd edilən qeyri-dövlət bayramı. "Ağ gün"ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub. 1965-ci ildə "Marshmallow" şirniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə "Sevgililər günün`də onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, "Marshmallow Day" yarandı. Daha sonra Ağ gün kimi adlanmağa başlamışdır. Hədiyyələr siyahısı genişlənərək şokolad və digər şirniyyatları ehtiva etməyə başladı və ənənəvi hal alaraq bayram kimi 14 marta təsadüf etdi. Bu tarix 14 fevral — Valentin günündən düz bir ay sonra idi.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
32. Gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan "2019-un Ən Yaxşıları" siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. On (2018) Gece (2019) Yol (2021) "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 iyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
Gün keçdi
Gün keçdi — kinorejissor Arif Babayevin bədii filmi. Gün keçdi — bəstəkar Emin Sabitoğlu haqqında çəkilmiş sənədli film.
Gün xan
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehmet Gün
Mehmet Gün (türk. Mehmet Gün; 1954, Ankara – 26 fevral 2014, Berlin) — türk rəssam. Mehmet Gün 1954-cü ildə Ankarada anadan olub. Vyana İncəsənət Akademiyasını başa vurmuşdur. Rəngkarlıqla yanaşı, fotoqrafiya ilə də məşğul olan türk rəssam Almaniyada "Denis Gün" kimi tanınırdı. Rəssamın "Galerie-Seitz" adlı qalereyası var idi. Mehmet Gün 26 fevral 2014-cü ildə Berlində müalicə olunduğu xəstəxanada 60 yaşında dünyasını dəyişib.
Nurəngiz Gün
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir. Prezident təqaüdçüsü olmuşdur. 23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir. Millət vəkili Jalə Əliyevanın anasıdır.
Yüz gün
Yüz gün — 1815-ci il martın 1-dən I Napoleonun Fransada hakimiyyətə qayıtması və 1815-ci il iyulun 1-də I Napoleonun istefasından sonra icra hakimiyyətinə cavabdeh olan hökumət komissiyasının ləğvi arasındakı fransız tarixinin dövrü. Paris sülh müqaviləsinin nəticəsi Napoleon Bonapartın artıq Avropanın siyasi həyatında iştirak edə bilməyəcəyi anlamına gəldi. Napoleonun sürgün edilməsi məsələsi, müttəfiqləri təmsil edən qraf Karl Nesselrode ilə İmperatoru təmsil edən hersoq Armen de Kolenkur arasında müzakirə edildi. Napoleona ömürlük sürgün yeri kimi adalardan birini seçmək təklif edildi: Korfu, Korsika və ya Elba . Napoleon doğma Korsikanın yaxınlığında yerləşən Elba adasını seçdi. 1814-cü il mayın 3-də Napoleon admiral Uşerin komandanlığı altında ingilis gəmisində tam sərəncamına verildiyi adaya gəldi. Mayın 14-də imperatora sadiqlik göstərən Pyer Jak Kambronn və köhnə qvardiyaçıların bir hissəsi ona qoşuldu. Həmçinin adada başqa generallar da vardı: Anri Bertrand, Antuan Druo və Boynod. Bələdiyyə sədrinin başçılıq etdiyi adanın sakinləri Portoferraio şəhərinin fəxri açarlarını təntənəli şəkildə imperatora təhvil verdilər . Keçmiş imperatorun iqamətgahı olaraq Portoferraio yaxınlığındakı San Martino vadisində yerləşən dəbdəbəli bir köşk seçildi, lakin isti iqlim səbəbiylə Napoleon yalnız qışda orada qalırdı.
44 gün
44 gün — özbək şairi Xasiyyət Rüstəmovanın yazdığı məqalə, gündəlik və dastandan ibarət kitab. Kitabın əsas mövzusu Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə həsr olunub. Kitab 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə nəşr olunub. Kitaba Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyar ədəbi məsləhətlər veriblər. Kitab VI bölmədən ibarətdir. Birinci bölmə “Adı Lalə idi o qızın” dastanı ilə başlayır. Ondan sonra “Rahatsız keçən 44 gün” və “Qarabağ xəyallarıma girir” kimi gündəliklər bölməsini ehtiva edir. Həmçinin kitabda müasir Azərbaycan yazıçıları Xosiyyət Rüstəmovaya həsr olunmuş xatirələrini “Yuxuyuma girər Qarabağ” bölməsində yazıblar. Sonuncu bölmə şairənin tərcümeyi-halına həsr edilmişdir.
Bazar (gün)
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür. Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb. İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır. Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır.
Gün enerjisi
Günəş enerjisi — günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda. Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Gün sistemi
Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan 8 planetlə onların məlum 166 təbii peyki, 5 cırtdan planetlə onların məlum altı təbii peyki və milyardlarla kiçik göy cisimlərindən ibarətdir. Kiçik göy cisimləri qrupuna asteroidlər, Koyper qurşağındakı cisimlər, kometlər, meteorlar və planetlərarası mühit-qaz və toz daxildir. Günəş sistemində yerləşən ilk dörd planetə Yer qrupu planetlər, digər dörd planetə isə Nəhəng planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur. Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. Bu səkkiz planetin altısının ətrafında dolanan təbii peykləri vardır. Bundan başqa nəhəng planetlərin ətrafında fırlanan toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi Yunan və Roma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cisimdir. Erida məlum olan ən böyük cırtdan planetdir.
Birinci gün zərfi
Birinci gün zərfi - buraxılış günündə poçt təqvim ştampı vurulmaqla markası ləğv edilmiş zərf. Xüsusi kolleksiya obyektidir.
Bu gün (qəzet)
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu gün qəzeti
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Böyük gün (Pakistan)
Böyük gün (urdu یوم تکبیر‎) — Pakistanda 28 May I Çaqay və II Çaqayın anım günü olaraq milli gün kimi qeyd olunur. Testlər Pakistanı nüvə silahına sahib olan yeddinci və müsəlman dünyasında birincisi etdi. Dr.Əbül Qədir xan bu gündən sonra milli qəhrəman oldu Bu ifadə müsəlmanlar tərəfindən bir çox fərqli vəziyyətdə oxunur. Məsələn, çox xoşbəxt olduqları zaman, həddindən artıq stresli vaxtlarda, razılıqlarını ifadə etmək, bir dinləyicini tərifləmək və ya döyüş ağlaması (çağdaş Pakistan Ordusu tərəfindən istifadə olunur). İslam dünyasında, alqışlar əvəzinə tez-tez kimsə təkbir və ya Nari-e-Takbir (urdu və ya fars dilində) qışqırır və camaat Allahu Əkbərlə (Allah böyükdür) cavab verəcəkdir. Söz müsəlman dualarında da istifadə olunur. Pakistan hökuməti, günün hansı adla qeyd ediləcəyi barədə qərar vermək üçün millətdən təklif istədi. Bu gün üçün ad seçmək üçün ölkə miqyasında kampaniya başlandı. Milyonlarla pakistanlı tərəfindən minlərlə ad təklif edildi. Bu ad birdən çox şəxs tərəfindən təklif edilmişdir.
Gün Keçdi (1971)
Gün keçdi — kinorejissor Arif Babayevin filmi. Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir… Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi.
Gün Səhər (qəzet)
Gün Səhər - Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin fevral ayında yaradılıb. Təsisçis «GÜN» müstəqil yayım şirkəti. Baş redaktoru Qabil Abbasoğludur. “Gün səhər” qəzeti 2005-ci ilin fevral ayında yaradılıb. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi.
Gələcək gün (roman)
Gələcək gün—Mirzə İbrahimovun əsəri. İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Sıfır-gün hücumları
Sıfır-gün (informatika)
Sıfır-gün (ing. Zero-day; həmçinin Sıfır-saat və ya 0-gün kimi tanınır) açığı əvvəlcədən aşkara çıxarılmamış gizli kompüter proqramı açığıdır və xakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur. Bu qüsur məlum olan kimi proqram müəllifinin onun mənfi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq üçün sıfır günü mövcuddur. Xakerlər hücumlarında sıfır-gün açığını ictimayyətə açıqlandığı gün və ya ondan əvvəlki gün istifadə edirlər. Bu hücumlar çox təhlükəlidir. “Sıfır-gün” termini ilkin olaraq yeni proqram təminatının ictimaiyyətə təqdim edilməsindən sonrakı günlərin sayını nəzərdə tuturdu, buna görə də “sıfır gün proqramı” buraxılışdan əvvəl tərtibatçının kompüterinə sındırılaraq əldə edilmişdir. Nəhayət, bu termin bu sındırmağa icazə verən zəifliklərə və satıcının onları düzəltməli olduğu günlərin sayına tətbiq olundu. Təchizatçılar zəiflik barədə məlumat əldə etdikdən sonra adətən zəiflikləri aradan qaldıracaq və ya onu azaltmaq üçün həll yollarını məsləhət görəcəklər. Sıfır-gün adının iki əsas mənşəyi mövcuddur. Proqram təminatında zəiflik tapıldığı zaman onu mənfi məqsədlə istifadə etmək üçün bir neçə gün tələb olunur, eyni zamanda antivirus satıcıları tərəfindən bu boşluğu qaldırmaq üçün həllər axtarılır.
Gün batımından əvvəl
Gün batımından əvvəl (ing. Before Sunset) — Riçard Linkleyterin rejissorluğu ilə 2004-cü ildə çəkilmiş romantik dram filmi. Baş rollarda İtan Houk və Cüli Delpi çəkilmişdir. Bu "Əvvəl" trilogiyasının ikinci filmidir. Filmdə Cessi və Selin doqquz ildən sonra Parisdə yenidən bir araya gəlirlər. İndi uğurlu yazıçı olan Cessi, Selin ilə münasibəti haqqında yazdığı romanını tanıtmaq üçün Avropada kitab turundadır. Parisdəki kitab mağazasında olarkən o, burada Selin ilə rastlaşır. Onlar yenidən münasibət qururlar və birlikdə vaxt keçirməyə qərar verirlər. Onlar Paris küçələrində gəzərkən, son doqquz ildəki yaşadıqlarını, arzularını və peşmanlıqlarını bölüşərək dərin söhbətlər aparırlar. Gün batımından əvvəl — Internet Movie Database saytında.
Azad Kəşmir günü
Azad Kəşmir günü və ya Kəşmir günü (urdu یوم یکجہتی کشمیر)—Pakistanda milli bayramdır və hər il 5 fevralda Kəşmir separatçıları tərəfindən də qeyd olunur. Pakistanın Hindistan tərəfindən idarə olunan Kəşmir xalqı ilə dəstəyini və birliyini, separatçıların Hindistandan ayrılmasını və qarşıdurmada ölən Kəşmirlilərə ehtiram göstərmələrini təqdir edir. Həmrəylik mitinqləri Pakistanın idarə etdiyi Azad Kəşmirdə və Mirpuri diasporunun bəzi üzvləri tərəfindən keçirilir. Kəşmir günü ilk dəfə 1990-cı ildə Pakistandakı Cəmiyyət-i İslami partiyasından Qazi Hüseyni Əhməd tərəfindən irəli sürülmüşdür. 1991-ci ildə Pakistanın o zamankı baş naziri Nəvaz Şərif "Kəşmir Həmrəylik Günü tətili" çağırışı etdi. Şərif əvvəlki il Camaatın köməyi ilə hakimiyyətə gəlmişdi. 1991-ci il hadisəsi yenə də Camaat işi idi. Hazırkı Kəşmir Həmrəylik Günü Pakistanın Kəşmir və Şimal Sahələri Naziri tərəfindən 2004-cü ildə başlamışdır.
Azadlıq Günü (Bolqarıstan)
Azadlıq günü — Bolqarıstan Osmanlı hökmranlığından tamamilə azad olunduqdan sonra sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş Günü" olaraq qeyd olunur. Bolqarıstanın yenidən qurulmasına səbəb olan Rus-Türk müharibəsi (1877-1878) hadisələri Bolqarıstanın Qurtuluşunu bir növ car çəkirdi. 3 mart 1878-ci ildə imzalanan San Stefano Müqaviləsi, 14-cü əsrdə Bolqarıstan-Osmanlı müharibələri zamanı fəth edilən Bolqarıstan dövlətinin yenidən qurulmasını qəbul etməyi Osmanlı İmperiyasına bağlamağı nəzərdə tuturdu. Bu ilk dəfə 1980-ci il fevralın 19-da İmperator II Aleksandrının sui-qəsd və San-Stefano Barışıq Müqaviləsinin bağlandığı gün qeyd olundu. 1888-ci ildə Bolqarıstan Knyazlığı tərəfindən rəsmi olaraq 10 illik yubileydə Qurtuluş Günü olaraq təyin olundu. Yalnız 1978-ci ildə milli miqyasda qeyd olunmağa başlandı. Dövlət Şurası Sədrinin 27 fevral 1990-cı il tarixli 236 nömrəli sərəncamı ilə 5 mart tarixində qüvvəyə minən rəsmi bayram oldu. Bolqarıstanda hazırda ruslar və bolqarlar üçün 400-dən çox qorunan abidə mövcuddur. Hər il 3 mart tarixində Şipka abidəsinə çələnglər qoyulur və Bolqarıstanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan bütün rus əsgərlərinin xatirəsinə hərbi ehtiramlar verilir. Ölkədəki sakinlər bolqar həmkarları ilə birlikdə şəhid düşmüş xarici qoşunların (Rus, Fin və Rumıniya) abidələrinə çiçək və qeydlər qoyurlar.
Azadlıq günü (Belarus)
Azadlıq Günü (belar. Дзень Волі) — Belarusda qeyri-rəsmi bir bayramdır. 25 Mart 1918-ci ildə Belarus Demokratik Respublikası tərəfindən müstəqillik elan edildiyi üçün qeyd olunur. 25 aha sakavika günü kimi də tanınır. 25 Mart Belarusun müstəqillik hərəkatı tərəfindən 1920-ci illərin əvvəllərindən bəri Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Gün Belarus diasporu tərəfindən geniş qeyd olundu. 25 martda Amerika Birləşmiş Ştatlarında qubernatorlar və o cümlədən ABŞ prezidentləri Dvayt Eyzenhaver, Ronald Reyqan, Corc Herbert Uoker Buş və Bill Klinton Belarus amerikanları icmasına ənənəvi olaraq rəsmi təbrik göndərirlər. Prezident Aleksandr Lukaşenkonun rəhbərliyi altında hazırkı Belarus hökumətinə qarşı olan insanlar və qruplar bayramı qeyd edirlər. Hökumət Belarus Demokratik Respublikasının 1918-ci ildə Belarusiyanı işğal edən almanlar tərəfindən yaradıldığını bildirilən səbəblə tanımır. Bayramın qeyd olunması hökumət əleyhinə etirazlar üçün illik bir haldır.
Azadlıq günü (Bolqariya)
Azadlıq günü — Bolqarıstan Osmanlı hökmranlığından tamamilə azad olunduqdan sonra sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş Günü" olaraq qeyd olunur. Bolqarıstanın yenidən qurulmasına səbəb olan Rus-Türk müharibəsi (1877-1878) hadisələri Bolqarıstanın Qurtuluşunu bir növ car çəkirdi. 3 mart 1878-ci ildə imzalanan San Stefano Müqaviləsi, 14-cü əsrdə Bolqarıstan-Osmanlı müharibələri zamanı fəth edilən Bolqarıstan dövlətinin yenidən qurulmasını qəbul etməyi Osmanlı İmperiyasına bağlamağı nəzərdə tuturdu. Bu ilk dəfə 1980-ci il fevralın 19-da İmperator II Aleksandrının sui-qəsd və San-Stefano Barışıq Müqaviləsinin bağlandığı gün qeyd olundu. 1888-ci ildə Bolqarıstan Knyazlığı tərəfindən rəsmi olaraq 10 illik yubileydə Qurtuluş Günü olaraq təyin olundu. Yalnız 1978-ci ildə milli miqyasda qeyd olunmağa başlandı. Dövlət Şurası Sədrinin 27 fevral 1990-cı il tarixli 236 nömrəli sərəncamı ilə 5 mart tarixində qüvvəyə minən rəsmi bayram oldu. Bolqarıstanda hazırda ruslar və bolqarlar üçün 400-dən çox qorunan abidə mövcuddur. Hər il 3 mart tarixində Şipka abidəsinə çələnglər qoyulur və Bolqarıstanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan bütün rus əsgərlərinin xatirəsinə hərbi ehtiramlar verilir. Ölkədəki sakinlər bolqar həmkarları ilə birlikdə şəhid düşmüş xarici qoşunların (Rus, Fin və Rumıniya) abidələrinə çiçək və qeydlər qoyurlar.
Azadlıq günü (dəqiqləşdirmə)
Azadlıq günü (Bolqarıstan)
Azeri Kızı Günel
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — əslən azərbaycanlı olan Türkiyə müğənnisi. Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi: 01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.
Azərbaycan Respulikasının Dövlət Mustəqilliyi Günü
Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Azərbaycan Silahlı Quvvələri Günü
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram. İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər.
Azərbaycan Xalqının Milli Qurtuluş Günü
Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə idi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı.[neytrallıq?] 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi.
Azərbaycan günü (film, 1935)
Azərbaycan günü filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1935-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Oktyabrın XVIII ildönümünə həsr olunmuş reportajda respublika zəhmətkeşlərinin bir günlük fəaliyyətindən söhbət açılır. Oktyabrın XVIII ildönümünə həsr olunmuş reportajda respublika zəhmətkeşlərinin bir günlük fəaliyyətindən söhbət açılır. İlk epizodlar iqtisadiyyat mövzusundadır. Tamaşaçılar burada gənc neftçilər və taxılçıların əməyi ilə tanış olurlar. Sonra onları Bakı qarnizonunun döyüşçüləri əvəz edir. Onlar idman-döyüş hazırlıqlarını nümayiş etdirirlər. Digər epizodlarda respublikamızın həyatı, mənzərəli yerləri, meyvə bağları, şəhər və kəndləri öz əksini tapmışdır. Ssenari müəllifi: Vladimir Yeremeyev Rejissor: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Seyfulla Bədəlov, A. Qaryagin, İvan Manakov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Azərbaycan günəş ayinləri
Azərbaycan günəş ayinləri — Azərbaycanın bir çox yerində yayılmış adət. Günəşin çağrılması üçün istifadə olunur. Azərbaycanda uzun müddət yağan yağışdan sonra Günəşin çıxması istənilirsə, Baba dağından gətirilən daş ocaqdakı külə basdırılır. Sonra eyni ocaqda xəşil pişirilir. Xəşili ananın ilk uşağı qarışdırar, əfsunçu basdırılan daşın üzərinə közlər yığa-yığa əfşunun sehrli hissəsini oxuyar: Qodu, odu, daşı. Odu kəssin yağışı. Bu ayində Günəş iyəsi ilə əlaqə qurmaq üçün dağ, daş və ocaq kultlarından istifadə olunur. Günəş çağırma mərasimində Qodu adlandırılan kukladan istifadəyə də rast gəlinir. Qadın şəklində olan kukla yuvarlaq olur və alnına Günəşi simvolizə edən ayna da yağışdırılır. Qodunun adları Azərbaycan dilinin dialektlərinə görə Dodu və Xodu da ola bilər.
Azərbaycan idmanı dünən, bu gün... (film, 1991)
Azərbaycan idmanı dünən, bu gün... filmi rejissor Rafiq Yüzbaşov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. Ssenari müəllifi: Fəraməz Səfiyev Rejissor: Rafiq Yüzbaşov Operator: Azər Salayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Azərbaycan jurnalistika günü
22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880),"Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi.
Azərbaycan peşə-texniki təhsil günü Moskvada (film, 1974)
Azərbaycan peşə-texniki təhsil günü Moskvada qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Film Moskvada Azərbaycan peşə-texniki təhsil sistemi şagirdlərinin mədəniyyət günlərində iştirakı haqqında danışır. Film Moskvada Azərbaycan peşə-texniki təhsil sistemi şagirdlərinin mədəniyyət günlərində iştirakı haqqında danışır.
Ağac əkilməsi günü
"Ağac əkilməsi günü", "Ağac günü", "Ağaclar günü" — bir sıra ölkələrdə ağac əkilməsi, yaşıllıq zolaqlarının və parkların salınması, şəhər və digər yaşayış zonalarının yaşıllaşdırılması, meşələrin bərpası məqsədilə ağac əkilməsi tədbirləri dövrü. International Arbor Days (англ). Çində Ağac əkilməsi günü Cənubi Koreyada Ağac əkilməsi günü Vikianbarda Ağac əkmə günü ilə əlaqəli mediafayllar var.
Ağdam Bu Gün, Sabah (1990)
Ağdam bu gün, sabah filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir. Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir.
Ağdam Bu Gün, Sabah (film, 1990)
Ağdam bu gün, sabah filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir. Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir.
Ağdamlı günlərimiz (film, 2001)
Ağdamlı günlərimiz qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2001-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Ağdamın işğalından öncəki yaxın keçmişdə şəhərin firavan həyatı, əhalinin yaşayışı və yaxın bir neçə il ərzində başlarına gələcək bəlaların ağıllarından keçməməsi tərənnüm edilir. Lakin bu baş verdi və Ağdam ermənilər tərəfindən işğal olundu. Bu gün şəhər yerlə yeksan olunub. Nisgilli film tamaşaçını Ağdamın seyrinə çıxarır. Film Ağdamın işğalından öncəki yaxın keçmişdə şəhərin firavan həyatı, əhalinin yaşayışı və yaxın bir neçə il ərzində başlarına gələcək bəlaların ağıllarından keçməməsi tərənnüm edilir. Lakin bu baş verdi və Ağdam işğal olundu. Bu gün şəhər yerlə yeksan olunub. Nisgilli film tamaşaçını Ağdamın seyrinə çıxarır.
Aşıq Günay Ulduz
Aşıq Günay Ulduz (Günay Murad oğlu Ulduz; 1954, Türkiyə) — Türk aşıq. Aşıq Günay Ulduz 1954-cü ildə Türkiyənin Arpaçay qəzasının Qaraxan kəndində doğulmuşdur. İlk təhsilini doğma kəndində, orta təhsilini və liseyi isə Qars Alpaslan Liseyində bitirmişdir. Aşıqlıq sənətinə və şeirə bağlılığı kiçik yaşlarından başlamış və liseydə oxuyarkən şeir yazmağa, aşıqlığı öyrənməyə başlamışdır. Bir neçə il atası Qaraxanlı Aşıq Murad Ulduza şəyirdlik edərək bu sənəti ondan yetərincə öyrənmişdir. Xüsusilə liseydə oxuduğu illərdə iştirakçısı olduğu aşıq məclislərində özünü daha da tanıtdırmışdır. Liseyi bitirdikdən sonar Hocattəpə Universitetinin sosial biliklər fakültəsinin arxeoloji ixtisasına qəbul olmuşdur. 2 il burada təhsil aldıqdan sonra aşıqlıq sənətinə bağlılığına görə və ailə başçısı olduğuna görə universiteti tərk etmişdir. Bir il doğma kəndində müəllim işlədikdən sonra aşıq araşdırıcısı və tədqiqqatçısı kimi fəaliyyətə başlamışdır. Şeirləri müxtəlif araşdırmalarda yer alan Günay Ulduz 1971-ci ildən bu günə qədər bir çox yarışmalara və şənliklərə qatılmış, müxtəlif ordenlər almışdır.
Balaca günəş işığı (film, 2006)
Balaca günəş işığı (ing. Little Miss Sunshine) — 2006-cı il ABŞ istehsalı faciəvi komediya, yol fimi. Conatan Deyton və Valeri Faris birlikdə rejissorluğu ilə çəkilmiş filmdə, Qreq Kinnir, Stiv Kerell, Tonni Kollett, Pol Dano, Ebiqeyl Breslin və Alan Arkin rol alıb. Filmin premyerası 20 yanvar 2006-cı ildə Sandens Film Festivalında baş tutdu və onun paylama hüquqları festival tarixində edilən ən böyük sövdələşmələrdən biri üçün Fox Searchlight Pictures tərəfindən satın alındı. Filmin ABŞ-da 26 iyul 2006-cı ildə məhdud buraxılışı var idi və daha sonra avqustun 18-dən başlayaraq daha geniş buraxılışa qədər genişləndi. Balaca günəş işığı 101 milyon dollar qazanaraq kassa uğuru qazandı, əsasən aktyorluq, rejissorluq, ssenari və yumora görə tərifləndi. Film ən yaxşı film də daxil olmaqla dörd "Oskar" mükafatına namizəd olub. Arndt və Arkin müvafiq olaraq "Ən yaxşı orijinal ssenari" və "Ən yaxşı ikinci plan aktyoru" nominasiyalarını qazanıblar. Breslin ən yaxşı ikinci plan qadın roluna namizəd olub. O, həmçinin Ən Yaxşı Film üçün Müstəqil Ruh Mükafatını qazandı və bir çox başqa mükafatlar aldı.
Balkarların dirçəliş günü
Balkarların dirçəliş günü — Kabardino-Balkariyada rəsmi bayram kimi qeyd edilən və hər ilin 28 mart tarixində qeyd olunan bayram. 9 yanvar 1957-ci ildə balkarlar 13 illik sürgün həyatından sonra öz doğma vətənlərinə qayıtmaq hüququ əldə ediblər. Və bu hüququn əldə edildiyi gün 1994-cü ildən etibarən bayram kimi qeyd edilir. Bayram 1957-ci ildə balkarların milli muxtariyyəti olan Kabardino-Balkariya MSSR-nın yenidən bərpa edilməsi tarixində qeyd olunur. Bu tarixdə həm də onlar 14 illik sürgündən sonra öz doğma vətənlərinə qayıtma hüququnu əldə ediblər. Dövlətin bu hadisələrlə bağlı verdiyi qərarlar: 28 aprel 1956-cı il - SSRİ Ali Sovetinin bürosu tərəfindən İkinci Dünya Müharibəsi dövründə sürgün edilmiş Krım tatarları, balkarlar, SSRİ vətəndaşı olan türklər, kürdlər, hemşinlilər və onların ailələrinin üzərində olan məhdudiyyətlərin götürülməsi haqqında göstəriş verilir. 9 yanvar 1957-ci il - SSRİ Ali Sovetinin bürosu tərəfindən Kabardin MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında göstəriş verilir. 28 mart 1957-ci il - Kabardino-Balkariya MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında Kabardin MSSR-nın Ali Sovetinin qərarı verilib. 25 mart 1994-cü il - 25 mart 1994-cü ildə Kabardino-Balkariya MSSR-nın göstərişi ilə "Balkarların dirçəliş günü" qeyd edilməyə başlayıb. Adətə görə balkarların dirçəliş günündə Kabardino-Balkariyanın bir çox şəhər və kəndlərində mədəni və idman tədbirləri keçirilir.
Balıq günü (film, 1983)
Balıq günü qısametrajlı bədii filmi rejissor Cəmil Quliyev tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinokomediyada balıq həvəskarı Əbdüləlinin (Arif Qasımov) başına gələn məzəli əhvalatdan bəhs edilir. Əsas rolları Arif Qasımov (aktyor) və Gülşən Qurbanova ifa edirlər. Kinokomediyada balıq həvəskarı Əbdüləlinin (Arif Qasımov) başına gələn məzəli əhvalatdan bəhs edilir. Film yazıçı Anton Çexovun "Çapaq balığı" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Bank Köçürmə Günü
Bank Köçürmə Günü — 5 noyabr 2011-ci ilə qədər kommersiya banklarından qeyri-kommersiya kredit ittifaqlarına könüllü keçidi tələb edən istehlakçı fəallığı təşəbbüsü idi. 15 oktyabr 2011-ci il tarixinə bu cəhdə həsr olunmuş Facebook səhifəsi 54.900-dən çox "like" toplamışdır. Bank of America-dan ayda 5 ABŞ dolları məbləğində debet kartı haqları 5 noyabr tarixi ilə Bank Köçürmə Günü etirazına aparan addımlar sırasındadır. Occupy Wall Street iştirakçıları hadisələrin bir-biri ilə əlaqəli olmamasına baxmayaraq səyi dəstəkləyirlər. Təhqir edənlər arasında Los Ancelesi işğal et iştirakçıları da var idi: Bank Köçürmə Günü tədbirinin yaradıcısı Siqurd Olin Kristian bildirdi ki, “Occupy Los Angeles təşkilatçıları tərəfindən ona qarşı təhdidlər edilib və hətta anti-kredit ittifaqı tərəfdarı olduğu üçün hədələyici telefon zəngləri də alıb." Los-Ancelesdə (Kaliforniya) sənət qalereyasının sahibi Kristian Bank of America-nın "gülünc ödənişləri və zəif müştəri xidmətlərindən" narazı olduğunu söylədi. O, Facebook-da "Bank Transfer Günü" adlı tədbir yaratdı və dostlarını bağlanmağa dəvət etdi. 5 noyabr 2011-ci il tarixinə qədər böyük mənfəət banklarında hesablarını açıb pullarını kredit ittifaqlarına köçürür. Böyük Britaniya, lakin 1605-ci ildə həmin tarixdə ələ keçirildi. Bu, davamlı bir ayin olmuşdur. Bank köçürmələri günü bank müştərilərini böyük banklardan nağd pullarını kredit ittifaqlarına köçürməyə təşviq edir.
Baş Güneypəyə
Baş Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Baş Güneypəyə kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Güneypəyə kəndi" mənasındadır. Kənd Qavartu çayının sahilində, dağ ətəyində yerləşir. 2019-cu il aprelin 6-da hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan, keçmiş Ağdərə rayonunun sakinləri, məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycan Respublikasının 10 milyonuncu sakini dünyaya gəlmişdir.
Gül-gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Qan və qum (film, 1989)