DAĞ DAXİLİ ÇÖKƏKLİK

bir dağ sistemi daxilində yerləşən və iki silsiləni ayıran tektonik çökəklik. внутригорная впадина intermountain depression
DAĞ ÇÖKƏKLİYİ
DAĞ-DƏRƏ RELYEFİ
OBASTAN VİKİ
Qrabenvari çökəklik
Qrabenvari çökəklik (rus. грабенообразный прогиб, ing. graben-like depression) — uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Daxili Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Daxili Monqolustan
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Daxili Qoşunlar
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Daxili audit
Daxili audit — Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Daxili birləşdirmə
Daxili birləşdirmə (ing. inner join, rus. внутреннее соединение, türk. iç birleştirme) – verilənlər bazasının idarə edilməsində: relyasiya cəbrinin tez-tez istifadə olunan deyimi. İki mövcud cədvələ tətbiq edilən daxili birləşdirmə üçüncü cədvəli yaradır ki, həmin cədvəl birinci cədvəlin yazılarının ikinci cədvəlin yazıları ilə bütün mümkün təyin olunmuş konkatenasiyalarından (birləşmələrindən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Daxili dənizlər
Daxili dənizlər — Quruya daxil olmuş, lakin okeanla boğazlarla əlaqədə olan dənizlərə daxili dənizlər deyilir. Daxili dənizlər materiklərin parçalanmış sahilləri boyu yerləşir. Ən böyük daxili dəniz Aralıq dənizidir. Daxili dənizlər əsasən Avrasiya və eyni zamanda Şimali Amerika sahillərində yerləşir. Bu sözügedən materiklərin sahillərinin daha çox parçalanmış olduğu üçün belədir. Daxili dənizlərə misal olaraq Qara dəniz, Aralıq dənizini,Ağ dənizi, Mərmərə, Egey, Qırmızı dəniz, Aral dənizi, Xəzər dənizini və s. göstərmək olar. Daxili dənizlər əsasən hərhansı ölkə sahillərində olduğu üçün bu ölkələr tərəfindən mənimsənilir. Daxili dənizlər liman nəqliyyatı, balıqçılıq və təbii sərvətlərin əldə edilməsi üçün faydalıdır.Daxili dəniz ümumiyyətlə duzlu olacaq, duzluluq şirin su gölündən daha yüksəkdir, lakin adətən dəniz suyundan daha az duzludur. Digər dənizlərdə olduğu kimi, daxili dənizlər də Ay və Günəşin orbitləri ilə idarə olunan gelgitlər yaşayır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Daxili planetlər
İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən Venera, Yer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır. == Merkuri == Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Daxili siyasət
Daxili siyasət — dövlət siyasətinin ölkə sərhədləri daxilində olan bütün problem və fəaliyyətlərə (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) birbaşa aid olan hissəsi. Bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə edən xarici siyasətdən fərqlidir. Daxili siyasət biznes, təhsil, enerji, səhiyyə, kənd təsərrüfatı, hüquq-mühafizə, maliyyə və vergilər, təbii ehtiyatlar, sosial təminat və şəxsi hüquq və azadlıqlar kimi geniş sahələri əhatə edir.
Daxili sxem
Daxili sxem (ing. internal schema ~ ru. внутренняя схема ~ tr. iç şema) – üçsxemli arxitekturanı dəstəkləyən verilənlər bazası modelində (məsələn, ANSI/X3/SPARC): verilənlər bazasını təşkil edən fiziki fayllar haqqında informasiya. Orada faylların adları və onların yerləşmə yerinin göstəricisi, erişmə üsulları, eləcə də verilənlərin faktiki və ya mümkün sapmaları olur. Verilənlər bazasının, adətən, bir daxili sxemi olur. Ancaq paylanmış verilənlər bazası hər bir verilənlər “anbarı” üçün ayrıca daxili sxemə malik ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili xəstəliklər
Daxili xəstəliklər (ing. Internal medicine; rus. Внутренние болезни ) — tibb elminin bir sahəsi olub daxili orqanların xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olur. Daxili xəstəliklər bölməsi üst və alt tənəffüs yolu xəstəlikləri, hipertenziya, şəkərli diabet, tiroid xəstəlikləri, xolesterol və triqliserid yüksəklikləri, həzm sistemi xəstəlikləri (qastrit, xora, reflyüks və s.), qaraciyər və öd kisəsi xəstəlikləri, ağciyər xəstəlikləri (xroniki bronxit, emfizema, astma və s.), böyrək xəstəlikləri, anemiya və digər qan xəstəliklərinin müalicə və diaqnostikası, müxtəlif xərçəng xəstəliklərinin vaxtında diaqnostikası, revmatizmal xəstəliklər, əzələ və skelet sistemi xəstəliklərini əhatə edir.
Daxili çeşidləmə
Daxili çeşidləmə ( ing. internal sort ~ ru. внутренняя сортировка ~ tr. iç sıralama) – yalnız operativ yaddaşda yerinə yetirilən və müvəqqəti fayllar üçün maqnit disklərindən, yaxud başqa qurğulardan istifadə etməyən çeşidləmə proseduru. Daxili çeşidləmə alqoritmlərinin 7 növü vardır: qabarcıqlı çeşidləmə (BUBBLE SORT), artırmalı çeşidləmə (INSERTION SORT), sürətli çeşidləmə (QUICK SORT), qalaq çeşidləməsi (HEAP SORT), birləşdirməli çeşidləmə (MERGE SORT), mərtəbəli çeşidləmə (RADIX SORT), seçməli çeşidləmə (SELECTION SORT). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili qala
Sitadel və ya Daxili qala şəhərin möhkəmləndirilmiş olan əsas hissəsidir. İstehkamın kənar hissələri düşmən əlinə keçəndən sonra insanlar buraya sığınırdılar. Əvvəllər Əhmədek adı ilə də tanınmışdır. == Tərifi və adlandırılması == Redutlarla mühafizə olunan istehkamların ən müdafiə edilən və möhkəm hissəsi daxili qaladır. Bu cür tikililər bəzən həm də iqtisadi səbəblərə görə xarici divarların bir hissəsini təşkil edəcək formada tikilə bilirdilər. Düşmən digər müdafiə xətlərini keçdiyi halda son müdafiə xəttini təşkil etmək üçün tikilirdilər. Daxili qalanın müdafiə divarlarının hündürlüyü digər istehkamlardan daha hündür olması ilə seçilir. Qalalarda donjon ilə bərabər axırıncı sığınacaq yeri hesab edilirdilər. == İnkişaf etdirilmələri və istifadələri == Qədim dövrlərdə şəhərlərdəki ən güclü və etibarlı hissə hesab edilən daxili qala ələ keçirilmədiyi halda üsyan qəti olaraq müvəffəqiyyət qazanmış hesab edilmirdi. Bunun ən yaxşı nümunəsi isə Selevkilər imperiyasıdakı İudeyada yaşayan Makkabilərin üsyanıdır.
Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ya Rusiya Federasiyasının Daxili Qoşunları (rus. Внутренние войска Министерства внутренних дел, Rom: Vnutrenniye Voiska Ministerstva Vnutrennikh Del; və ya qısaca ВВ və ya VV ), Rusiya hökumətinə tabe olan jandarma tipli hərbiləşdirilmiş hüquq-mühafizə qüvvələridirlər. 5 aprel 2016-cı ildə onun daxili strukturu dəyişdirilərək Rusiya Federasiyasının Daxili İşlər Nazirliyindən ayrılmış Rusiya Milli Qvardiyası adlandırılmışdır. Daxili Qoşunlar iğtişaşların və vətəndaş qarşıdurmalarının qarşısının alınması ilə bərabər, həmçinin də atom elektrik stansiyaları kimi mühüm strateji əhəmiyyəti olan dövlət obyektlərinin mühafizəsinə cavabdeh olmuşdurlar. Bu çərçivədə ey zamanda Birinci Çeçen müharibəsində və İkinci Çeçen müharibəsində də aktiv formada iştirak etmişdirlər. Bundan əlavə, o, Rusiyada bir çox münaqişələrin yatırılmasında da mühüm rol oynamışdır. Bu bölmələr müharibə vaxtı Rusiya Federasiyası Silahlı Qüvvələrinin sərəncamı altına daxil olmuş və yerli müdafiə və cəbhə arxası ərazilərin mühafizəsi vəzifələrini yerinə yetirmişdilər. Daxili Qoşunların komandiri 2016-cı ilin aprel ayında ləğv olunana qədər Viktor Zolotov olmuşdur. Daxili Qoşunlar həm könüllülərdən, həm də hərbi qulluqçulardan ibarət olmuşdur. Məhz buna görə də aktiv üzvlərinin sayı müxtəlif olmuşdur.
Dülyam (dağ)
Dülyam — Lerik rayonu ərazisində dağ. == Toponimi == Oronim talış dilindəki dü(iki) və lyam (yaylaq) komponentlərindən düzəlib, "iki yaylaq" mənasındadır. == Həmçinin bax == Kömürgöy Qızyurdu == İstinadlar == == Xarici keçid == haqqinda.az/Tariximiz.
Dəlikdaş (dağ)
Dəlikdaş — Xocalı rayonunun şərqində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2304 m. Vulkan mənşəlidir. Qayalarında təbii oyuqların olması ilə əlaqədar dağ belə adlandırılmışdır. Daş komponenti burada "qaya" mənasındadır. Türkdilli xalqların toponimiyasında dəlik komponentini əvəz edən deşik sözünə təsadüf edilir: Deşikdaş (Özbəkistanın Surxandərya vilayətində Barsuktaq dağında paleolit dövrünə aid mağara), Deşikqala (Qaraqalpaq Respublikasının Turtqul rayonunda qədim dövrə aid qəsr xarabalığı) və s.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.