DAŞ AXINI

şaxta aşınmasının, soliflüksiyanın və ağırlıq qüvvəsinin təsiri nəticəsində daş axınlarının yamac boyu hərəkəti. каменный поток stone stream
DARVAZA /KEÇİD/
DAŞ ÇAY
OBASTAN VİKİ
Giriş axını
Giriş axını (en. input stream ~ ru. поток ввода ~ tr. giriş akışı) – proqramda spesifik məsələ ilə bağlı olan baytlar ardıcıllığı kimi istifadə olunan informasiya axını. Proqramlaşdırmada giriş axını klaviaturadan yaddaşa oxunan simvollar sırası, yaxud diskdə konkret fayldan oxunan və ya ora yazılan verilənlər bloku ola bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hava axını
Lava axını
Lava axını (rus. лавовый поток, ing. lava flow) — vulkandan axan lavanın yatım forması; lavanın qatılığından və yer səthinin meyilliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adətən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Türk axını
Türx axını (türk. Türk Akını, rus. Турецкий поток) ya da rəsmi adı ilə TürkAxın — Rusiyadan başlayıb Qaradəniz üzərindən Türkiyəyə köçürülməsi planlanan təbii qaz boru xətti layihəsinin adı. Layihənin tövsiyəsi Türkiyəyə etdiyi bir dövlət ziyarəti vaxtı 1 dekabr 2014 tarixində Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən edildi. Daha əvvəlcədən edilməsi planlanan "Cənub Axın Layihəsi"nin yerini alan layihə 10 oktyabr 2016 tarixində imzalanan Dövlətlərarası Müqavilə ilə rəsmiyyət qazanmışdır. Boru xəttinin Anapa yaxınlarındakı Russkaya kompressor dayanacağından başladılması planlanarkən, Türkiyəyə haradan giriş edəcəyi hələ qərar bağlanmamışdır. Xəttin Türkiyədəki başlanğıc nöqtəsinə qərar verildiyinə "Gazprom"un boru döşəmə işlərinə tezliklə başlaması gözlənilməkdədir. Həmçinin iki dənə boru döşəmə gəmisi Qaradənizdə hal-hazırda gözləyir. Boru xəttinin planlanan təxmini daşınma tutumu ildə 31.5 milyard kub metrdir. Türkiyənin bu layihədən ildə 15.75 milyard kub metr təbii qaz alması və qalan 15.75 milyard kub metr qazın Avropaya ixrac edilməsi düşünülür.
Yataq axını
Yataq axını (rus. русловый поток, ing. stream, course) — ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meyilliyindən asılı olmayaraq bütün su axınlarını çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
İş axını
İş axını (ing. workflow) — resursların sistematik olaraq formalaşdırılması ilə materialları çevirən, xidmətlər göstərən və ya məlumatı emal edən proseslərə imkan verən təşkil edilmiş və təkrarlanan fəaliyyət nümunəsi. Bu, əməliyyatların ardıcıllığı, bir şəxsin və ya qrupun işi kimi, ya da daha mücərrəd və ya daha yüksək səviyyəli baxış bucağından real işin görünüşü və ya təsviri hesab edilə bilər. İş axını prosesi sənayedən və ya layihədən asılı olaraq dəyişə bilər, lakin bu, adətən vəzifələrin müəyyən edilməsini, məsuliyyətlərin təyin edilməsini, vaxt qrafiklərinin yaradılmasını və inkişafın izlənilməsini əhatə edir. Yaxşı tərtib edilmiş iş axını səmərəliliyi artırmağa, səhvləri azaltmağa və bütün lazımi tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmədə mühüm rol oynayır. Effektiv iş axınının idarə edilməsi bütün ölçülərdə müəssisələr və təşkilatlar üçün vacibdir, çünki bu, məhsuldarlığı artırmağa, xərcləri azaltmağa və işin ümumi keyfiyyətini təkmilləşdirməyə kömək edə bilər. Aydın və səmərəli iş axını prosesi yaradan müəssisələr öz resurslarını maksimum dərəcədə artırır və məqsədlərinə mümkün olan ən effektiv şəkildə nail olurlar. Ryan K. L. Ko, Stephen S. G. Lee, Eng Wah Lee (2009) Business Process Management (BPM) Standards: A Survey. In: Business Process Management Journal, Emerald Group Publishing Limited. Volume 15 Issue 5.
Maliyyə axını
Maliyyə axını (ing. cash flow), və ya pul axını, ödəniş axını, keş-flo, keş-flou — formalaşma mənbələrindən asılı olmayaraq müəssisənin təsərrüfat fəaliyyəti nəticəsində yaranan vəsaitlərin müvəqqəti olaraq bölüşdürülmüş daxilolmalarının (daxillərinin) və ödənişlərinin (çıxışlarının) məcmusu. Pul vəsaitlərinin hərəkəti anlayışı iqtisadi fəaliyyətlə əlaqəli müxtəlif növ axınları əhatə edir. Axınları müxtəlif əsaslarla təsnif etmək olar. Hesabat|beynəlxalq mühasibat standartlarına uyğun olaraq, aşağıdakı pul vəsaitlərinin hərəkəti fərqləndirilir: əməliyyat (cari) fəaliyyətdən; investisiya fəaliyyətindən; maliyyə fəaliyyətindən. Bu təsnifat ən mühümdür, çünki o, maliyyə təhlili, proqnozlaşdırma, maliyyə hesabatı və s. üçün əsasdır. Təsnifat üçün digər əsaslar pul vəsaitlərinin hərəkətinin aşağıdakı xüsusiyyətləridir. Pul vəsaitlərinin hərəkəti istiqamətinə görə onlar fərqləndirilir: vəsaitlərin daxil olmasını əks etdirən müsbət pul axını; pul vəsaitlərinin ödənişini əks etdirən mənfi pul axını. Həcmi hesablama metoduna görə pul vəsaitlərinin hərəkəti aşağıdakılara bölünür: nəzərdən keçirilən dövrdə vəsaitlərin daxilolmalarının və ya xərclərinin bütün məcmusunu xarakterizə edən ümumi; xalis, nəzərdən keçirilən müddət ərzində müsbət və mənfi pul vəsaitlərinin hərəkəti (vəsaitlərin daxil olması və xərclənməsi arasında) arasındakı fərqi göstərir.
Puazeyl axını
Puazeyl axını — mayenin paralel müstəvi təbəqələri və ya dairəvi silindr boruda kanallar vasitəsilə laminar axınıdır. Puazeyl axını Navye-Stoks bərabərliklərinin ən sadə və dəqiq həllərindən biridir. Puazeyl qanunu ilə izah olunur (Qaqen-Puazeyl və ya Hagen–Puazeyl qanunu da adlanır). Özlü sıxılmayan mayenin təzyiq fərqlərinin təsiri altında nazik silindrik borunun dəyirmi hissəsində sabit axınına baxılır. Axının laminar və bir ölçülü olduğunu fərz etsək (kanal boyunca yalnız sürət komponenti var), onda tənlik aşağıdakı kimi yazılır və analitik olaraq həll olunur. v = p 1 − p 2 4 η L R 2 , {\displaystyle v={\frac {p_{1}-p_{2}}{4\eta L}}R^{2},} Burada: v {\displaystyle v} – boru kəməri boyunca mayenin sürəti; r {\displaystyle r} – boru kəmərinin oxundan olan məsafə; R {\displaystyle R} — boru kəmərinin radiusu; p 1 − p 2 {\displaystyle p_{1}-p_{2}} — borunun giriş və çıxışındakı təzyiq fərqləri; η {\displaystyle \eta } — mayenin özlülüyü; L {\displaystyle L} — borunun uzunluğu. Əgər bütün axını silindirdəki elementar axına bölsək, borunun (dairənin xarici hissəsi) axınından dairənin daxili hissəsindəki axınını çıxmaqla hər silindr üçün laminar axın sürətini hesablaya bilərik. v ( r ) = ( p 1 − p 2 4 η L R 2 ) − ( p 1 − p 2 4 η L r 2 ) = p 1 − p 2 4 η L ( R 2 − r 2 ) , {\displaystyle v\left(r\right)={\Bigr (}{\frac {p_{1}-p_{2}}{4\eta L}}R^{2}{\Bigr )}-{\Bigr (}{\frac {p_{1}-p_{2}}{4\eta L}}r^{2}{\Bigr )}={\frac {p_{1}-p_{2}}{4\eta L}}(R^{2}-r^{2}),} Burada r {\displaystyle r} silindirin daxili radiusudur. Sürətin qiyməti uzunluq boyunca parabolik olaraq dəyişir. Yuxarıdakı şəkildə parabolik profil (Puazeyl profili də adlanır) göstərilmişdir belə ki, sürət paylanması kanal oxuna qədər olan məsafədən asılıdır.
Şimal axını
Şimal axını (alm. Nord Stream‎; rus. Северный поток) — Qərbi Avropanı təbii qazla təmin etmək üçün Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan təbii qaz kəmərləri şəbəkəsi. O, "Şimal axını 1" və "Şimal axını 2" adlı iki ayrı layihədən ibarətdir. Hər iki boru kəmərinin hər biri iki borudan, NS1 A və B, həmçinin NS2 A və B olmaqla, cəmi 4 fiziki borudan ibarətdir. Hər iki boru kəməri Rusiyadan başlayır və Almaniyanın Lubmin şəhərində bitir. Kəmərlər Almaniya, Hollandiya və Fransa maraqlı tərəfləri ilə birlikdə Rusiyaya məxsusdur (51 faiz). Layihə Rusiya, Almaniya, Fransa, Avstriya və Hollandiya şirkətlərindən ibarət konsorsium tərəfindən maliyyələşdirilib. Bu, Rusiya təbii qazını birbaşa Qərbi Avropaya çatdırmaq üçün Ukrayna və Polşadan yan keçən ilk boru kəməri idi. "Şimal axını 2" layihəsinə ABŞ başlanğıcdan bəri qarşı çıxırdı, çünki onlar Almaniyanın Amerikadan daha bahalı LNG almasını istəyirdilər.
Çay axını
Çay axımı — çayın canlı kəsiyindən müəyyən vaxt ərzində axıb keçən suyun miqdarı. Çay axımı müəyyən vaxt (gün, ay, il) ərzində suyun məsrəfi ilə (m³ və ya km³) müəyyən edir. Çay axımı yerüstü axımla müəyyən olunur və onun suyığım hövzəsinin su balansı tənliyi ilə xarakterizə olunur. Bu tənlik aşağıdakı kimidir: x+c+d=y0+E+Z Burada: x+c+d – su balansı tənliyinin mədaxil; y0+E+Z isə onun məxaric hissələridir. x— atmosfer yağıntısı; c—torpağın nəmliyi; d—qonşu hövzələrdən gələn yeraltı su axımı; y0—çay axımı; E—buxarlanma; Z—qonşu hövzələrə axıb gedən yeraltı su axımıdır. Axım layının qiymətlərinə görə axım modulu tərtib edilir. Axım modulu çay hövzəsinin 1km2sahəsindən gələn su sərfinə görə xarakterizə olunur: q=1000Q/F Burada q—axım modulu, l/san km2; Q—orta sərf, m3/san; F—çay hövzəsinin sahəsidir, km2. Axım layının müşahidə illərindəki orta qiyməti axım norması adlanır. Avropanın şimalında axım normasının qiyməti 300–500 mm, cənubda, Xəzər dənizi sahillərində onun qiyməti 5–10 mm-ə qədər azalır və Qafqaz dağları ərazisində axım normasının qiyməti 1500–2000 mm-ə çatır. Azərbaycan ərazisində axımın paylanmasında iki qanunauyğunluq müşahidə olunur.
Daş-böyürtkən
Daş-böyürtkən (lat. Rubus saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Daş (1977)
Daş — rejissorlar Hafiz Əkbərov və Əsgər Məmmədovun filmi. Dağıdıcı qüvvə rəmzi olan daş müxtəlif dövrlərdə görkəmini dəyişərək(ox, güllə, raket) planetdə yaşayan adamlara dərd-bəla gətirir. Film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur. Film mətnsizdir. Film şair Əli Kərimin eyniadlı şeri əsasında çəkilmişdir. Əsərin müəllifi: Əli Kərim Ssenari müəllifi: Sabir Rüstəmxanlı, Paşa Kərimov Quruluşçu rejissor: Hafiz Əkbərov, Əsgər Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Bəstəkar: Xəyyam Mirzəzadə Operator: Rafiq Əmirov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Yuri Meşşeryakov, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Zəkiyyə Mahmudova Montaj edən: Nisə Hacıyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi, Solmaz Hüseynova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya, Firəngiz Quliyeva Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: R. Rəşidov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Daş Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Daş Salahlı
Daş Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey dağının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Bir haşiyə: Azı 200–300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbiristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50–60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Daş Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kəndinin inzibati ərazi vahidinə daxil olan kənd Gəyan çölündə yerləşir.
Daş Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Daş ana
Daş ana və ya daş nənə – qədim türk qəbilələrində məzar daşı. Daşnənə gələnəyi əsasən qədim kuman (Hakkari) boyları və ortaçağ kuman-qıpçaq boylarında görünür. Türk ellərində(daşnənədən isə imdad istəyirlər).
Daş ata
Daş ata və ya daş baba – qədim türk qəbilələrində məzar daşı. Orta Asiya çölünün köçəriləri məskun nizamlı xalqlardan fərqli bir dünya görüşünə sahib idi. Sözgəlişi onlar ölülərini son yuxularına yatırdacaqları, yerləşmə yerlərinin xaricindəki sıxılmış və hüzn verici qəbiristanlıq anlayışına sahib deyildi. O biri dünyanın varlığına inanır və məzarlarında ölüyə bir baxıma həyat təqdim edirdilər. Ölənin atı, silahları, gündəlik həyatda istifadə etdiyi kimi əşyaları də məzara qoyurlardı. Hətta, bəzi kurganlarda ölünün yanında qadın və xidmətçi cəsədləri də tapıldı. Bunlar ölənlə birlikdə basdırılmış ola biləcəyi kimi, eyni zamanda ölmüş ya da özlərini öldürmüş də ola bilər. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandı. Bu cür məzarlarda, ölən adamın əhəmiyyətinə uyğun olaraq, ümumiyyətlə taxtadan basdırıldığı otağının üzərinə daş və torpaqdan bir yığma təpə yüksəldilirdi. Bunun üzərində də ölən adamı təmsil edən, kobudca insan formalı heykəllər tikilirdi.
Daş bulaq
Daşbulaq (Takab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Daşbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Daşbulaq (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Daşbulaq (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Daşbulaq (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Daşbulaq — İrəvan əyalətinin Aleksandropol qəzasında çay adı. İranda Daşbulaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Miyanə) Daşbulaq (Nir) Daşbulaq (Germi) Aşağı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Daş dövrü
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Daş göbələklər
Daş göbələklər — göbələk formasında olan Tənha qaya. Daş göbələklərin yaranma səbəbi müxtəlif ola bilər: Eroziya, küləyin fəaliyyəti, buzlaqların ekzarasiyası, karst və s. Bu tip təbiət abidələrində dünyanın bir çox ölkələrində rast gəlinir. Daş göbələklərə misal kimi Çulışman, Soltera və s. göstərmək olar.
Daş kreveti
Daş kreveti. (lat. Palaemon elegans) — Əsl krevetlər infradəstəsinə (Caridea), Krevet (Palaemon) cinsinə daxil olan növ. Dənizlərin dayaz hissələrində, duzluğu 1 ‰-dən az olmayan sularda yayılırlar. Əsas Afrikanın Atlantik okean sahillərində, Ümid burnuna qədər olan ərazilərdə yayılmışdır. Avropada isə Norveç sahili, o cümlədən Aralıq, Azov, Qara dənizlərində rastlanılır. 1950-ci illərdən bəri isə Xəzər və Aral dənizi kimi duzlu göllərdə də yayılmağa başlamışdır. XX əsrdə Baltik dənizini nqərb sahillərinidə fəth etmişdir. onlara Kalininqrad körfəzində də rastlanılır. Xəzər dənizində yayılmış iki krevet növündən biridir.
Daş kömür
Daş kömür — bitki mənşəli çökmə süxur olub, təbii yanacaq növüdür. Daş kömür çox kövrəkdir, qara, boz və parlaqdır. Suda batır və həll olmur. Daş kömür əsasən Donbas, Orta Asiya, Zaqafqaziya və Sibirdə çıxarılır. Ondan yaşayış evlərini qızdırmada, fabrik və zavodlarda, polad və çuqun əridilməsində, eləcə də yanacaq, sabun, yağ, spirt, benzol, plastik maddələr, ətriyyat, dərman, boyaq, turşular və s. istehsalında istifadə olunur. Daş kömür — üzvi mənşəli bərk yanacaqdır. Təbiətdə daş kömürün ehtiyatları neft ehtiyatından çoxdur. Daş kömürdən karbohidrogenlərin əsas alınma üsullarından biri daş kömürün kokslaşdırılmasıdır. Bu zaman 1000–1200 °C-də daş kömürün pirolizi həyata keçirilir.
Daş kərtənkələləri
Qayalıq kərtənkələsi (lat. Darevskia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Üstəlik dişisiz çoxalan növləri vardır. Bu cinsin Latın dilində adı rus herpetoloqu İlya Sergeyeviç Darevsinin (1924-2009) şərəfinə adlandırılıb. Kiçik və orta ölçülü kərtənkələlərə daxildir və bədəninin uzunluğu 55–80 mm-dir. Başı aşkarcasına dirdədir. Bu cinsə 20 Biseksual və 7 Partenoqenez növ daxildir. Beş növ əvvələr mübahisəli növ olan Lacerta saxicola daxil edilirdi. 1999-cı ildə bu növlər Yaşıl kərtənkələlər (Lacerta) cinsində ayrılmış və müstəqil cinsə daxil edilmişdir. Azərbaycan kərtənkələsi (Darevskia raddei Uzzell et Darevsky, 1973) Alp kərtənkələsi (Darevskia alpina Darevsky, 1967) Ermənistan kərtənkələsi (Darevskia armeniaca Méhely, 1909) Darevskia bendimahiensis (Eiselt et Schmidtler, 1994) Brauner kərtənkələsi (Darevskia brauneri Méhely, 1909) Qafqaz kərtənkələsi (Darevskia caucasica Méhely, 1909) Yaşılqarın kərtənkələ (Darevskia chlorogaster Boulenger, 1908) Türkiyə kərtənkələsi (Darevskia clarkorum Darevsky et Vedmederja, 1977) Dağıstan kərtənkələsi (Darevskia daghestanica Darevsky, 1967) Dalya kərtənkələsi (Darevskia dahli Darevsky, 1957) Elbrus kərtənkələsi (Darevskia defilippii Camerano, 1877) Artvin kərtənkələsi (Darevskia derjugini Nikolsky, 1898) Çarnal kərtənkələsi (Darevskia dryada Darevsky et Tuniyev, 1997) Lindholm kərtənkələsi (Darevskia lindholmi Lantz et Cyrén, 1936) Acar kərtənkələsi (Darevskia mixta Méhely, 1909) Qırmızıqarın kərtənkələ (Darevskia parvula Lantz et Cyrén, 1913) Kür kərtənkələsi (Darevskia portschinskii Kessler, 1878) Luqov kərtənkələsi (Darevskia praticola Eversmann, 1834) Rüstəmbəy kərtənkələsi (Darevskia rostombekowi Darevsky, 1957) Gürcüstan kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886) Darevskia sapphirina (Schmidtler 1994) Qayalıq kərtənkələsi (növ) (Darevskia saxicola Eversmann, 1834) Ağqarın kərtənkələ (Darevskia unisexualis Darevsky, 1966) Darevskia uzzelli (Darevsky et Danielyan 1977) Valentin kərtənkələsi (Darevskia valentini, Boettger 1892) Lepidodactylus lugubris (FITZINGER 1843) Qayalıq kərtənkələrəri əsasən Qafqazın bütün bölgələrində, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bundan başqa Bolqarıstan, İran, Rumıniya, Türkiyə ərazilərində rast gəlinir.