Daşnaksutyun Partiyasının edəcəyi bir şey yoxdur (hesabat)
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (erm. Դաշնակցությունը անելիք չունի այլևս) — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır.
== Hovanes Kacaznuni ==
Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb.