Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"İstiqlal" ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. == Tarixi və statusu == "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. == Təsviri == "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
İstiqlal Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az-əbcəd. ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az-əbcəd. ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir. 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar.
İstiqlal (toplu)
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. == Tarixi == "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
"İstiqlal" medalı (Türkiyə)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi. Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır.
Estoniyanın İstiqlal Bəyənnaməsi
Estoniyanın İstiqlal Bəyənnaməsi, həmçinin bütün Estoniya xalqlarına manifest (est. Manifest kõigile Eestimaa rahvastele) — 1918-ci ildən etibarən Estoniya Respublikasının əsas qanunu. Bəyənnamənin Reveldə (Tallin) nəşr olunduğu gün - 24 fevral milli bayram və ya Estoniyanın Müstəqillik günü kimi qeyd olunur. Bəyannamənin layihəsi Estoniyanın Zemski Şurasının ağsaqqalları tərəfindən seçilmiş Estoniyanın Nicat Komitəsi tərəfindən hazırlanmışdır. Elanın başlanğıcında 21 fevral 1918-ci ildə təyin olundu, ancaq elan 23 fevral axşamı qədər təxirə salındı, manifest, Endla Teatrında Pärnu'da açıq bir şəkildə basıldı və səsləndi. Ertəsi gün, 24 fevral, manifest çap edildi və Reveldə (Tallinn) yayıldı. == Tarixi == XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri. Estoniyalıların və Baltik Almanlarının bərabər hüquqlarına və Baltik almanlarının il və yerli hökumətlərdə, eləcə də mədəniyyət və təhsil sahələrində hakim rolunun məhdudlaşdırılması tələbi ilə yaradılmış Estoniya milli oyanışının vaxtı idi. Hökumətin Sankt-Peterburqda almanları Rusiya əyalətlərindəki vəzifəli məmurlarla əvəz etməsi və vilayətdəki bütün Rusiyanın əmrini təsdiqləməsi cəhdləri qeyri-sabit idi və çox müvəffəqiyyət qazanmadılar, eyni zamanda Estoniyalıların siyasi stabillik üçün Finlandiyalı üsluba sahib olmasını arzuladılar. 2 mart 1917-ci il Fevral inqilabından sonra Rusiya Müvəqqəti Hökuməti "Estland əyalətinin inzibati idarəetməsinin və yerli rəhbərliyinin müvəqqəti quruluşu haqqında" fərman imzalayıb, Estland əyalətinin komissarı vəzifəsinə təyin olunmuş və Estland əyalətinin Müvəqqəti Zemstvo Şurasının yaradılmasına icazə verilmişdir.
Peru İstiqlal müharibəsi
Peru istiqlal müharibəsi (isp. Guerra de İndependencia de Perú) — Peru vitse kralığı və Yuxarı Peru (indiki Peru, Boliviya və Çili, Argentinanın bir hissəsi) baş verən və İspan ağalığına qarşı Cənubi Amerikada azadlıq müharibəsinin bir hissəsidir. Azadlıq uğrunda hərəkat Napoleonun İspaniyanı işğalı və ingilis donanmasının İspaniyanı hühasirədə saxlamasından sonra daha geniş xarakter alır. Peru varlı torpaq sahibləri və istehsalçı güvvələr, mədən sahibləri hərəkatın başında dururdular. Onlar hüquqi cəhətdən İspaniyanı dəstəkləyirdilər. Buna səbəb isə ərazilərdə baş verən hindu müharibələri idi ki, buna Tupak AnaruIInun 1780-1781 ci illərdəki üsyanını göstərmək olar. Üstəlik iqtisadi maraqlar, Çili və Argentina ilə iqtisadi rəqabət rüzum yaradırdı. Bu üsyanlar 1812-ci ildə Uanuko və 1814-1816 cı illərdə Kuskoda baş vermişdir. Hətta Buenos Ayres tərəfindən dəstəklənməsinə baxmayaraq üsyanlar asanlıqla yatırılmışdır. Azadlıq hərəkatında əsas dönüş Peru vitse kralığının ərazisinə cənubdan Xose San Martin (1820-1823), şimaldan isə Simon Bolivarın (1824) yürüşü mühün rol oynamışdır.
Qafqaz İstiqlal Komitəsi
Qafqaz İstiqlal Komitəsi (1927) — Azərbaycan, Gürcüstan və Şimali Qafqazın istiqlalının bərpası və birləşdirilməsi məqsədilə 1927-ci ildə Varşavada (Polşa) yaradılmış siyasi təşkilat. Qafqaz İstiqlal Komitəsi (1952) — Qafqaz xalqlarının milli azadlıq mübarizəsinə rəhbərlik və xaricdə onu təmsil etmək üçün 1952-ci ildə Münhendə (Almaniya) yaradılmış ümumqafqaz mərkəzi.
İstiqlal
Müstəqillik və ya İstiqlal — bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqlar başqalarının əlində olmaması. Müstəqillik, müxtəlif yollarla ələ gəlir, o cümlədən demokratik yolu ilə və ya silahlı mübarizə ilə.
İstiqlal (dəqiqləşdirmə)
İstiqlal — Siyasi-ictimai mənasında (müstəqillik) İstiqlal (snayper tüfəngi) — Azərbaycan istehsalı olan irikalibrli snayper tüfəngi. İstiqlal məscidi — İndoneziyada ən böyük məscid. İstiqlaliyyət küçəsi — Bakı. İstiqlaliyyət küçəsi — İstanbul. İstiqlal qəzeti İstiqlal (qəzet, 1909) — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyətə başlayan qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal (mahnı)
İstiqlal (qəzet)
İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyət göstərmiş qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal FK
İstiqlal (Farsca; باشگاه فرهنگی ورزشی استقلال) — İran Birinci Futbol Liqasındakı 2 böyük Tehran komandasından biridir.
İstiqlal Marşı
İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının dövlət himni. Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd etmişdir. Yarışmaya 724 şeir təqdim edilmiş, lakin bu şeirlərdən heç biri himn olmaq üçün uyğun hesab edilməmişdir. Bu hadisədən sonra Mehmet Akif Ərsoyun "Bizim Qəhrəman Ordumuz" adlı şeiri parlamentdə oxunmuş və böyük rəğbətlə qarşılanmışdır. 12 mart 1921-ci il tarixli iclasda bu şeir himn olaraq qəbul edilmişdir. Mehmet Akif Ərsoy, müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı almamış və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini dilə gətirmişdir. İstiqlal Marşının bəstəkarı Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör olmuşdur. İstiqlal marşının çərçivəli şəkili, bütün türk sinif otaqlarının löhvəsi üzərində Türk bayrağı və ölkənin qurucusu olan Atatürkün fotoşəkili ilə birlikdə divardan asılı vəziyyətdə dayanmalıdır. 20 oktyabr 1927-ci ildən bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd misra oxunur.
İstiqlal məhkəmələri
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
İstiqlal məhkəməsi
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
İstiqlal məscidi
İstiqlal məscidi (ind. Masjid Istiqlal) — İndoneziyada ən böyük məscid. 1978-ci ildə prezident Suxarto tərəfindən açılış edilib. İstiqlal məscidi hələ də Cənub-Şərqi Asiyanın ən böyük məscididir və burada eyni vaxtda 120 min müsəlman namaz qıla bilər. Məscidin adı isə İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması ilə bağlıdır. İstiqlal ənənəvi Yavan məscidlərinə bənzəmir. Bina nəhəng beton blok formasındadır və üzərində də 45 metr diametrə malik, 12 dairəvi sütun üzərində sferik günbəz var. Binanın kənarlarında bütün mərtəbələrə aparan pilləkənlər inşa edilib və böyük ibadət məkanının qarşısında kiçik günbəzli kiçki ibadət yeri var. Sadə və minimum dekorativ həndəsi detallara malik məscidə cakartalılar çox böyük dəyər verir.
İstiqlal ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
İstiqlal qəzeti
İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyət göstərmiş qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal toplusu
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
ABŞ istiqlal bəyannaməsi
ABŞ İstiqlaliyyət Bəyannaməsi — tarixi sənəd və siyasi fəlsəfə manifesti. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmişdir. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan etdi. Bəyannamə o dövr ABŞ fedrasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilmişdir. == Bəyannamənin mətni == Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır və belə olanda həmin xalq bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, özünün müstəqilliyə canatma səbəblərini, heç şəksiz ki, izah etməlidir. Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur.
ABŞ İstiqlal müharibəsi
ABŞ İstiqlal müharibəsi (ing. American Revolutionary War, American War of Independence) — 1775–1783-ci illərdə ABŞ və İngiltərə arasında baş vermiş müharibə. Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə 1775-ci ildə başlandı və bu müharibə nəticəsində İngiltərənin hökmranlığına son qoyuldu, 1776-cı ildə Amerika Birləşmiş Ştatları (ABŞ) yarandı. 1783-cü ildə Paris sülh müqaviləsinə əsasən İngiltərə ABŞ-nin müstəqilliyini tanıdı. Bu müharibə nəticəsində həmçinin torpaq mülkiyyətindəki feodalizm ünsürləri ləğv edildi, hakimiyyət burjuaziyanın və torpaq sahiblərinin əlinə keçdi. 1787-ci ildə yeni Konstitusiya qəbul olundu. Bu Konstitusiya ABŞ-ni federal dövlət kimi rəsmiləşdirdi. 1789-cu ildə ABŞ-də ilk prezident seçkiləri keçirildi və mason lideri Corc Vaşinqton prezident seçildi. Ölkədə mütəmadi olaraq etirazlar, qiyamlar, üsyanlar baş qaldırırdı. Buna ən bariz nümunə 1786-87-ci illərdə yoхsul fermerlərin başladığı Şeys üsyanı göstərilə bilər.
Texas İstiqlal müharibəsi
Texas İstiqlal müharibəsi (ing. Texas Revolution) — Şimali Amerikada Texas Respublikası ilə Meksika arasında baş vermiş müharibə. 1835-ci ilin 2 oktyabr tarixində başlanan müharibə, 6 ay davam etmiş və 1836-cı ilin 21 aprel tarixində Valesko sülh müqaviləsinin imzalanması ilə başa çatmışdır. Texas İstiqlal müharibəsinin əsas səbəbi Meksikanın mərkəzləşdirmə siyasəti ilə hesablaşmaq istəməyən Texasın, Meksikadan ayrılaraq öz müstəqilliyini elan etməsi olmuşdur. Müharibənin başladılmasında rolu olan qruplardan biri də Texas ərazilərində məskunlaşması və (ing. Texians) adı verilən Avropalı gəlmələr idi. Belə ki, gəlmələr ərazinin yerli sakinləri ilə birlikdə Meksika hökumətinin ağalığını qəbul etməyərək müharibəyə başlamış və ilkin hədəf kimi, 1835-ci ildə Meksika ordusuna məxsus kiçik qarnizonlara hücumlar təşkil edilmişdir. Daxili münaqişələrin və xaosun Texasda şiddətlənməsi, Meksika hökumətinin ərazidə təsirsiz qalması səbəbindən Texasda ilk olaraq müvəqqəti hökumət yaradıldı. Meksika yaradılmış müvəqqəti hökuməti aradan qaldırmaq üçün tədbirlər görsədə, yerlilərin müqaviməti ilə qarşılaşdı. 1836-cı ilin mart ayında müvəqqəti hökumətin növbəti toplantısında Texas, özünü Texas Respublikası elan edərək Meksikadan ayrıldığını rəsmən elan etdi.
İndoneziya İstiqlal müharibəsi
İndoneziya İstiqlal müharibəsi— hərbi münaqişə bir tərəfdə İndoneziya digər tərəfdə isə Hollandiya və Böyük Britaniyanın iştirakı ilə baş vermişdir. Müharibə nəticəsində İndoneziyanın müstəqilliyi tanınır. Müharibə Hollandiya üçün 4 min insan itkisi və ilə nəticələnir. Digər tərəfdə isə 80 min insan itkisi baş verir. Holland məlumatlarına görə isə İndoneziya 100,000, ingilislər isə 980 ölü və 1663 yaralısı olmuşdur. Yaponiyanın məğlubiyyətindən sonra 15 avqust 1945-ci ildə indoneziyalı vətənpərvərlər Suranko başda olmaqla İndoneziyanın müstəqilliyini elan edirlər. Bu zaman Avropada müharibə yenicə bitmişdi bu səbəbdən özünə hələ gələ bilmədiyindən bir addım ata bilmirdi. 17 avqust 1945 ildə Sukarno İndoneziyanın müstəqilliyini elan edir. İngilislər bu məsələdə Hollandiyanı dəstəkləyir. Buna səbəb isə bu zaman İndoneziyada çoxlu sayda ingilis qüvvələri mövcud olması idi.
İstiqlal (qəzet, 1918)
İstiqlal — həftəlik qəzet. "Türk Ədəmi-Mərkəziyyət firqəsi "Müsavat"ın orqanı. Azərbaycan mətbuat tarixinin tanınmış araşdırıcılarından olan Akif Aşırlı bu dövrdə (1918–1920) çıxan "İstiqlal" qəzeti haqqında qənaətlərini bölüşür: "Bu qəzetin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. Bakıda nəşr olunmuşdur. İlk nömrəsi 1918-cu il də, son nömrəsi 1920-ci il aprelin 23-də çıxmışdır. 42 nömrəsi buraxılmışdır. Qəzetin məsləki, məqsəd və vəzifəsi Məhəmməd Əmin Rəsulzadənin birinci nömrədə çap olunmuş "İstiqlal" adlı baş məqaləsində şərh olunmuşdu. Məqalədə deyilirdi: (Tofiq Fikrət) beyti qəzetin başlığında epiqraf kimi verilmişdi. "Heyəti-təhririyyə" (redaksiya heyəti) tərəfındən idarə edilən qəzet "Turan" mətbəəsində çap olunurdu. Əsas müəllifləri Məhəmməd Əmin Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məmmədzadə, Ə.Həmdizadə, Əhməd Həmdi Qaraağaczadə, Ümmügülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Əbdülvahab Məmmədzadə, Məmmədəli Rəsulzadə, Ağa oğlu Məhəmməd, Məşədi Yusif Fərzixanov və b.
İstiqlal (qəzet, 1919)
İstiqlal — həftəlik qəzet. "Türk Ədəmi-Mərkəziyyət firqəsi "Müsavat"ın orqanı. Azərbaycan mətbuat tarixinin tanınmış araşdırıcılarından olan Akif Aşırlı bu dövrdə (1918–1920) çıxan "İstiqlal" qəzeti haqqında qənaətlərini bölüşür: "Bu qəzetin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. Bakıda nəşr olunmuşdur. İlk nömrəsi 1918-cu il də, son nömrəsi 1920-ci il aprelin 23-də çıxmışdır. 42 nömrəsi buraxılmışdır. Qəzetin məsləki, məqsəd və vəzifəsi Məhəmməd Əmin Rəsulzadənin birinci nömrədə çap olunmuş "İstiqlal" adlı baş məqaləsində şərh olunmuşdu. Məqalədə deyilirdi: (Tofiq Fikrət) beyti qəzetin başlığında epiqraf kimi verilmişdi. "Heyəti-təhririyyə" (redaksiya heyəti) tərəfındən idarə edilən qəzet "Turan" mətbəəsində çap olunurdu. Əsas müəllifləri Məhəmməd Əmin Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məmmədzadə, Ə.Həmdizadə, Əhməd Həmdi Qaraağaczadə, Ümmügülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Əbdülvahab Məmmədzadə, Məmmədəli Rəsulzadə, Ağa oğlu Məhəmməd, Məşədi Yusif Fərzixanov və b.
"İstiqlal" ordeni ilə təltif edilənlərin siyahısı
"İstiqlal" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycan Milli Məclisinin 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsdiq edilən və 06.12.1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən təsis edilən "İstiqlal" ordeni 1992–2005-ci illərdə Azərbaycanın ən ali dövlət təltifi hesab olunub. 1995-ci ildən indiyə kimi 72 nəfər bu ordenlə təltif edilib. "İstiqlal" ordeni ilə təltif edilən 72 nəfərdən 63 nəfəri Azərbaycan vətəndaşı, 9 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. 2 nəfər — Xəlil Rza Ulutürk və Ziya Bünyadov ölümündən sonra ordenlə təltif edilib. Ordenlə təltif edilən 72 nəfərdən cəmi 8 nəfəri qadındır — Mirvarid Dilbazi, Leyla Bədirbəyli, Vera Şirye, Əminə Dilbazi, Zeynəb Xanlarova, Fidan Qasımova, Xuraman Qasımova və Fatma Səttarova. "İstiqlal" ordeni ilə təltif edilənlərdən ən gənci Şeyxülislam Hacı Allahşükür Paşazadə (50 yaşında), ən yaşlısı isə Lətif Hüseynzadə (99 yaşında) idi. "İstiqlal" ordeni ilə təltif edilənlərdən 34 nəfəri Heydər Əliyev tərəfindən, 38 nəfəri isə İlham Əliyev tərəfindən təltif olunub.
Ermənistanın İstiqlal Bəyannaməsi (1990)
Ermənistanın İstiqlal Bəyannaməsi (erm. Հայաստանի Հանրապետության անկախության հռչակագիր) — 23 avqust 1990-cı il tarixində İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunmuş, Ermənistan SSR Ali Sovetinin Sədri Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin Katibi Ara Sahakyan tərəfindən imzalanmış, Ermənistan Respublikasının müstəqilliyini rəsmən elan edən sənəd. Ermənistan Respublikası SSRİ-nin süqutundan sonra 23 sentyabr 1991-ci il tarixində yaradılmışdır. Bəyannamənin hazırlanması barədə qərar Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurası tərəfindən 1 dekabr 1989-cu ildə alınmışdır. Bəyannamə 12 sətrlikdir. Bunlardan biri erməni diasporunun üzvlərinin ölkəyə qayıtma hüquq almasıdır. Bəyannamə Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişir, yeni gerb və himn təsis etmişdir. Bəyannamə öz valyutasına, silahlı qüvvələrinə və bank sisteminə malik bir Ermənistanın müstəqilliyinə də sitat gətirir. Bəyannamə azad fikrin və mətbuatın qorunub-saxlanacağına, eləcə də ayrı-ayrı müstəqil bir məhkəmə, qanunverici və prezidentlik orqanlarının yaradılacağına qarantiya verir. O, çoxpartiyalı bir demokratiyanın yaradılmasından da bəhs edir.
Latviya Milli İstiqlal Hərəkatı
Latviya Milli İstiqlal Hərəkatı (latış. Latvijas Nacionālās Neatkarības Kustība‎, LNNK) ― 1988-ci ildən 1997-ci ilə qədər mövcud olmuş Latviya siyasi təşkilatı. 1988-ci ildə Latviya millətçi hərəkatının radikal qanadı olaraq yarandı. Lap başdan Sovet İttifaqı daxilində Latviya üçün daha çox muxtariyyəti dəstəkləyən əsas Latviya Xalq Cəbhəsindən fərqli olaraq, LNNK əvvəldən müstəqillik tələb edirdi. LNNK-nın liderləri arasında Eduards Berklavs, Aleksandr Kirşteyns, Andreys Krastinş, Eynars Repşe, Visvaldis Latsis və Yuris Dobelis yer alırdı. Latviya müstəqilliyini bərpa etdikdən sonra LNNK siyasi partiyaya çevrildi və adını Milli Mühafizəkar Partiyası adlandırdı. O, 1993-cü il parlament seçkilərində 100 yerdən 15-ini qazandı və nüfuzlu müxalifət partiyası idi. 1993-cü ildə partiyanın naş nazir namizədi Yoaxim Sigerist iyalnız bir səslə məğlub olaraq ikinci oldu. LNNK 1994-cü ildə Latviyanın paytaxtı Riqada keçirilən bələdiyyə seçkilərində qalib gəldi, lakin populyarlığı bundan sonra sürətlə azaldı. 1995-ci il parlament seçkilərində parlamentdəki yerlərinin yarısını itirdi və nəticədə "Tēvzemei un Brīvībai" ("Ata yurdu və azadlıq üçün") ilə birləşdi, hansı ki Latviya İstiqlal Hərəkatında oxşar mənşəyə malik daha bir sağçı partiyadır.
Latviya İstiqlaliyyət müharibəsi
Latviya İstiqlaliyyət müharibəsi (latış. Latvijas brīvības cīņas‎) — 1918-ci ilin sonunda Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Latviya Xalq Məclisi tərəfindən Latviyanın müstəqilliyini elan edən və Latviya ilə RSFSR arasında Riqa müqaviləsinin imzalanması ilə başa çatan Latviyadakı hərbi əməliyyatların ümumi adı. == Arxa plan == 1917-ci ilin sentyabrında Latviya siyasi partiyaları alman qoşunları tərəfindən işğal edilmiş Riqada Demokratik blok (latış. Demokrātiskais bloks‎) — koalisiya yaratdılar. Dekabrın əvvəlində Valka şəhərində Latviya milli təşkilatları Latviya Müvəqqəti Milli Şurasını (latış. Latviešu Pagaidu nacionālā padome‎) təsis etdilər. 1917-ci il dekabrın 2-də Latviyanın öz müqəddəratını təyin etməsi barədə bəyanat qəbul olundu. Lakin, Latviya Sosial Demokrat Fəhlə Partiyasının (LSDFP) Liflyandiya və Kurlyandiyada böyük təsir göstərmişdir. Dekabrın ortalarında Latviyanın ali hakimiyyətini elan edən işçilərin, əsgərlərin və torpaqsız deputatların II qurultayı Almaniyadan azad olunmuş Valmierada keçirildi. Qurucu Məclis seçkilərində Sosial Demokratlar, Vidzemedəki səslərin yüzdə 72-ni, Latqaliyada 51 %-ni, Latviya silahlı polklarında isə yüzdə96 % səs aldı.
Milli İstiqlaliyyət Bayramı
Milli İstiqlaliyyət Bayramı — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayramı. İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Hökumətin qərarına əsasən, həmin gün qeyri iş günü elan olundu. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuş, "ilk dəfə Azərbaycan ordusunun vətəninin paytaxtına vürudu" alt yazısı ilə Azərbaycan ordusunun Bakının mərkəzi küçələrindəki rəsm-keçidi və Parlament binasının şəkli də verilmişdi. İstiqlaliyyətin birinci ildönümü münasibətilə hökumətin sədri Nəsib bəy Yusifbəylinin "Azərbaycan vətəndaşlarına!" müraciəti, habelə 1918-ci il mayın 28-də elan edilmiş İstiqlal bəyannaməsi yenidən dərc olunmuşdu. Şeyxülislam Axund Ağa Ağazadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Əliabbas Müznib, Şəfiqə Əfəndizadə və başqalarının bayram münasibətilə məqalələri "Azərbaycan" qəzetinin səhifələrində dərc edilmişdi. Parlamentin həmin gün keçirilən 42-ci fövqəladə təntənəli iclası Cürnhuriyyətin birinci ildönümünə həsr olunmuşdu. Parlament sədri vəzifəsini icra edən H.Ağayev, Parlamentin Müsavat fraksiyasından Məhəmməd Əmin Rəsulzadə, sosialistlər blokundan "Hümmət"çi Ə.Pepinov, "İttihad" fraksiyasından Q.Qarabəyli, "Əhrar" fraksiyasından A.Əfəndizadə və başqaları bu tarixi iclasdakı nitqlərində Cümhuriyyətin yaranmasının və istiqlaliyyətin Azərbaycan tarixində əhəmiyyətindən bəhs etmişdilər.
Qafqaz İstiqlal Komitəsi (1927)
Qafqaz İstiqlal Komitəsi — Azərbaycan, Gürcüstan və Şimali Qafqazın istiqlalının bərpası və birləşdirilməsini qarşıya məqsəd qoyan siyasi təşkilat. Qafqaz İstiqlal Komitəsi (QİK) 3+1 prinsipi əsasında qurulmuşdu: Üç Qafqaz Respublikası+Polşa dövləti. Polşa Qafqaz respublikalarını təmsil edən mühacir təşkilatlarının fəaliyyətini əlaqələndirir, maliyyə və s. yardımlar göstərirdi. QİK-də Azərbaycanı Məhəmməd Əmin Rəsulzadə, Mir Yaqub Mehdiyev, Gürcüstanı Noy Jordaniya, Akaki Çxenkeli, A.Asatiani, S.Mdivani, dağlıları M.Sunşev və İ.Çumşov təmsil edirdilər. Təşkilat hərbi bölmə və mətbuat şöbəsindən ibarət idi. Operativ işləri M.Mehdiyev, M.Sunşev və İ.Salamodanın daxil olduğu üçlük həyata keçirirdi. Komitə gürcülərin separatçı mövqeyi üzündən çox böyük çətinliklərlə üzləşirdi. Bu səbəbdən onu maliyyələşdirən Polşa hökumətinin təşəbbüsü ilə 1930-cu ilin əvvəllərində Varşavada QİK-in yığıncağı keçirildi. Qızğın mübahisələr şəraitində keçən bu yığıncaqda Polşa və Azərbaycan nümayəndələri gürcülərin Şimaldan — Rusiyadan olan təhlükə ilə yanaşı, cənubdan, yəni Türkiyə tərəfindən də belə bir təhlükənin olması, habelə "pantürkizm" barədə fikirlərini kəskin tənqid etdilər.
Qafqaz İstiqlal Komitəsi (1952)
Qafqaz İstiqlal Komitəsi — Qafqaz xalqlarının milli azadlıq mübarizəsinə rəhbərlik və xaricdə onu təmsil etmək üçün yaradılmış ümumqafqaz mərkəzi. M.Ə.Rəsulzadə 1952-ci ilin dekabrında Münhendə keçirilən Ümumi Qafqaz Konfransında iştirak edir. Konfransın qərarına əsasən, Azərbaycanın, Gürcüstanın və Şimali Qafqazın təmsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradılır. Qafqaz respublikalarının müstəqilliyinin bərpası uğrunda birgə fəaliyyətin əsaslarını hazırlamaq və müzakirə etmək üçün 1952-ci il dekabrın 11-16-da üç Qafqaz respublikasının nümayəndələri Münxendə Ümumqafqaz konfransına toplaşdılar. Konfrans "Qafqaz İstiqlal Komitəsi"nin vəzifələrini müəyyənləşdirdi. Konfransın qəbul etdiyi bəyannaməni Azərbaycan Milli Mərkəzinin sədri M.Ə.Rəsulzadə, Gürcüstan Milli Siyasi Mərkəzinin sədri NJordaniya və Şimali Qafqaz Milli Komitəsinin sədri Əhməd Maqoma imzaladılar. Bəyannamədə göstərilirdi ki, konfrans Qafqaz xalqlarının ruslaşdırılması siyasəti yeridən Moskvamn milli-müstəmləkə zülmünə qarşı müqaviməti gücləndirmək və Qafqaz respublikalarının müstəqilliyini bərpa etmək uğrunda mübarizəni genişləndirmək məqsədilə bu xalqların Milli Mərkəzlərinin birgə fəaliyyətini təşkil etməyi zəruri sayır eyni zamanda, konfrans Qafqaz respublikalarının suverenliyinin bərpasından sonra da onların Qafqaz Konfederasiyası prinsipləri əsasında sıx birliyini zəruri hesab edirdi. Konfrans, həmçinin, Qafqaz xalqlarının milli azadlıq mübarizəsinə rəhbərlik və xaricdə onu təmsil etmək üçün "Müstəqil Qafqaz Komitəsi" adlı orqanın yaradıldığını bəyan etdi. Qafqaz İstiqlal Komitəsi qafqazlıların mühacirətdə yaratdıqları sonuncu müştərək təşkilat oldu. "Azərbaycan Xalq Cümhuriyyəti".
Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi
Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi (türk. Türk Kurtuluş Savaşı El-Cezire Cephesi) — Türkiyə İstiqlaliyyət müharibəsində cəbhə. 26 iyun 1920-ci ildə verilən fərmanla Fərat çayı ilə İran sərhədi arasındakı ərazini əhatə edən Cəzirə Cəbhəsi Komandanlığı yaradılmışdır. Mərkəzi Diyarbəkir olmuşdur. Dövrün 13-cü Ordusu bura daxil idi. Nihat Anılmış cəbhənin başçısı təyin edilmişdir. 3 noyabr 1921-ci ildə Nihat Paşa vəzifəsindən azad edilmiş və onun yerinə Cevat Çobanlı təyin olunmuşdur. Cəzirə cəbhəsinin şərqi ingilislər və qərbi fransızların nəzarətində idi, cəbhənin cənub hissəsini əhatə edən səhra ərazisi isə ingilis və fransızların ortaq təsiri altında idi. Regiondakı kürd milliyətçi fəaliyyətlərinin qarşısını almaq və Mosul vilayətini milli sərhədlərə daxil etmək, həmçinin Şimali İraqda Britaniya işğalına qarşı müqaviməti dəstəkləmək üçün yaradılmışdır. 1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Cənub Cəbhəsində döyüşlər dayanmışdır.
İnsanlara hürriyyət, millətlərə istiqlal
İnsanlara hürriyət, millətlərə istiqlal (az-əbcəd. اینسانلارا هورریت، میللتلره ایستیقلال‎) — Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü şüar və fəlsəfə. Bu nitq azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara ruh və ruh vermək üçün istifadə olunurdu. İlk dəfə 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi zamanı istifadə edilmişdir. Məmmədəmin Rəsulzadə Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri olub və ölkəsinin müstəqilliyini Rusiya imperiyasından qorumuşdur. Şüar Azərbaycanın müstəqillik mübarizəsində çox mühüm yer tutmuş və Azərbaycanın milli kimliyi üçün mühüm simvol hesab olunur. Şüardan indiki dövrdə də Rəsulzadənin anılması məqsədilə, elçibəyçilik simvolu kimi və Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalif olanlar tərəfindən istifadə edilir.
İnsanlara hürriyyət, millətlərə istiqlal!
İnsanlara hürriyət, millətlərə istiqlal (az-əbcəd. اینسانلارا هورریت، میللتلره ایستیقلال‎) — Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü şüar və fəlsəfə. Bu nitq azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara ruh və ruh vermək üçün istifadə olunurdu. İlk dəfə 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi zamanı istifadə edilmişdir. Məmmədəmin Rəsulzadə Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri olub və ölkəsinin müstəqilliyini Rusiya imperiyasından qorumuşdur. Şüar Azərbaycanın müstəqillik mübarizəsində çox mühüm yer tutmuş və Azərbaycanın milli kimliyi üçün mühüm simvol hesab olunur. Şüardan indiki dövrdə də Rəsulzadənin anılması məqsədilə, elçibəyçilik simvolu kimi və Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalif olanlar tərəfindən istifadə edilir.
İnsanlara hürriyət, millətlərə istiqlal
İnsanlara hürriyət, millətlərə istiqlal (az-əbcəd. اینسانلارا هورریت، میللتلره ایستیقلال‎) — Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü şüar və fəlsəfə. Bu nitq azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara ruh və ruh vermək üçün istifadə olunurdu. İlk dəfə 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi zamanı istifadə edilmişdir. Məmmədəmin Rəsulzadə Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri olub və ölkəsinin müstəqilliyini Rusiya imperiyasından qorumuşdur. Şüar Azərbaycanın müstəqillik mübarizəsində çox mühüm yer tutmuş və Azərbaycanın milli kimliyi üçün mühüm simvol hesab olunur. Şüardan indiki dövrdə də Rəsulzadənin anılması məqsədilə, elçibəyçilik simvolu kimi və Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalif olanlar tərəfindən istifadə edilir.
İnsanlara hürriyət, millətlərə istiqlal!
İnsanlara hürriyət, millətlərə istiqlal (az-əbcəd. اینسانلارا هورریت، میللتلره ایستیقلال‎) — Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü şüar və fəlsəfə. Bu nitq azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara ruh və ruh vermək üçün istifadə olunurdu. İlk dəfə 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi zamanı istifadə edilmişdir. Məmmədəmin Rəsulzadə Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri olub və ölkəsinin müstəqilliyini Rusiya imperiyasından qorumuşdur. Şüar Azərbaycanın müstəqillik mübarizəsində çox mühüm yer tutmuş və Azərbaycanın milli kimliyi üçün mühüm simvol hesab olunur. Şüardan indiki dövrdə də Rəsulzadənin anılması məqsədilə, elçibəyçilik simvolu kimi və Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalif olanlar tərəfindən istifadə edilir.
Ya istiqlal, ya ölüm (serial)
Ya İstiqlal Ya Ölüm — Yasin Uslunun rejissorluq etdiyi, ssenari müəllifi Ercan Mehmet Erdem olan, Türkiyə istehsalı tarixi mini televiziya serialıdır. Serialda İstanbulun işğalı və 16 mart 1920-ci ildə Parlamentin dağıdılması, Mim Mim qrupunun işğal altında olan İstanbulda mübarizəsi, Mustafa Kamal Paşanın liderliyində təcəssüm olunan Kuvâ-yi Milliyə hərəkatı və yeni hadisələr yer alır. Ankarada 23 aprel 1920-ci ildə parlamentin açılışı ilə birlikdə qurulma prosesi izah edilir. Serial 20 aprel 2020-ci ildə 12-ci seriyası ilə finala çıxdı.
Ya istiqlal, ya ölüm
"Ya istiqlal, ya ölüm" — Mustafa Kamal Atatürkün Sivas konqresinə çıxışı zamanı istifadə etdiyi ifadə.
İstiqlaliyyət küçəsi (dəqiqləşdirmə)
İstiqlaliyyət küçəsi (Bakı) — Bakıda küçə. İstiqlaliyyət küçəsi (İstanbul) — İstanbulda küçə.
İsrailin İstiqlaliyyət Bəyannaməsi
14 may 1948-ci ildə bəyan edilmiş olan İsrailin Müstəqillik Bəyannaməsi və ya İsrailin İstiqlaliyyət Bəyannaməsi (ivr. ‏הכרזת העצמאות‏‎,‎ Rom: Hakhrazat HaAtzma'ut və ya ivr. ‏מגילת העצמאות‎‏‎, Rom: Megilat HaAtzma'ut) ingilis mandatının başa çatdığı gündə, yeni müstəqil bir dövlət olan İsrail dövlətinin rəsmi olaraq yaradıldığını bütün dünyaya elan etmişdir. Bəyannaməni David Ben-Qurion oxumuş və eyni zamanda özü də yeni ölkənin ilk baş naziri olmuşdur. Müstəqillik bəyannaməsinin imzalandığı gün olan 5 İyar günü İsraildə bayram günü kimi qeyd olunur.
İstiqlaliyyət müharibəsi
İstiqlaliyyət müharibəsi bir millət və ya cəmiyyətin öz əhalisi tərəfindən idarə olunması və suverenlik hüquqlarını əldə etməsi üçün hakimiyyəti altında olduqları bir millətə və ya dövlətə qarşı aparmağa başlamış olduqları azadlıq müharibəsidir. Tarixdə çox sayda azadlıq/müstəqillik/istiqlaliyyət müharibələri baş vermişdir.
Türk İstiqlaliyyət müharibəsi
Türk İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə. Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı.
İstiqraz
İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik: – istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir. – istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. – istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir. İstiqrazların emitenti kimdir? İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur.
İstislah
İstihsan (ərəb. مرجع تقليد‎) — islam hüququ termini. Hərfi mənada "istislah" bir şeyi yaxşı görmək, bir şeyin yaxşı olmasını istəmək deməkdir. İslam şəriətində nəsihət növlərindən biri olan Məsləh-i mürsələ göndərilən nəsihət adlandırmaq olar. Mesalih-i mürsələ, "əsas dəlil" (Quran, Sünnə, icma və qiyas) lehinə və ya əleyhinə heç bir dəlili olmayan məsələlərə verilən addır. İstislah Malik ibn Ənəs (713–795) tərəfindən işlənib tətbiq edilmiş və Maliki məzhəbinin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Bütün əsas məzhəblər tərəfindən bu və ya digər dərəcədə istifadə olunur. Hənəfi məzhəbində müstəqil hüquqi kateqoriya deyil. Şafiilər istislahı istihsanın bir hissəsi hesab edirlər. Bu üsuldan hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl tərəfindən də istifadə edildiyi məlumdur.