danebentreffen
daniederliegen
OBASTAN VİKİ
Dang
Dang — çəki ölçü vahidi. Dang dirhəmin altıda birinə bərabər çəki daşının adıdır. Əgər dirhəmi 3 q götürsək, onda dang 0,5 q-a bərabərdir. Ümumiyyətlə, dangın mənası altıda bir deməkdir. Əmlakın altıda birinə də dang deyilir.
Dang qızdırması
Dang qızdırması (ing. Dengue fever) — Virus növlü bir xəstəlikdir. Buna dang, denq qızdırması və ya sümük qıran qızdırma da deyilir. Bu xəstəlik insanlara aedes (tiger mosquito) ağcaqanadları adlı ağcaqanad vasitəsilə ötürülür. Asiya pələngi kimi tanınan bu ağcaqanad dünyanın tropik bölgələrində, xüsusən də Cənub-Şərqi Asiyada, o cümlədən Malayziyada mövcuddur. Bu xəstəlik geniş yayılmış və çoxlu sayda insan tələfatına səbəb olmuşdur. Bu xəstəliyin əlamətləri baş və bel ağrıları, adətən şiddətli qızdırma və bəzi hallarda bədənin müxtəlif yerlərində qaşınma və səpkiləri ilə müşahidə olunur. Müalicə olunmadıqda onun ölüm hallarına da gətirib çıxardığı bildirilir. == Haqqında == Dang qızdırması hemoradik qızdırmalar qrupuna daxil olan endemik virusnövüdür. Əsasən Afrikada, Amerikada rast gəlinsə də, daha çox ağcaqanadlar vasitəsilə yoluxur.
Akuku Danger
Akuku Danger — 130 dəfə evlənən və 210 uşağı olan keniyalı Danger ilk dəfə 1939-cu ildə ailə qurub. 130 dəfə evlənən mərhum 30 dəfə boşanıb. Bu rəqəmlərlə həm də "Ginnesin rekordlar kitabı"na düşən Danger sonuncu dəfə 1997-ci ildə 79 yaşında 18 yaşlı bir qızla evlənib. Övladlarından yalnız 40-ın məxsus olduqları Luo qəbiləsinin qanunları ilə qeydə alınıb. Digər uşaqların adları isə heç bir yerdə qeyd olunmayıb. 1970-ci ildə onun tikdirdiyi 2 orta məktəbdə yalnız öz uşaqları təhsil alırdı. Evlənməkdən doymayan Danger Akuku ölməmişdən bir gün əvvəl nəvələrini başına yığaraq onlara cavanlığından danışıb: "Həmişə cavan və gülərüz olmuşam, heç bir qadın mənim cazibəm qarşısında cavabsız qala bilmirdi. Həmişə istədiyimi ağılla etmişəm, ona görə də xoşbəxtəm". 130 dəfə evlənən və 210 uşağı olan Akuku Danger 2010-cu ildə 92 yaşında dünyasını dəyişib.
Dangam
Dangam (puşt. دانگام Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Danganronpa: Kibou no Gakuen to Zetsubou no Koukousei
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Danganronpa: Trigger Happy Havoc
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Danger Close Games
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Dangerous
Dangerous — Maykl Ceksonun albomu.
Dangerous (albom)
Dangerous — Maykl Ceksonun albomu.
Dangerous (mahnı)
Dangerous – Maykl Ceksonun 1991-ci ildə çıxardığı eyniadlı albomuna daxil olan mahnı. Həmin albom Maykl Ceksonun səkkizinci solo studio albomudur. Müəllifləri Maykl Cekson Bill Bottrell və Teddy Riley olan mahnı albomdan çıxarılacaq onuncu sinql kimi düşünülmüşdü. Lakin 1993–cü ildə Maykl Ceksona qarşı uydurma uşaqbazlıq iddianaməsi kompaniyasından sonra bu planlar təxirə salındı. Həmçinin Ceksonun albomdan çıxardığı digər sinqlların da hit parad taleyi o qədər də parlaq olmadı. Dangerous albomu satışa çıxarıldıqdan sonra bir çox mütəxəssislər eyniadlı mahnının sinql kimi ayrıca satışa çıxarıldığı halda böyük uğur qazanacağını söyləyirdilər. Həqiqətən də mahnı dinləyicilər arasında çox böyük sevgi qazandı. Jackson mahnını axırıncı dünya turnesi olan və 1996 – 1997-ci illəri əhatə edən HIStory World Tour zamanı dəfələrlə canlı şəkildə ifa etdi. 1994 – cü ildə Ceksonun Dangerousu Crystal Cartierdən oğurlaması haqqında iddialar ortaya çıxdı. Lakin hakim ədalətlə qərar verdi və tutarlı dəllilərin olmamasını əsas gətirərək Crystal Cartierin iddiasını rədd etdi.
Dangerous (sinql)
Dangerous — Maykl Ceksonun albomu.
Dangerous World Tour
Dangerous — Maykl Ceksonun albomu.
Dangeyvl
Dangeyvl (ing. Dungavel) — Şotlandiyada yerləşən sığınacaq axtaran şəxslər üçün immiqrasiya çıxarılma mərkəzi. Dangeyvl 19-cu əsrdə ov lojası kimi istifadə edilmiş, sonradan 1941-ci ildə Rudolf Hessin sülh missiyası üçün təyinat məkanı kimi planlaşdırılmışdır. 1949-cu ildən 2001-ci ilə kimi cinayətkarlarının saxlandığı federal həbsxana kimi fəaliyyət göstərmişdir. 2001-ci ildən müvəffəqiyyətsiz sığınacaq axtaran şəxslər üçün həbs mərkəzi kimi fəaliyyət göstərir. Dangeyvl dəfələrlə az yaşlı uşaq, hamilə qadın və sığınacaq axtaran şəxslərin insan hüquqlarının pozulmasında təhqir olunmuşdur.
Danger Mouse
Danger Mouse (əsl adı: Brayan Cozef Börton; 29 iyul 1977, Uayt-Pleyns[d], Nyu-York ştatı) — ABŞ musiqiçisi, səsyazma prodüseri. O, 2004-cü ildə çıxardığı özünün debüt studiya albomu olan "The Grey Album" sayəsində tanınma qazanıb. O, bu albomunda repçi Jay-Z-nin "The Black Album" albomundan olan vokal parçalarını The Beatles-ın məşhur "The White Album" albomundan olan instrumentallar ilə məharətli şəkildə birbirinə calalamışdır. 2008-ci ildə "Esquire" jurnalı onun adını XXI əsrin ən təsirli 75 şəxsi arasında göstərmişdir. Danger Mouse 2003-cü ildə repçi CeeLo Green ilə soul musiqi duosu olan "Gnarls Barkley"-ni formalaşdırıb. Bu layihə çərçivəsində iki studiya albomu çıxarıb: "St. Elsewhere" (2006) və "The Odd Couple" (2008). Danger Mouse 2009-cu ildə indi-rok qrupu The Shins-in vokalisti Ceyms Merser ilə bir araya gələrək Broken Bells-i formalaşdırıb. Bu qrupun üç studiya albomu işıq üze görüb: "Broken Bells" (2010), "After the Disco" (2014) və "Into the Blue" (2022). Danger Mouse həmçinin repçi MF Doom ilə "Danger Doom" superqrupunu yaradıb.

Digər lüğətlərdə