DAUN MƏRHƏLƏSİ

Alp vilayətində Üst Dördüncü dövr /Vürm/ buzlaşmasının çəkilmə mərhələsi Даун стадия Daun stage
DAŞLIQLAR
DAYAQ MƏNTƏQƏLƏRİ
OBASTAN VİKİ
Daun sindromu
Daun sindromu (yaxud Trisomiya 21) - 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur. Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır.
Beynəlxalq Daun Sindromu Günü
Beynəlxalq Daun Sindromu Günü daun sindromu haqqında məlumatlılığı artırmaq üçün 2007-ci ildən başlayaraq hər il martın 21-də qeyd olunur. Martın 21-i (ilin 3-cü ayı) daun sindromuna səbəb olan 21-ci xromosomun trisomiyasının (trisomiya) unikallığını ifadə etmək üçün seçilmişdir. Daun sindromu, uşağın əlavə 21-ci xromosomla doğulduğu bir vəziyyətdir. Daun sindromlu insanlara dəstək olmaq üçün rəngli və ya uyğun olmayan corablar geyinmək ümumi fəaliyyətdir. Corablar xromosoma bənzədilir. 2021-ci ildə Beynəlxalq Daun Sindromu Günü üçün Freebird adlı qısa animasiya hazırlanmışdır. Cordan Hartın "Freedom" mahnısı ilə çəkilən film 2021-ci ildə Çikaqo Beynəlxalq Uşaq Filmləri Festivalında mükafat qazanıb.
Avro 2016 final mərhələsi
UEFA Avro 1960 (seçmə mərhələsi)
Futbol üzrə 1-ci Avropa çempionatının seçmə mərhələsinin oyunları.
UEFA Avro 1964 (seçmə mərhələsi)
Futbol üzrə 2-ci Avropa çempionatının seçmə mərhələsinin oyunları.
UEFA Avro 1968 (seçmə mərhələsi)
UEFA Avro 1968-in seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1966-1968-ci illərdə keçirilmişdir) və 1/4 oyunları (1968-ci ildə keçirilmişdir). 7 qrupun hər birində dörd, 1 qrupda isə üç komanda mübarizə aparmışdır. Hər komanda rəqibləri ilə iki oyun keçirmişdir (evdə və səfərdə). Sadəcə qrup qalibləri sonrakı mərhələyə vəsiqə qazanmışlar. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir. * Seçmə mərhələsinin 8-ci qrupunun nəticələri Böyük Britaniya Ev Çempionatının 1966/67 və 1967/68 mövsümlərinin nəticələrinin kombinəsi yoluyla formalaşdırılmışdır.
UEFA Avro 1972 (seçmə mərhələsi)
UEFA Avro 1972-nin seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1970–1972-ci illərdə keçirilmişdir) və 1/4 oyunları (1972-ci ildə keçirilmişdir). Otuz iki komanda hər birində dörd komanda olmaqla səkkiz qrupda mübarizə aparmışlar (hər komanda qrupdakı rəqiblərinin hər biri ilə evdə və səfərdə olmaqla iki oyun keçirmişdir). Qrupda birinci yeri tutan komanda 1/4-ə vəsiqə qazanmışdır. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir.
UEFA Avro 1976 (seçmə mərhələsi)
UEFA Avro 1976-nın seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1974-1976-cı illərdə keçirilmişdir) və 1/4 oyunları (1976-cı ildə keçirilmişdir). Otuz iki komanda hər birində dörd komanda olmaqla səkkiz qrupda mübarizə aparmışlar (hər komanda qrupdakı rəqiblərinin hər biri ilə evdə və səfərdə olmaqla iki oyun keçirmişdir). Qrupda birinci yeri tutan komanda 1/4-ə vəsiqə qazanmışdır. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir.
UEFA Avro 1980 (seçmə mərhələsi)
UEFA Avro 1980-nin 1978-ci il mayın 24-dən 1980-ci il martın 26-na qədər keçirilən seçmə mərhələsində yeddi qrupa bölünmüş (beş komandanın yarışdığı üç, dörd komandanın yarışdığı dörd qrup) 31 milli yığma komanda mübarizə aparmışdır. Seçmə mərhələnin püşkatması 30 noyabr 1977-ci ildə Romada baş tutmuşdur. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. İtaliya milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir.
UEFA Avro 1984 (seçmə mərhələsi)
Futbol üzrə 7-ci Avropa çempionatının seçmə mərhələsində 32 ölkəni təmsil edən və 7 qrupda mübarizə aparan (üç qrupda dörd, dörd qrupda isə beş komanda olmaqla) milli komanda iştirak etmişdir. Qrup qalibləri çempionatın final mərhələsində iştirak etmək hüququ əldə etmişlər. Fransa millisi çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın seçmə mərhələsinin püşkatması 8 yanvar 1982-ci ildə Parisdə baş tutmuşdur. Aşağıda beş səbət qeyd olunmuşdur, qalın hərflərlə final turnirinə adlaya bilən komandalar işarələnmişdir. Bəzi qruplarda favoritlərin turnirin final mərhələsinə vəsiqə qazanmasına imkan verməyən sensasiyalar baş vermişdir. Məsələn, 2-ci qrupda Portuqaliya millisi sensasiyaya imza ataraq SSRİ millisini qabaqlamış və Lissabonda SSRİ ilə keçirilən oyunda Fernandu Şalanaya qarşı qayda pozuntusuna görə verilən şübhəli 11 metrlik cərimə zərbəsi nəticəsində 1:0 hesabı ilə qazandığı oyun sayəsində qrup lideri olmuşdur. 5-ci qrupda isə favorit hesab edilən İtaliya millisinin deyil, Rumıniya millisinin final mərhələsinə vəsiqə qazanması sensasiya olaraq dəyərləndirilmişdir. Rumınlar son turda Bratislavada Çexoslovakiya millisinə qarşı keçirdikləri oyunda əldə etdikləri 1:1 hesablı bərabərlik sayəsində qrup birinciliyinə yüksəlmişlər. İtaliya millisi isə müvəffəqiyyətsizliyə düçar olaraq qrupda beş komanda arasında dördüncü yeri tutmuşdur.
UEFA Avro 1988 (seçmə mərhələsi)
UEFA Avro 1988-in seçmə mərhələsində yeddi qrupa bölünmüş (beş komandanın yarışdığı dörd, dörd komandanın yarışdığı üç qrup) 32 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. AFR milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir.
UEFA Avro 1992 (seçmə mərhələsi)
UEFA Avro 1992-nin seçmə mərhələsində yeddi qrupa bölünmüş (beş komandanın yarışdığı altı, dörd komandanın yarışdığı bir qrup) 34 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. İsveç milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir. Farer adaları və San-Marino milliləri futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə ilk dəfə qatılmışlar. Çempionatın püşkatması 2 fevral 1990-cı ildə baş tutmuşdur. Turnir başlayandan az sonra Şərqi Almaniya milli futbol komandası Almaniya birləşdiyi üçün (3 oktyabr 1990-cı il) turnirdə iştirakını dayandırmışdır. 12 sentyabr 1990-cı ildə keçirilən Şərqi Almaniya-Belçika oyunu yoldaşlıq oyunu statusu almış, Şərqi Almaniyanın digər oyunları ləğv edilmişdir. Beləcə, turnir 33 millinin iştirakı ilə davam etdirilmişdir. Bu, qalib gələn komandaya 2 xal verildiyi sonuncu futbol üzrə Avropa çempionatı olmuşdur. 1996-cı ildə keçirilən 10-cu çempionatdan başlayaraq komandalar hər qələbəyə görə 3 xal almışlar.
UEFA Avro 1996 (seçmə mərhələsi)
UEFA Avro 1996-nın seçmə mərhələsində səkkiz qrupa bölünmüş (altı komandanın yarışdığı yeddi, beş komandanın yarışdığı bir qrup) 47 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. Qruplarında ikinci yeri tutan səkkiz komandadan da ən yaxşı nəticələrə malik altı komanda yoluna davam etmişdir. Qrupunda ikinci yeri tutan ən pis nəticələrə sahib iki komanda isə bir vəsiqə uğrunda öz aralarında pley-off oyunu keçirmişlər. İngiltərə milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. SSRİ, Yuqoslaviya və Çexoslovakiyanın dağılmasının nəticəsi olaraq bu Avropa çempionatında 15 komanda ilk dəfə debüt etmişdir. Mərhələnin ən gözlənilməz hadisəsi Xorvatiya millisinin 1994-cü il FİFA Dünya Kubokunun gümüş mükafatçısı İtaliya millisini qabaqlayıb qrupda birinci yerdən final mərhələsinə adlaması olmuşdur. Qruplarında ən pis nəticə ilə ikinci yeri tutan iki komanda — İrlandiya və Niderland milliləri arasında keçirilən pley-off oyununun qalibi niderlandlılar olmuşlar. Püşkatma 22 yanvar 1994-cü ildə Mançester şəhərində keçirilmişdir. Əvvəlcə titulun sahibi kimi Danimarkanın səbəti müəyyənləşdirilmişdir, sonra digər 46 komandanın adları altı səbətə əlavə edilmişdir.
UEFA Avro 2000 (seçmə mərhələsi)
UEFA Avro 2000-in seçmə mərhələsində doqquz qrupa bölünmüş (beş komandanın yarışdığı beş, altı komandanın yarışdığı dörd qrup) 49 milli yığma komanda mübarizə aparmışdır (Bosniya və Herseqovina və Andorra milliləri turnirdə ilk dəfə iştirak etmiş, Yuqoslaviya millisi fasilədən sonra turnirə qatılmışdır). Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. 7-ci qrupda ikinci yer tutan Portuqaliya millisi öz qruplarında ikinci yerə çıxmış digər komandalardan daha yaxşı göstəricilərə sahib olduğu üçün birbaşa final mərhələsinə adlamışdır. Qruplarında ikinci yeri tutan digər səkkiz komanda 4 vəsiqə uğrunda öz aralarında pley-off oyunları keçirmişlər. Belçika və Niderland milliləri turnirin ev sahibi kimi final mərhələsində birbaşa iştirak etmək hüququ əldə etmişlər. Seçmə mərhələsində mübarizə aparan 49 komandadan 10-nu keçmiş SSRİ respublikalarının komandaları olmuşdur. Seçmə mərhələsinin püşkatması 18 yanvar 1998-ci ildə Gent şəhərində keçirilmişdir. Püşkatma 18 yanvar 1998-ci ildə Belçikanın Gent şəhərində keçirilmişdir. Qalın şriftlə qeyd edilən komandalar turnirin final mərhələsinə vəsiqə qazanan, kursivlə işarələnən komandalar öz aralarında pley-off oyunları oynayan komandalardır. Qrupunda 2-ci yeri tutan millilər arasında ən yaxşı göstəricilərə sahib olan komanda final mərhələsinə birbaşa vəsiqə qazanmışdır.
UEFA Avro 2004 (seçmə mərhələsi)
UEFA Avro 2004-ün seçmə mərhələsinin oyunları 7 sentyabr 2002-ci il və 11 oktyabr 2003-cü il tarixləri arasında keçirilmişdir. Seçmə mərhələsində on qrupa bölünmüş (hər birində beş komanda) 50 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışlar. Qruplarında ikinci yeri tutan on komanda beş cütə bölünərək öz aralarında pley-off oyunlar oynamışlar və oyunların qalibləri yollarına davam etmişdir. On altı finalçıdan onu UEFA Avro 2000-in də final turnirində iştirak etmişdir. Latviya ilk dəfə idi ki, böyük bir futbol yarışının final turnirinə qatılırdı. Yunanıstan 24 illik aradan sonra Avropa çempionatının final turnirində iştirak etmək hüququ qazanmışdı. Bolqarıstan, Xorvatiya, Rusiya və İsveçrə də 1996-cı ildəki debütlərindən sonra ikinci dəfə idi ki, çempionatın final turnirinə vəsiqə qazanmışdılar. Püşkatma 25 yanvar 2002-ci ildə Portuqaliyanın Santa Mariya de Feyra şəhərində keçirilmişdir. Portuqaliya avtomatik olaraq turnirin ev sahibi kimi avtomatik olaraq final mərhələsinə vəsiqə qazandığı üçün puşkatmada iştirak etməmişdir.
2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
Rusiyada keçiriləcək 2018 Dünya Çempionatının final mərhələsinə 32 iştirakçıdan 31-i müəyyənləşdirəcək təsnifat mərhələsi. Çempionatın təşkilatçı komandası final yarışında yerini avtomatik olaraq alır.
2010 FİFA Dünya Kubokunun Afrika seçmə mərhələsi
2010 FİFA Dünya Kubokunun Asiya seçmə mərhələsi
2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi
UEFA Avro 1968 (seçmə mərhələsi, 1/4)
UEFA Avro 1968-in seçmə mərhələsinin 1/4 oyunları Bolqarıstan, İtaliya, Macarıstan, SSRİ, İngiltərə, İspaniya, Fransa və Yuqoslaviya milli futbol komandaları arasında keçirilmişdir. Turnirin 1/2 mərhələsinə vəsiqəni İtaliya, SSRİ, İngiltərə və Yuqoslaviya milliləri qazanmışlar.
UEFA Avro 1972 (seçmə mərhələsi, 1/4)
UEFA Avro 1972-nin seçmə mərhələsinin 1/4 oyunları İtaliya, Belçika, İngiltərə, AFR, Macarıstan, Rumıniya, Yuqoslaviya və SSRİ milli futbol komandaları arasında keçirilmişdir. Turnirin 1/2 mərhələsinə vəsiqəni Belçika, AFR, Macarıstan və SSRİ milliləri qazanmışlar.
UEFA Avro 1976 (seçmə mərhələsi, 1/4)
UEFA Avro 1976-nın seçmə mərhələsinin 1/4 oyunları Çexoslovakiya, SSRİ, Yuqoslaviya, Uels, İspaniya, AFR, Niderland və Belçika milli futbol komandaları arasında keçirilmişdir. Turnirin 1/2 mərhələsinə vəsiqəni Çexoslovakiya, Yuqoslaviya, AFR və Niderland milliləri qazanmışlar.
UEFA Avro 2000 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2000-in seçmə mərhələsinin pley-off qarşılaşmalarında öz qruplarında 2-ci yeri tutan Şotlandiya, İngiltərə, İsrail, Danimarka, Sloveniya, Ukrayna, İrlandiya və Türkiyə milli futbol komandaları mübarizə aparmışlar. Qruplarda 2-ci yeri tutan komandalar arasında ən yaxşı göstəricilərə sahib olan Portuqaliya millisi turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Oyunlar 1999-cu il 13 və 17 noyabr tarixlərində baş tutmuşdur. Bu oyunların nəticələrinə görə Türkiyə, Sloveniya, Danimarka və İngiltərə milliləri UEFA Avro 2000-in fшnal turnirində iştirak etmək hüququ qazanmışlar.
UEFA Avro 2004 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2004-ün seçmə mərhələsinin pley-off oyunları Avropa çempionatlarının tarixində 2-ci dəfə idi ki, keçirilirdi. Oyunlarda seçmə mərhələsinin 10 qrupunda 2-ci yeri tutan komandalar iştirak etmişlər. Komandalar 5 cütlüyə bölünmüş və hər cütlüyün qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdır. Pley-off oyunlarının püşkatmasl 2003-cü il 13 oktyabr tarixində Frankfurt-Mayn şəhərində baş tutmuşdur. Komandalar üçün səpələmə sistemi tətbiq olunmamış, buna görə də püşkatma açıq keçirilmişdir: istənilən komanda digər bir istənilən komanda ilə qarşılaşa bilərdi. Püşkatmanı UEFA-nın baş katibi Gerhard Ayqner və İsveç Futbol Birliyinin prezidenti Lars-Oke Laqrell keçirmişlər. Oyunlar 2003-cü il 15-19 noyabr tarixləri arasında keçirilmişdir. Niderland millisi iki oyunun nəticəsinə görə (6:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Xorvatiya millisi iki oyunun nəticəsinə görə (2:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Rusiya millisi iki oyunun nəticəsinə görə (1:0) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir.
UEFA Avropa Kuboku 2012 il seçmə mərhələsi