DAVRANIŞ

DAVRANIŞ, HƏRƏKƏT Axır vaxtlar [Fatmanın] hərəkətləri, davranışı dəyişmişdi (H.Abbaszadə); ƏMƏL Sənə cəza verən əməllərindir (M.Rahim); KİRDAR Canım oda yandı, qoyma, gəldi; Kirdarı yamandı, qoyma, gəldi! (M.Ə.Sabir); MÜAMİLƏ Xədicənin mənə qarşı... bu müamiləsindən mütəəssir olmaya bilməzdim (S.Hüseyn); RƏFTAR Nə gizlədim, doğrusu, mən bu soyuq rəftarı; Ey eşqimin soltanı, heç səndən gözləməzdim (M.Rahim); MÜNASİBƏT.

DAVAT
DAVRANMAQ

Значение слова в других словарях