Dekan

lat. decanus – onluq, onbaşı, qədim Roma ordusunda on nəfər əsgərin başçısı ali məktəblərdə fakültəyə rəhbərlik edən şəxs (fakültənin rəhbəri). Məsələn, Universitetin filologiya fakültəsinin dekanı.
Defis
Dekanat (Dekanlıq)
OBASTAN VİKİ
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Dekan (maddə)
Dekan (C10H22) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Dekan yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Aleksandr Qabriel Dekan
Aleksandr Qabriel Dekan (ing. Alexandre Gabriel Decamps; 3 mart 1803, Paris - 22 avqust 1860, Fontenblo) — fransız rəssamı və qrafiki. Aleksandr Qabriel Dekan Abel de Pujolun tələbəsi olmuşdur. O, bədii sahədə ilk addımlarında qeyri-adi istedad göstərdi və tezliklə fransız məktəbində məşhur romantik mənzərə ustaları Enqr, Delaroşem və Delakrua ilə yanaşı akademizmin əsas nümayəndələrindən biri oldu. Qabriel Dekan XIX əsrdə klassikçilikdən romantizmə yönələn ilk fransız rəssamlarındandır. O satirik əsərlərini “Fiqaro” jurnalında çap etdirirdi. Rəssam olduqca məhsuldar və müxtəlif rənglər və akvarellə tarixi janr səhnələri, mənzərə və heyvan təsvirləri çəkirdi. Həmçinin şəxsi kompozisiyalarından bir çoxunu karikaturalarda siyasi hadisələr və ictimai xasiyyətlər əks etdirərək illüstrator və karikaturaçılar tərəfindən litoqrafiya üsulu ilə çap etdi. 1827-1828-ci illərdə Konstantinopol və Kiçik Asiyaya səyahət etdi. Şərqin xüsusi tərzini, işıq-kölgə effektində qarşılıqlı ötürmələri mənimsədi.
Dekan Shillingsworth cinayəti
Din Şillinqsvortun (ing. Dean James Shillingsworth; 25 fevral 2005 — 11 oktyabr 2007) cəsədi [1] 17 oktyabr 2007-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Ambarvale şəhərindəki Mandurama qoruğundakı gölməçədə uşaqlar tərəfindən tapıldı. Körpənin cəsədi tartan çamadanın içərisində iki plastik torbaya bükülmüşdü. Körpənin suda qaldığı müddətə görə bədəni parçalanıb. Yerli polis, NSW Polis Ədliyyə Xidmətləri Qrupu tərəfindən araşdırılan cinayət yeri qurdu. [2] Araşdırma və təhqiqatın sübutları oğlanın anasına gətirib çıxardı. Daha sonra polis onun yaxınlıqdakı Rosemeadow şəhərində yaşayan anası Reyçel Pfitzneri həbs edib. O, Dekanı öldürməkdə ittiham olunurdu. [1] [3] O, zaminə buraxılması üçün müraciət etməyib və barəsində həbs qətimkan tədbiri seçilib. [4] == Arxa planda == Pfitznerin ayrılmış atasının dediyinə görə, onun hər birinin fərqli atası olan üç övladı var idi.
Oqüsten Piram Dekandol
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Tatyana Dekanoviç
Tatyana Dekanoviç (25 fevral 1997, Banya Luka) — Bosniya və Herseqovinalı atıcı. Tatyana Dekanoviç Bosniya və Herseqovinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Tatyana Dekanoviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 410.8 xal toplayaraq 35-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Xatiya Dekanoidze
Xatiya Dekanoidze (gürc. ხატია დეკანოიძე; 20 yanvar 1977, Tbilisi) — Gürcüstan və Ukrayna dövlət və siyasət xadimi. Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi (2007–2012); Gürcüstanın Təhsil və Elm Naziri (2012); Ukrayna Milli Polisinin rəhbəri (2015–2016). 2021–2023-cü illərdə o, 2020–2024-cü çağırış Gürcüstan parlamentində Vahid Milli Hərəkatın parlament fraksiyasına rəhbərlik edib. Xatiya Dekanoidze 20 yanvar 1977-ci ildə Tbilisidə anadan olub. 1999-cu ildə Dekanoidze Tbilisi Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirmişdir. 2007-ci ilin may ayında Xatia Dekanoidze Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rektoru təyin edilir və 2012-ci ilin may ayına qədər bu vəzifədə çalışaraq, Gürcüstan polisində aparılan islahatlarda birbaşa iştirak edir. 2012-ci ilin may ayında o, Gürcüstanın Təhsil və Elm Nazirliyində Milli İmtahan Mərkəzinin direktoru vəzifəsində işə başlayıb. 2012-ci il iyulun əvvəlində o, Gürcüstanın təhsil və elm naziri təyin edilib, 2012-ci il oktyabrın 25-də Vahid Milli Hərəkatın parlament seçkilərində məğlubiyyətindən sonra Merabişvili hökuməti istefaya gedənə qədər bu vəzifədə çalışıb. 2014-cü ilin sonunda Dekanoidze Gürcüstan islahatlarının təcrübəsini yaymaq və Ukrayna rəhbərliyini öyrətmək üçün Kiyevdə CAPS (Mülki və Siyasi Məktəb) İctimai və Siyasi Məktəbini təşkil edib.
Ogüsten Piram Dekandol
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.

Digər lüğətlərdə