Dekonstruktivizm
Dekonstruktivizm (və ya Dekon) — müstəqil memarlıq istiqaməti kimi postmodern memarlığın inkişafı nəticəsində 1980-ci illərin sonunda formalaşmış memarlıq üslubu.
Fərdi yaradıcılıq tərzlərinin müxtəlifliyinə baxmayaraq dekonstruktivizm yaradıcıları konstruktivizmin kompozisiya mövzularına əsaslanaraq, onları bir qədər deformasıya edirlər (abstraktlaşdırırlar). Bu da kompozisiyalara dinamizm və kəskinlik verir.
Bu üslub memarlığın estetikadan, gözəllikdən, səmərəlilikdən və qaydadan, yəni memarlığın minilliklər ərzində yaranan əsas dəyərlərindən azad olunmasını təbliğ edir. Dekonstruktivizm Qərbi Avropa şüurunun hədsiz irrasionallığını, müasir qərb mədəniyyətinin xaos və çıxılmazlığını əks edir. Bu cərəyanın tikililərinin əsas xüsusiyyətləri - iti bucaqların çoxluğundan, qarışıq üfüqi və şaquli xətlərin əlaqələrinin pozulmasından, pəncərələrin qaydasız ritmindən, heç bir yük daşımayan dayaqların bucaq altında qurulmasından, hər yerdə konstruksiya və mühəndis kommunikasiya hissələrinin ön plana çəkilməsindən ibarətdir. Tam qaydasızlığın, paradoksal şəraitin yaradılması, hissin sağlam düşüncə üzərində qələbəsi dekonstruktivizim tikililərinin əsas xüsusiyyətlərini təşkil edir.
== Mənbə ==
Mehriban Mikayılova. Müasir memarlıq tarixi. Bakı: 2010, səh.