Demaqogiya (Demaqoqluq)

yun. demagogia, demos – xalq və ago – aparıram, xəbərlər 1) yalançı və populist vədlər, yaltaqlıq və faktları qəsdən təhrif etmək yolu ilə aldatma. Xalq kütlələrinin etimadını qazanmaq üçün siyasi xadimlər və onların əlaltıları tərəfindən istifadə olunur. Seçki kompaniyalarında, mətbuat, radio və televiziyada xüsusilə geniş tətbiq edilir; 2) kütlələrin hiss və instinktlərinə təsir etmək yolu ilə öz məqsədlərinə çatmaq üçün faktların bilərəkdən dəyişdirilməsi (təhrif edilməsi).
Dekvalifikasiya
Deskriptor
OBASTAN VİKİ
Demaqogiya
Demaqogiya (q.yun. δημαγωγία — xalqın liderliyi) — məntiqi səhvlərə əsaslanan yanlış nəzəri mülahizələrin köməyi ilə auditoriyanı (xalqı) çaşdırmağa və onları öz tərəfinə çəkməyə imkan verən natiqlik və polemik üsullar və vasitələrin məcmusu. Demaqogiya daha çox siyasi məqsədlərə çatmaq üçün, reklam və təbliğatda istifadə olunur. Demaqogik üsulların ən geniş yayılmış forması məntiqin qəsdən pozulmasıdır, bir ifadə zahirən öz məntiqiliyini qoruyub saxlasa da, faktiki olaraq məntiqi yalanı özündə ehtiva edir. Ən sadə formada yanlış sillogizmi aşağıdakı nümunə ilə xarakterizə etmək olar: Biz sarı saçlıyıq. Şirlər də sarı saçlıdır. Deməli, biz şirik! və ya Əsgərlərimiz həmişə sülhpərvərdir. Onlar əsgərlərimizə atəş açdılar. Deməli, onlar təcavüzkardırlar!