DENUDASİON METR

denudasiya proseslərinin təsiri altında çay hövzəsi səthinin 1 m aşağı düşmə vaxtı. D.m. müxtəlif çay hövzələrində müxtəlifdir. Po çayında 2,4; Rona çayında-5,1; Qanqda-7,9; Yanszıda 12,5; Missisipidə-20,1; Dunayda-23, LaPlatada-98,4 min il. денудационный метр denudation metre
DENUDASİON MAİLİ DÜZƏNLİK
DENUDASİON PİLLƏ
OBASTAN VİKİ
Metr
Metr ( q.yun. μέτρον — ölçü; işarəsi: m) — BS-də uzunluq vahidi. 1 metr işığın vakuumda 1 299 792 458 {\displaystyle {\frac {1}{299\,792\,458}}} 1 saniyə müddətində qət etdiyi yolun uzunluğudur. 1m = 1000000mkm = 1000mm = 100 sm = 10 dm =39,37in (39,37007874015748dyüm) = 3,28in(3,280839895013123) Metrdən ilk dəfə XVIII əsrdə Fransada istifadə olunmağa başlamışdır.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Kub metr
Kub metr (simvolu: m3) — SI-dən törənən həcm vahididir. Bir kub metr kənar uzunluğu bir metrə bərabər olan kubun həcmidir. Digər adı, az istifadə edilən kilolitrdir. 1 kubmetr bərabərdir: 1000 litr (tam olaraq); ~35,3 kub-funt (təxmini) 1 cu ft kf = 0,028316846592 m3 ~1.31 kubyard (təxmini) 1 cu yd = 0,764554857984 m3 ~6,29 barrel (bbl) (təxmini) 1 oil bbl = 0,158987294928 m3 Maksimum (3,98 °C) və standart atmosfer təzyiqindəki (101,325 kPa) istilikdə bir kub metr saf su, 1000 kq-lıq kütləyə malikdir və ya bir tondur. Suyun donma nöqtəsi olan 0 °C-də daha həsasdır və 999,972 kiloqram olur.
Kvadrat metr
Kvadrat metr (m²) — üzrə sahənin ölçü vahidi. 1 m² bir tərəfi 1 metrə bərabər olan kvadratın sahəsinə bərabərdir.
Metr sistemi
Metr sistemi — metr və kiloqramdan istifadəyə əsaslanan beynəlxalq onluq sisteminin ümumi adı. Axırıncı iki əsrdə vahidləri fərqlənən bir neçə metr sistemindən istifadə edilirdi. Müasir dövrdə beynəlxalq aləmdə Sİ sistemi qəbul edilib. Müəyyən ölklərdə sistem kiçik fərqlərlə tətbiq edilir. Zaman ölçülərinin də metr sistemi əsasında qəbul edilməsi üçün cəhdlər edilib (sutkanın millisutkaya, dərəcənin mllidövrə bülünməsi yolu ilə), ancaq təklif səmərəli hesab edilməyib. Sİ sisteminə gərə dərəcələr millidərəcəyə bölünür. Ancaq saniyə onluq metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.). Müasir dövrdə dünyada ABŞ, Liberiya və Myanmadan başqa bütün ölkələrdə rəsmi surətdə metr sistemi qəbul edilib. Axırıncı dəfə bu sistemə 2005-ci ildə İrlandiya keçib. Böyük Britaniya və Sent-Lyusiyada keçid hələ tam başa çatmayıb.
Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir. Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi. Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır. Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar. Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.
Üst denudasion səviyyə
Üst denudasion səviyyə (rus. верхний уровень денудации, ing. gipfelflur, summit-level) — yer kürəsində dağların ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8–9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşayiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
Metr bölünsün saniyə
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
10000 metr klubu
10000 metr klubu (ing. Mile high club) — uçuş zamanı təyyarənin göyərtəsində cinsi əlaqədə olan bir qrup insanın adlandırıldığı slenqdir. İdeya ilk dəfə London Centlmenlər klubunun(en) mərc kitabçasının 1785-ci il üçün olan buraxılışda öz əksini tapıb.
4062-ci metr (film, 2012)
4062-ci metr filmi 2012-ci ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümünün 20 illiyi münasibətilə ANS televiziyası əməkdaşlarının "Çingiz zirvəsi"nə yürüşünü əks etdirir. Film Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümünün 20 illiyi münasibətilə ANS televiziyası əməkdaşlarının "Çingiz zirvəsi"nə yürüşünü əks etdirir. Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə ilk dəfə 2000-ci ildə fəth olunub. Elə bu vaxtdan sonra “Çingiz zirvəsi” kimi adlandırılır. Zirvədə onun adını daşıyan lövhə var.
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr)
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr) — 11–16 dekabr 2018-ci il tarixləri arasında Çinin Xançjou şəhərində keçirilən 14-cü dünya çempionatı. Bu çempionatda üzgüçülük yarışları 25 metrlik su hovuzlarında təşkil olunur. * Ev sahibi ölkə ( ÇXR) a Yalnız təsnifatda iştirak edən və medal qazanan üzgüçülər daxil edilmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 33 metr
Şapele 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Yalnız ilk üç yeri tutmuş iştirakçılar məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 50 metr
Şapele 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Beşinci və altıncı yerləri tutmuş iştirakçıların nəticələri və adları məlum deyil.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
2016 Yüngül atletika üzrə Afrika çempionatı – Kişilər 100 metr
Kişilər 100 metr qaçış turniri — 2016 Yüngül atletika üzrə Afrika çempionatında 22 və 23 iyun aralığında Kinqs Park stadionunda keçirilən yüngül atletika növüdür. Təsnifat: Hər bir yürüşün ilk 3 sürətlisi (Q) və növbəti 6 ən sürətli (q) yarımfinala vəsiqə qazanıb. Külək: Yürüş 1: +0.8 m/san, Yürüş 2: +2.0 m/san, Yürüş 3: +0.5 m/san, Yürüş 4: +2.3 m/san, Yürüş 5: +1.5 m/san, Yürüş 6: +1.6 m/san Təsnifat: Hər bir yürüşün qalibi (Q) və növbəti 2 ən sürətli (q) finala vəsiqə qazanıb.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir. Yaşıl finalçılar deməkdir.