DENUDASİON PLATO

bax: Denudasion düzənlik.
DENUDASİON PİLLƏ
DENUDASİON RELYEF
OBASTAN VİKİ
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. == Denudasion proses == Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Plato ştatı
Plato ştatı (ing. Plateau State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində yerləşən Cos dağlıq platosundan (yayladan) gəlir.
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir. == Arid-denudasion relyef formaları == Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi. Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır. Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar. Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.
Üst denudasion səviyyə
Üst denudasion səviyyə (rus. верхний уровень денудации, ing. gipfelflur, summit-level) — yer kürəsində dağların ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8–9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşayiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir.
Plato departamenti (Benin)
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
PLATO (kompüter sistemi)
PLATO (ing. Programmed Logic for Automatic Teaching Operations, azərb. Avtomatik Tədris Əməliyyatları üçün Proqramlaşdırılmış Məntiq‎), həmçinin Project Plato və Project PLATO — ilk ümumiləşdirilmiş kompüter dəstəkli təlimat sistemi. 1960-cı ildən başlayaraq İllinoys Universitetinin ILLIAC I kompüterində işləyirdi. 1970-ci illərin sonlarına qədər onlarla müxtəlif şəbəkəli əsas kompüterlərdə işləyən, bütün dünyada paylanmış bir neçə min qrafik terminalı dəstəkləmişdir. Forumlar, mesaj lövhələri, onlayn testlər, e-poçt, söhbət otaqları, şəkil dilləri, ani mesajlaşma, uzaqdan ekran paylaşımı və çoxnəfərli videooyunlar daxil olmaqla, çox istifadəçi hesablamalarında bir çox müasir konsepsiyalar ilk dəfə PLATO-da işlənib hazırlanmışdır. PLATO İllinoys Universiteti tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Bu dörd onillik fəaliyyəti ərzində həmin universitetin tələbələrinə, yerli məktəblərə, həbsxana məhbuslarına və digər universitetlərə kurs işləri təklif etmişdir. Kurslar latın dili, kimya, təhsil, musiqi, esperanto və ibtidai riyaziyyat da daxil olmaqla bir sıra fənlər üzrə tədris olunurdu. Sistem pedaqogika üçün faydalı olan bir sıra funksiyaları, o cümlədən mətnin üst-üstə düşən qrafikasını, açar sözlərin daxil edilməsindən asılı olaraq sərbəst mətnli cavabların kontekstli qiymətləndirilməsini və alternativ cavablara cavab vermək üçün nəzərdə tutulmuş əks əlaqəni özündə əks etdirirdi.