deskriptiv

adj. deskriptiv, təsvir edici, ifadə edici, təsviri
Deskription
desolat
OBASTAN VİKİ
Deskriptiv dilçilik
Deskriptiv dilçilik — struktur dilçiliyin bir qolu, latın sözü olub, "descriptivus - təsviri" mənasında işlənir. Bu cərəyan deskriptiv dilçilik məktəbi, yəni təsviri dilçilik məktəbi də adlanırdı. 1930-50-ci illərdə Amerika dilçiliyində aparıcı cərəyan olmuşdur. Deskriptiv dilçiliyin banisi Leonard Blumfild onun nəzəriyyəsini “Dil” (1933) adlı kitabında formulə etmişdir. Burada müəllifin özünün dilə aid yeni baxışları əks olunmuşdur. Kitabda, həmçinin dilin təhlil metodları və prinsiplərinin şərhinə geniş yer verilmişdir. Blumfild öz elmi konsepsiyasında dili formal cəhətdən təsvir etməyi hərtərəfli əsaslandırmışdır. Blumfildin “Dil” monoqrafiyasında diqqəti cəlb edən qiymətli cəhətlərdən biri qrammatika nəzəriyyəsidir. Onun qrammatika nəzəriyyəsində qrammatik forma əsas yer tutur. Burada müəllif qrammatik anlayışlara dair əsas terminləri müəyyənləşdirməyə də ciddi səy göstərmişdir .

Digər lüğətlərdə