Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dorağacı
Dorağacı ya dor (nid. mast) — yelkənli gəmi konstruksiyasında şaquli bərkidilmiş dirək. Dorağacına adətən yelkən bərkidilir. Yelkənli gəmilər təkmilləşdikcə, yelkənlərin sayı artdıqca dorağacının sayı 2-yə, 3-ə bəzən 4-ə qədər atmışdır. Buxar mühərikli gəmilərdə dorağacı funksiyasını itirərək, metal qülləyə çevrilmiş olur. İlk yelkənli gəmilərin dorağacları bütöv bir ağac gövdəsindən hazırlanırdı. Dorağacının aşağı nisbətən qalın hissəsi bilavasitə qayığa ya gəmiyə bərkidilirdi. Dorağacı adətən yüngül oduncaqlı və şirəli şam ağacından: küknar, kedr ağaclarından hazırlanırdı. XVIII əsrdə dorağacı bir və iki dirəyin birləşdirici dəmir üzüklərlə bir-birinə pərçinlənməsi üsulu ilə hazırlanırdı. Yelkənli gəmlərin təkmilləşməsi ilə əlaqədar dorağacının sayı artıqca müxtəlifliyinə görə adlandırılmağa başlanılır.
20 Darağacı
20 Darağacı (erm. Քսան կախաղանKsan qaxağan) — 15 iyun 1915-ci ildə İstanbulun Beyazıt Meydanında edam edilən 20 Hnçak partiyası üzvünün ortaq adı. == Edam edilənlərin siyahısı == Paramaz Dr. Benne (Bedros Torosyan) Aram Açıqbaşyan (Krikor Garabedyan) Keğam Vanikyan Murat Zakaryan Yervant Topuzyan Agop Basmacıyan Smpat Kelciyan Rupen Garabedyan Armenak Hampartsumyan Apraham Muratyan Hrant Yegavyan Karnig Boyacıyan Ohannes Yeğiazaryan Mgrdiç Yeretsiyan Yerevya Manukiyan Tovmas Tovmasyan Karekin Boğosyan Minas Keşişiyan Boğos BoğosyanDigər iki Hnçak üzvü, Stepan Sabah-Gulliyan və Varaztaht görmədikləri edam cəzasına məhkum edildilər.
Qarağacı
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Qozağacı
Qozağacı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qozağacı kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin adı onun ərazisində qoz ağaclarının çoxluğu ilə əlaqədar meydana gəlmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzən­likdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 400 nəfərdir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır.
Tozağacı
Tozağacı (lat. Betula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Tozağacı şimal yarımkürəsində geniş yayılmışdır. 100-dən çox növü var. Təsərrüfatda geniş istifadə olunur. Tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən tarlaları küləkdən qorumaq üçün eləcə də dekorativ bağçılıqda istifadə olunur.
Amerika qarağacı
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Araz qarağacı
Ulmus araxina (lat. Ulmus araxina) == Təbii yayılması == Yabanı halda Şimali İranda və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs — oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır. Mart-aprel aylarında çiçəkləyir. Qoza meyvəsi fındıqvari, çanaqcığı keçəvari tükcüklü, üsküyəbənzər olub, uzunluğu 0,5–1 sm-ə çatır, saplaqlar üzərində yerləşir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Ağ tozağacı
Tükcüklü tozağacı (lat. Betula pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Ehsan Doğramacı
İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur. == Həyatı == İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib. == Karyerası == İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttərə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
Erman tozağacı
Erman tozağacı (lat. Betula ermanii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Hamaryarpaq tozağacı
Hamaryarpaq tozağacı (lat. Betula platyphylla) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Kağız tozağacı
Kağız tozağacı (lat. Betula papyrifera) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Kağız tozağacı Saskaçevan (Kanada) əyalətinin və Nyu-Hempşir (ABŞ) ştatının simvolik ağacıdır. Təbiətdə növün arealı Şimali Amerikanın şimal hissəsini əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 20-35 sm, gövdəsinin diametri 1 m-dək, enli-silindrik çətirli və nazik, horizontal pulcuqlarla örtülmüşdür. Cavan budaqları tükcüklü, seyrək qatranlə vəzicikli, yaşılımtıl və ya açıq-qonur, sonradan budaqları parlaq tünd-qonur, çılpaq olur. Tumurcuqları xırda, ensiz-yumurtavari, ucu biz, hamardır. Pulcuqların kənarı yapışqanlı, yaşıl, qonurdur. Yarpaqları növbəli düzülüşlü, oval və ya yumurtavari olub, uzunluğu 5-12 sm, eni 4-9 sm, ucu biz, kənarları ikidişlidir. Bünövrəsi yumru, cavanlıqda tükcüklərlə örtülüb, çılpaq, tutqun tünd-yaşıldır, uzunluğu 1,5-3 sm olan tükcüklü saplaqlarda yerləşir.
Litvinov tozağacı
Litvinov tozağacı (lat. Betula litwinowii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan kiçik aqacdır.Aşağı hissədə ağ rəngli çatlaq qabığı vardır.Cavan budaqları xırda yumşaq tüklüdür, vəzili ziyilciklidir. Yarpaqları yumurtaşəkilli və yaxud yumurtaşəkilli-rombvaridir, yarpağın qaidə hissəsi enli pazşəkilli və yaxud dairəvidir, təpə hissəsində üçkünc formada daralmışdır, kənarları iri birqat və yaxud ikiqat mişarvaridir, alt tərəfdən damarların küncündə saqqalcıqları yerləşmişdir. Saplaq 2,5-4 dəfə yarpaq ayasından qısadır. Bar verən salxımlar silindrşəkilli olub,uzunluğu 2,5-3,5 sm, eni 7-9 mm-dir. Meyvə verən çiçəklərin pulcuqları meyvə verən zaman üçbölümlü, qaidəsinə yaxın hissəsi isə pazşəkillidir. Fındıqca meyvələri əksinəyumurtaşəkilli-uzunsov və yaxud uzunsov-ellipsvaridir, fındıqcameyvənin qanadlarının eni fındığın ölçüsunə bərabərdir, nadir hallarda 1,5 dəfə enlidir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəz == Yaşayış mühiti == Meşənin yuxarı kənarlarında rast gəlinir.
Mancuriya tozağacı
Mancuriya tozağacı (lat. Betula mandshurica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal-Şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə, gövdəsinin diametri 40-50 sm-ə çatan seyrək çətirli ağacdır. Gövdəsinin qabığı ağ, bozumtul-ağ, qara və s. rənglərdə olur. Budaqların ucunda vəzilər vardır. Yarpaqları dairəvi üçkünc, ovalşəkilli, ölçüləri 3-9 sm olub, enli pazşəkilli və ya ürəkşəkillidir. Aprel-iyun aylarında çiçəkləyir. Meyvələri iyul-sentyabr aylarında yetişir.
Qara tozağacı
Qara tozağacı (lat. Betula nigra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Qarağacı (Bərdə)
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Qarağacı qəbiristanlığı
Qarağacı qəbiristanlığı — Ağdamda qədim qəbrstanlıq == Tarixi == Şəhərin cənub səmtində, 5 kilometrlik məsafədə yerləşən qəbiristanlığın yaşının 3 min ilə dayandığı deyilir. Burada bizim dövrümüzə gəlib çatan bir qəbirüstü kitabənin isə 1174-cü ilə aid olduğu təsdiqlənib. "Qarağacı"dakı dörd türbə olmuşdur.Uğurlubəyovların türbəsi Qədim Qarağac qəbiristanlığında yerləşirdi. Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilmişdi. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona “Uğurlubəyovların türbəsi” adı verilib”.24 fevral 1992-ci il Ağdam rayonunun Qarağacı qəbiristanlığı yaxınlığında yerləşən milis postunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 16 nəfər azərbaycanlı yaralanıb. Qəbrstanlıq dağıdılmış, 4 türbəsi məhv edilmişdir.
Qrosqeym qarağacı
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Arealı == Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. == Botaniki təsviri == Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. == Ekologiyası == Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Radde tozağacı
Radde tozağacı (lat. Betula raddeana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Ağ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2-2,5 sm uzunluğunda, 10-14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2-2,5 mm uzunluğundadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir.
Sallaq tozağacı
Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Ümumi yayılması == Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır. == Təbii ehtiyatı == Azərbaycanda arealı çox geniş deyil. == Bioloji xüsusiyyətləri == Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır.
Tükcüklü tozağacı
Tükcüklü tozağacı (lat. Betula pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Türkmənistan qarağacı
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. == Ekologiyası == Öz arealında quraqlı rayonlarında kol kimi bitir. == Azərbaycanda yayılması == Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Ziyilli tozağacı
Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Ümumi yayılması == Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır. == Təbii ehtiyatı == Azərbaycanda arealı çox geniş deyil. == Bioloji xüsusiyyətləri == Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır.
İhsan Doğramacı
İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur. == Həyatı == İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib. == Karyerası == İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttərə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
Çöl torağayı
Çöl torağayı (lat. Melanocorypha) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi.
Noragami
Noragami (ノラガミ, azərb. Evsiz tanrı‎) — Adaçitoka tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalının 2011-ci il yanvar buraxılışında nəşr olunmağa başlamışdır. İndiyə kimi manqa seriyasının 20 tankobon cildi buraxılmışdır. Manqa əsasında Bones studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı 5 yanvar 2014-cü ildən 23 mart 2014-cü ilə kimi yayımlanmışdır. Noragami Aragoto adlı 13 seriyadan ibarət ikinci mövsüm isə 2 oktyabr 2015-ci ildən 25 dekabr 2015-ci ilə kimi nümayiş etdirilmişdir. == Məzmun == Heç kim tərəfindən tanınmayan müharibə və fəlakət tanrısı Yatonun heç bir izləyicisi, hətta məbədi belə yoxdur. Hər kəs tərəfindən tanınıb məşhur olmaq və özünə məbəd tikdirmək üçün Yato 5 yen qarşılığında Yaxın sahil sakinlərinin (həyatda olan insanlara verilən ad) arzularını yerinə yetirir. Belə missiyalarının birində Yato tez-tez ruhu bədənini tərk edən Hiyori İki adlı Yaxın sahil sakini qızla və silah kimi qəbul etdiyi Yukine ilə tanış olur. Üçü birlikdə güclərini birləşdirərək yolundan çıxmış ruhları – Ayakaşiləri öldürürlər, Yato isə məşhur tanrı olmaq üçün çalışmağa davam edir.
Dördağac (Çaypara)
Dördağac (fars. دورت اغاچ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (4 ailə).