Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Desibel
Desibel (en. decibel), (ru. децибел), (tr. desibel) — səs gurluğunun ölçü vahidi. Belin 0,1 hissəsidir: elektronika və başqa sahələrlə bağlı olan müəyyən kəmiyyətlərin nisbi ölçü vahidi; telefoniyanın əsasını qoyanlardan olan şotland əsilli Amerika alimi Aleksandr Qreyam Bell’in (Alexander Graham Bell) şərəfinə adlandırılıb. Desibellə ifadə olunmuş qiymətlər loqarifmik şkalada yerləşir və verilmiş kəmiyyətin hər hansı məlum (etalon) səviyyəyə nisbətən ölçülməsinin nəticəsini göstərir. İki qiymət arasındakı desibellərin miqdarını müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur: dB = n log (x/r), burada x – ölçülən səviyyə, r – etalon səviyyə, n isə gərginliyi və ya cərəyan şiddətini ölçərkən 10-a, gücü ölçərkən 20-yə bərabərdir. Mənfi desibel ədədi ölçülən kəmiyyətin etalon səviyyəsindən aşağı olduğunu göstərir. Səsli kompakt diskin dinamik diapazonu təxminən 90 dB olur, yəni musiqinin maksimal səviyyəsi fon küyünün səviyyəsindən 90 dB yuxarıdır. Audio kassetin dinamik diapazonu, adətən, 60 dB olur.
Frederik Desmon
Frederik Desmon (fr. Frédéric Desmons; 14 oktyabr 1832[…] – 4 yanvar 1910[…], Paris) — fransız kalvinist rahib və mason. == Həyatı == Frederik Desmon 1832-ci ildə Brinonda Qar departamentində anadan olmuşdur. Nim şəhərində kollecdə təhsil almışdır. Nimdəki təhsilini bitirdikdən sonra Cenevrəyə kalvinizmin ən önəmli tərəflərindən olan ilahiyyatı öyrənməyə getdi.
Deşima
Deşima adası (yap. 礼文島, nid. Desjima) — Naqasaki körfəzindəki yelpik şəkilli süni ada (Yaponiya). Ada əvvəlcə portuqallar üçün bir anbar və ötürmə nöqtəsi olaraq inşa edildi. 1641–1853-cü illərdə Sakoku adı ilə tanınan Yaponiyanın təcrid dövründə ada Yaponiyadakı yeganə Hollandiya ticarət limanı idi. == Tarixi == Əvvəlcə süni adanın inşasına portuqaliyalı tacirlər üçün ticarət və malların saxlanma yeri olaraq syoqun İemisunun sifarişi ilə 1634-cü ildə başlanılmışdır. 1637-ci ildə Simabarda qiyam baş verdi. Bu qiyamda yapon xristianları fəal iştirak etdilər. Bundan sonra Yaponiyada xristianlığın artan təsirindən həyəcanlanan syoqunat bütün avropalıları ölkədən qovmaq qərarına gəldi. 1639-cu ildə syoqun Portuqaliyanı Yaponiyadan və müvafiq olaraq Deşimadan tamamilə qovdu.
Abdulla Həşimov
Abdulla Abiddin oğlu Həşimov (14 aprel 1930, Qax rayonu – 8 aprel 1992) — kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == Abdulla Həşimov 14 aprel 1930-cu ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1946-cı ildə İlisu kənd orta məktəbini bitirmişdir. 1951-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun Zootexniya fakültəsindəki təhsilini əla qiymətlərlə başa çatdırmışdır, 1954-cü ildə SSRİ-də, Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat Yemçilik və Yemləmə Texnologiyası İnstitunun aspitanturasını bitirmiş və 1955-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 9 aprel 1992-ci ildə Qax rayonunda məzuniyyətdə olarkən vəfat etmişdir. 4 övladı, 5 nəvəsi var. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Aynurə Həşimovanın atasıdı. == Fəaliyyəti == Təhsil aldığı institutun təyinatı ilə 1951–1955-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq Və Aqrokimya institutunda işləmişdir. 1955–1961-ci illərdə Gəncədə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda böyük elmi işçi vəzifəsi tutmuşdur. 1961–1962-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin müavini işləmişdir.
Anatoli Məsimov
Anatoli Qurban oğlu Məsimov — Həvəskarlar arasında bodibildinq üzrə Dünya, Avropa, Azərbaycan və Rusiya çempionu. == Həyatı == Anatoli Qurban oğlu Məsimov 17 yanvar 1974–cü ildə Borçalıda Bolnisi rayon Abdallı kəndində anadan olub. 1991-ci ildən etibarən Rusiya FR-nın Krasnoyarsk şəhərində yaşayır. 2001-ci ildə Myanma Birliyi Respublikasının Yanqun şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə dünya birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 4-cü yerə layiq görülmüşdür. 17-20 may 2002-ci il tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 3-cü yerə layiq görülmüşdür. 7-9 may 2005-ci il tarixində Rumıniyada həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyinin gümüş mükafatçı olmuşdur.. 3 qat Azərbaycan çempionu və bir çox beynəlxlaq turnirlərin qalibidir. Hal-hazırda "Krasnoyarsk Bodibildinq və Fitnes Federasiyası"nın prezidenti olaraq fəaliyyət göstərir və Krasnoyarsk şəhərində yaşayır.
Arif Həşimov
Arif Məmməd oğlu Həşimov (28 sentyabr 1949, Şahbuz) — texnika elmlər doktoru, akademik, "Azərenerji" ASC-nin prezidentin müşaviri və LAYİHƏ-AXTARIŞ ENERGETİKA İnstitutunun direktoru, AMEA Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasının rəhbəridir. Əməkdar Elm Xadimi (2005), AMEA-nın həqiqi üzvü (2007) AMEA Fizika İnstitutunun baş direktoru (22.01.2021). 19 fevral 2022 etibarən AMEA-nın prezident vəzifəsinin icraçisi. == Həyatı == Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika" laboratoriyasında işləməyə başlamışdır. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası" adlanır və A.M.Həşimov onun rəhbəridir. O, 1980-ci ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə etmişdir. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilmişdir. O, 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra etmişdir.
Azər Həşimov
Azər Həşimov (d. 6.11.1984, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu. Karvan futbol klubunun yarımmüdafiəçisidir. == Həyatı == Azər Həşimov ilk dəfə 11 yaşında Mingəçevirin uşaq futbol məktəbində futbolla məşğul olmağa başlamışdır. İlk məşqçisi Elbrus İsmayılov olmuşdur. 5 il bu məktəbdə futbolun sirrlərini öyrənən Azər, 2003-2004cü illərdə Azərbaycan Milli Ordusu sıralarında hərbi xidmət keçmişdir. Evlidir. 2 övladı var == Karyerası == 1999-cu ildə, Həvəskarlar Liqasında çıxış edən Mingəçevirin "Ulduz" komandasında futbol oynamağa başlamışdır. 3 il bu klubda keçirdikdən sonra hərbi xidmətə çağırılmış, və bu müddət ərzində Bakının "Ədliyyə" klubunda çıxış etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, Birinci dəstədə çıxış edən Mingəçevirin "Energetik" klubuna keçmişdir.
Baba Məsimov
Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991). Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir.
Bahodir Nəsimov
Bahodir Odimdjonoviç Nəsimov (özbək: Bahodir Nasimov) — Soqdiana futbol klubunda hücumçu mövqeyində oynayan özbək futbolçusudur. == Karyerası == === Klub karyerası === ==== Dinamo Səmərqənd ==== Nəsimov karyerasına "Dinamo Səmərqənd" də başlayıb və 2007-ci ildə Özbəkistan Liqasında debüt edib. Dinamo ilə işlədiyi müddətdə 58 matçda 22 qol vurdu və 2009-cu ildə, "Bunyodkor" da icarə əsasənda çıxış etnətə başladı. Burada o, 16 matçda iki qol vurdu. ==== Neftçi Bakı ==== 2010-cu ildə Nəsimov, üç illik müqavilə ilə, açıqlanmayan haqq müqabilində Rusiya Premyer Liqasının çempionu "Rubin Kazan" a transfer edildi. Azərbaycan Premyer Liqası klubu "Neftçi Bakı" ya 2010/11 mövsümü üçün icarəyə göndərildikdən əvvəl "Rubin" də iki oyunda çıxış edib. Nəsimov "Neftçi" nin altıncı dəfə Azərbaycan çempionu olmasında böyük pay sahibidir. O, 28 oyunda 15 qol vuraraq klubun 2010/11 mövsümünün bombardiri oldu. 2011/12 mövsümündə Nəsimov 16 qolla Azərbaycan Premyer Liqasının ən yaxşı oyunçusu oldu və Bakı "Neftçi" sinin 7-ci çempion tituluna mühüm töhfə verdi. 3 avqust 2013-cü il tarixində, 2013/14 Azərbaycan Premyer Liqasının ilk oyun günündə "Neftçi" nin AZAL-a qarşı keçirdiyi oyunda Nəsimov yeni mövsümdəki ilk qolunu və zədəsindən sonra ilk qolunu vurdu.
Bəxtiyar Həşimov
Bəxtiyar Əjdər oğlu Həşimov (iyul 1975, Həsənli, Sabirabad rayonu – 3 fevral 1994, Füzuli rayonu) — şəhid. == Həyatı == Bəxtiyar Həşimov 1975-ci ilin iyul ayında Sabirabad rayonunun Həsənalı kəndində anadan olub. 1982-1992-ci illərdə Balvar kənd tam orta məktəbində oxumuşdu. === Ailəsi === Subay idi. Ailənin ilk övladı idi. == Hərbi xidməti == 1993 cü ilin iyul ayının 20-də Hərbi komisarlığ tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-1994-cü illərdə Bəxtiyar müxtəlif döyüş bölgələrində xidmət etmişdir. Döyüş dostlarının dediyinə görə Bəxtiyar çox çəsur döyüşçü idi. Bütün döyüş əməliyyatlarında həmişə öndə getmişdir. 1994-cü ilin fevralın 3-də Füzuli rayonu bölgəsində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Cabbar Həşimov
Eldar Məsimov
Eldar Məsimov (1941, Şamxor) — BDU-nun Maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası bölməsinin müdiri. == Həyatı == 1941-ci ildə Şamxor rayonunda ziyalı ailəsində anadan olmuş. 1957-ci ildə Şamxor rayonunun, Çinarlı kəndinin orta məktəbini qızıl medalla bitirib. == Elmi fəaliyyəti == 1969-cu ildə biofizika, Xarkov Dövlət İnstitutu; 1966–1970-ci illər elmi işçi, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1963–1966-cı illər aspirant, aşağı temperaturlar fizikası ixtisası üzrə, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1960–1963-cü illər Xarkov Dövlət Universiteti, fizika fakültəsi 1970-ci ildən indiyə qədər atom və nüvə fizikası, maddə quruluşu, biofizika, molekulyar fizika, rəqslər və dalğalar fizikası və s. fənlərdən mühazirə oxumuş; 1984-cü ildə bioloji sistemlərdə yönümlü müxtəlif bioloji və sintetik polimerlərin suyun termodinamika halına təsiri. Moskva Dövlət Universiteti "biofizika" ixtisası. Rəhbərliyi altında: Elmlər namizədi — 20, Elmlər doktoru – 2 == Əmək fəaliyyəti == 1992-ci ildən Maddə quruluşu kafedrasının müdiri, BDU 1989-cu ildən bioloji fizikası bölməsinin müdiri, Fizika Problemləri İnstitutu, BDU 1989–1992-ci illərdə Elmi işlər üzrə prorektor, BDU 1987–1989-cu illərdə baş elm idarəsinin rəisi, Azərbaycan Təhsil Nazirliyi 1985–1987-ci illərdə professor, Maddə quruluşu kafedrası, BDU 1974–1985-ci illər dosent, Maddə quruluşu kafedrası, BDU 1972–1974-cü illər baş müəllim, Maddə quruluşu kafedrası, ADU, (BDU) 1970–1972-ci illər assistent, Maddə quruluşu kafedrası, ADU, (BDU) == Tədqiqat sahəsi == Bioloji və sintetik mənşəli polimerlərin Sulu məhlullarında qarşılıqlı təsirlərin və strukturun (termodinamik halı) tədqiqi. Bioloji molekulların və onların sulu məhlullarının nisbi hidrofobluqlarının, dərman maddələrinin canlı orqanizimdə istiqamətlənmiş nəqli problemlərinin öyrənilməsi.
Elçin Həşimov
Elçin Həşimov (Elçin Ləzgi oğlu Həşimov; 5 sentyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2007), Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyat və Yaradıcılığı == Elçin Həşimov 5 sentyabr 1973-cü ildə Bakıda anadan olub. Əslən Füzuli rayonunun Əhmədbəyli kəndindən olan Elçin Həşimov, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində ilk musiqi təhsilini alıb. 1988–1992-ci illərdə Asəf Zeynallı adına musiqi texnikomunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992–1997-ci illərdə Bakı Musiqi Akademiyasında “tar” ixtisası üzrə məzun olub, hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir, eyni zamanda Musiqi Kollecində Tar ixtisası üzrə muğam fənnindən tədris edir. 1999-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli tamaşasında muğam solo partiyasını ifa edərək İstanbulda, Parisdə UNESCO-nun səhnəsində Qətər Respublikası, İsveçrədə, Tacikistanda və dünyanın digər ölkələrində bu tamaşa ilə çıxış etmişdir. Eyni zamanda Vasif Adıgözəlovun Natavan operasında, Şəfiqə Axundovanın Gəlin Qayası operasında,Tomris baletində, Üzeyr Hacıbəyovun O olmasın bu olsun operettasında ifa etmişdir. Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu zamanı təmsil etmişdir. 2001-ci ildə Vaşinqtonda "Silkway" festivalında, 2002-cü ildə bütün dünya musiqiçiləri ilə birlikdə “Atlas Ensemble” orkestrində çıxış etmişdir.
Elşən Həşimov
Həşimov Elşən Qiyas oğlu (Lənkəran rayonu) — milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). == Həyatı == Həşimov Elşən Qiyas oğlu 2 noyabr 1970-ci il tarixində Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. 1994–1995-ci illərdə Ukraynanın Nikolayev vilayətinin Pervomaysk şəhərində 16613 saylı hərbi hissədə heyət rəisi vəzifəsində xidmət etmişdir. 1995–1998-ci illərdə Xarkov Hərbi Universitetinin əyani adyunkturasında təhsil almaqla xidmətini davam etdirmişdir. 1998–1999-cu illərdə Xarkov Hərbi Universitetinin "Raket silahları və texnoloji qurğular" kafedrasında "assistent" vəzifəsində, 1999–2000-ci illərdə "müəllim" vəzifəsində xidmət etmişdir. 12.01.2000-ci il tarixindən öz xahişimlə Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 2000–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə kafedrasının müəllimi, 2003–2007-ci illərdə Mexanika kafedrası rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2007–2013-cü illərdə Mexanika kafedrasının rəisi vəzifəsini icra etmişdir. 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elm və Adyunktura şöbəsinin dosenti, Elm və Adyunktura şöbəsinin rəisi vəzifələrində. 2015–2020-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində xidmət etmişdir.
Famil Həşimov
Həşimov Famil İsfəndiyar oğlu (31 dekabr 1935, Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ – 31 dekabr 1991, Azərbaycan) — "Avanqard" qəzetinin redaktoru, Qubadlı rayon Partiya Komitəsinin katibi, Qubadlı rayon Aqrokombinatının Baş direktoru. == Həyatı == Famil Həşimov 31 dekabr 1935-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1942-ci ildə Əyin kənd natamam orta məktəbinə qədəm qoymuş, sonra təhsilini Qubadlı qəsəbə orta məktəbində davam etdirmiş və 1954-cü ildə orta məktəbi bitirmişdir. 1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yaxın qohumu Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun evində qalmışdır. Yazıçının evində qalması, onunla yaxından təmasda olması Famil Həşimovun sonrakı həyat və yaradıcılığına öz əhəmiyyətli təsirini göstərmişdir. 1960-cı ildə Famil Həşimov ali təhsilini başa vuraraq Qubadlı rayonuna qayıdır. Həmin ildə Qubadlı Rayon Xalq Deputataları Sovetinin orqanı olan "Avanqard" qəzetində məsul katib kimi işə başlayır. 1962–1963-cü illərdə Cəbrayıl rayon Kolxoz-sovzox idarəsində təşkilatçı müfəttiş, 1963–1964-cü illərdə Zəngilan istehsalat idarəsində təşkilatçı müfəttiş, 1964-cü ildən 1966-cı ilə kimi Qubadlı Rayon Kənd Təsərrüfatı idarəsində iqtisadçı vəzifəsində işləmişdir. Harada işləmsəindən asılı olmayaraq vaxtaşırı yerli mətbuatda və respublikada dərc olunan qəzet və jurnallarda müxtəlif mövzülarda məqalələr dərc etdirmişdir.
Fikrət Həşimov
Fikrət Həşimov (1948, Şahbuz – 8 fevral 2022) — Azərbaycan Respublikasının əməkdar rəssamı, professor. == Həyatı == 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində İ. Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Rusiya, Polşa, Almaniya, Çexoslovakiya və İtaliyada nümayiş etdirilib. Müxtəlif əsərləri milli muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Muzeylərində rəssamın “XX-əsrin arabası” əsəri nümayiş etdirilir. Moskva Dövlət Tretyakov Qalereyasında Azərbaycan mövzusunda "Bül-bül kimi ötərdik" və "Araz çayının mahnısı" adlı əsərləri saxlanmaqdadır.
Fərrux Həşimov
Fərrux Mirzəmməd oğlu Həşimov (24 mart 1988; Qubadlı rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərim Məsimov
Kərim Məsimov (qaz. Кәрім Қажымқанұлы Мәсімов, 15 iyun 1965, Selinoqrad) — Qazaxıstan dövlət xadimi, vəkil. 8 sentyabr 2016-cı ildən etibarən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (KNB RK) sədri. İki dəfə Qazaxıstan Baş naziri (2007–2012, 2014–2016), Qazaxıstan Prezident Administrasiyasının rəhbəri (2012–2014), Milli Təhlükəsizlik general-leytenantı. == Bioqrafiyası == 15 iyun 1965-ci ildə Qazaxıstan SSR-in Tselinograd şəhərində anadan olub. Milliyyətcə uyğur. Atası Kazımkan Kasımoviç Massimov müxtəlif rəhbər vəzifələrdə işləyirdi (xüsusən Burundai divar materialları istehsalat birliyinin direktoru, Qazaxıstan SSR Nazirlər Soveti yanında Glavtopsnab rəhbərinin müavini, direktor bundan əlavə, "Qazaxıstanın Milli Aqrosənaye Palatası" və Qazaxıstan Yoga Birliyi ictimai təşkilatlarında prezident idi. Anası — Eleonora Kərimovna Əjibekova. Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru.
Nağı Həşimov
Nağı Anar oğlu Həşimov (20 avqust 1998; Gəncə, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nağı Həşimov 1998-ci il avqustun 20-də Gəncə şəhərində anadan olub. 2005-2013-cü illərdə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə ali hərbi məktəbi “yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasıyla bitirib. == Hərbi xidməti == Nağı Həşimov 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb. Azərbaycan Ordusunun leytenantı olan Nağı Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nağı Həşimov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Polad Həşimov
Polad Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020). 2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu. == Həyatı == Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur.
Qurban Məsimov
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub.
Rafiq Həşimov
Həşimov Rafiq Məhəmməd oğlu (11 avqust 1966, Ucar) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Ailəlidir, bir qızı var. == Fəaliyyəti == Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur.
Rauf Məsimov
Rauf Qafar oğlu Məsimov (22 iyul 1992; Çatax, Tovuz rayonu — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rauf Məsimov 1992-ci il iyulun 22-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 1998–2009-cu illərdə X. Cəfərov adına Çatax kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rauf Məsimov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rauf Məsimov noyabrın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Çatax kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məsimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məsimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Sabir Həşimov
Sabir Həşimov (doğum 1939, Hacıqabul, Azərbaycan SSR - ölüm 2013) Azərbaycanlı hərbçi olmuşdur. == Həyatı == Sabir Hacıbala oğlu Həşimov 1939-cu ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olmuşdur. Orta təhsilini Hacıqabulda (o vaxtkı Qazıməmməd) 15 nömrəli orta məktəbdə almışdır.1957-1990-cı illərdə keçmiş SSRİ-də xidmət etmiş, həmin illərdə Tbilisi Hərbi Artilleriya Məktəbini (1962) on il sonra isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib və raket-artilleriya silahları üzrə hərbi mühəndis ixtisasına yiyələnmişdir. 1975-1980-ci illərdə Macarıstanda məxfi hərbi hissədə Nüvə silahı üzrə mühəndis kimi fəaliyyət göstərmiş, 1992-1999-cu illər arası Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. Həşimov Sabir 2013-cü il yanvar ayının 21-də vəfat etmişdir. İki oğlu və bir qızı var. Oğulları onun yolunu davam etdirir. Oğullarından biri polkovnik, digəri polkovnik-leytenantdır. == Fəaliyyəti == Azərbaycan Müdafiə Nazirliyinin, Milli Ordunun yaradılmasında rolu olmuşdur. Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim işləmişdir.Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında xidmət göstərmişdir.
Samir Məsimov
Samir İbrahim oğlu Məsimov (25 avqust 1995-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Samir Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Məsimov Lokomotiv Moskva akademiyası vasitəsilə inkişaf etmişdir. O, ölkənin ən istedadlı futbolçularından biridir. Samir Məsimov 23 yanvar 2014-cü ildə Neftçi Bakı klubu ilə beş illik müqavilə imzalamışdır. O, 2014-cü ildə Neftçi Bakı klubunun heyətində 2013-14 UEFA Avropa Liqasının təsnifat mərhələsində iştirak etmək üçün əsas komandaya dəvət almışdır. 17 may 2014-cü ildə Samir Qəbələ klubu ilə Azərbaycan Kubokunun final oyununa əsas heyətdə start vermişdir. Neftçi 1-0 geridə olarkən Məsimov bərabərlik qolunun müəllifi olmuşdur. Oyun 1-1 hesabı ilə başa çatsa da, Neftçi penaltilər seriyasında qalib gələrək kubokun sahibi olmuşdur.
Sərxan Həşimov
Desim Klavdi Neron
Neron Klavdi Druz Germanik (lat. Nero Claudius Drusus Germanicus), Desim Klavdi Druz (lat. Decimus Claudius Drusus; 14 yanvar e.ə. 38, Roma – 14 sentyabr e.ə. 9) — adı altında doğulmuş, həmçinin Desim Klavdi Neron, Neron Klavdi Druz, I Druz və Druz Klavdi Neron (e.ə. 14 yanvar 38-ci il - e.ə. 9-cu il) kimi tanınan Roma sərkərdəsi və hərb komandanı, imperator Tiberi Klavdi Neronun qardaşı, Liviya Druzillanın kiçik oğlu.
Desim Maqn Avsoni
Desim Maqn Avsoni və ya Avzoni (lat. Decimus Magnus Ausonius; 310[…], Bordo – 395) — qədim Roma şairi və ritorikçisi. Əslən Qalliyadan olan bir kelt idi. Avsoni xristianlıq pərdəsi altında köhnə inanc və məişət adət-ənənələri ilə yaşayan, keçmiş dini demonologiya və mistisizmlə, qədim sənəti isə xarici hiylələrlə mürəkkəbləşdirən təhsilli Roma cəmiyyətinə aiddir. O, latın ədəbiyyatının ən yaxşı bilicilərindən biridir. Nə xüsusi ifadəliliyə, nə də məna dərinliyinə malik olmayan əsərləri bəzən forma mükəmməlliyi ilə parlayır. == İstinadlar == == Əlavə ədəbiyyat == Брюсов В. Я. Великий ритор: Жизнь и сочинения Децима Магна Авсония // «Русская мысль», 1911, март. Гаспаров М. Л. Авсоний и его время. // Авсоний. Стихотворения.