Deut

der; -(e)s, -e : nicht e-n ~ wert sein dəyərsiz olmaq; um keinen ~ heç, bir zərrə də; es ist keinen ~ wert bir zərrə də dəyəri yoxdur
deuchte
deuteln
OBASTAN VİKİ
Allgemeiner Deutscher Nachrichtendienst
Allgemeiner Deutscher Nachrichtendienst (ADN; Almaniya Ümumi Xəbər Xidməti) — Almaniya Demokratik Respublikasınd Teleqraf Məlumat Agentliyi. 1946-cı ildə yaradılmışdır. Berlində yerləşirdi.
Deuteromycota
Bu şöbəni digər adla qeyri-müəyyən göbələklər şöbəsi kimi də adlandırmaq olar. Dünya mikoloqları bu şöbəyə süni bir qrup kimi də baxırlar. Bu qrupa cinsi çoxalması olmayan ,yalnız qeyri-cinsi yolla çoxalan haploid göbələklər aiddirlər . Bu şöbə 20000 dən artıq növü cəmləyir. Bütün növlərin mitseliləri çoxhüceyrəlidir. Bəzilərinin mitseliləri çoxnüvəlidir. Bütün nümayəndələrində qeyri-cinsi çoxalma konidilərlə gedir ki ,bunlar da konididaşıyanlar üzərində əmələ gəlir. Bu göbələklərdə cinsi çoxalma getmədiyi üçün bütün həyat dövrü haploiddir. Mənşə baxımından qeyri müəyyən göbələklər Ascomycota və Basidiomycota şöbələrindən başlanğıc götürüblər.Konididaşıyanlar dəstə, monopodial, simpodial və dixotomik budaqlanırlar .Konididaşıyan üzərində akropeta, yaxud bazipetal konidi zənciri əmələ gəlir. Natamam göbələklərin bir çox nümayəndələrində mitseli üzərində konididaşıyanların bir neçə qruplaşmaları müşahidə olunur.Belə konididaşıyanların qruplaşmasının sadə formalarından biri koremiyadır .
Deuterostomia
Sonağızlılar (lat. Deuterostomia) — heyvanlar aləminə aid heyvan tipüstü. == Təsnifatı == Sonağızlılara 4 tip aid edilir. Əvvəllər çənəsiqıllıların bura daxil olunması şübhəli olsa da son dövrlər onlar da sonağızlıların tipi kimi qəbul edilir. Dərisitikanlılar (Echinodermata): Dəniz ulduzları, dəniz kirpiləri və s.
Deutsche-Bank-Hochhaus
Deutsche-Bank-Hochhaus (Almaniya Bankının ekiz göydələnləri) — "Doyçe-Bank"ın mənzil-qərargahı - ekiz göydələnlər. Almaniyanın Frankfurt-Mayne şəhərində yerləşir. Avropanın ən hündür binaları siyahısında 80-ci, Avropa Birliyində 53-cü, Frankfurt-Maynedə 10-cu yerdədir.
Deutsche Bank
Deutsche Bank dünyanın yetmiş iki ölkəsində maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olur, depozitlərin həcminə görə bank Avropada aparıcı mövqelərdə qərarlaşıb. == Tarixi == Deutsche Bank-ın tarixi 22 yanvar 1870-ci ildə nizamnamənin qəbul edilməsi ilə başlamışdı. Bank mövcudluğunun ilk onilliyində sürətlə inkişaf edərək dünyanın ən mühüm bir neçə iqtisadi layihəsini idarə edirdi. O, Almaniyada metallurgiya, kimya və elektrotexniki sənayenin inkişafında əsas rollardan birini oynadı. 1929-cu ildə bank digər yerli alman bankları ilə birləşir və Almaniyanın bank işi tarixində ən böyük birləşmə olan Deutsche Bank und DiscontoGesellschaft əmələ gəlir. 1937-ci ildə bankın adı yenidən Deutsche Bank olur. İkinci dünya müharibəsi zamanı bank yəhudilərin mülkiyyətinin müsadirəsində iştirak etmişdir ki, sonradan buna görə külli miqdarda kompensasiya ödəməyə məcbur oldu. Müharibə bitdikdən sonra bankı on regional şöbəyə böldülər, lakin onlar 1952-ci ildə üç bank – Rheinisch-Westfälische Bank AG, Süddeutsche Bank AG və Norddeutsche Bank AG adı altında birləşdilər. Öz növbəsində 1957-ci ildə bu üç bank birləşərək Deutsche Bank AG bankı formalaşdırırlar. Deutsche Bank dünyanın yetmiş iki ölkəsində fəaliyyət göstərir və onun fəaliyyəti korporativ və fərdi müştərilər üçün maliyyə məhsul və xidmətlərinin göstərilməsindən ibarətdir.
Deutsche Welle
Deutsche Welle — 1953-ci ildə yaranan Almaniya beynəlxalq xəbərlər telekanalı.
Deutschland (mahnı)
Deutschland (alman dilindən – «Almaniya») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun baş sinqlıdır. Bu, musiqi qrupunun 2012-ci ildə çıxardığı "Mein Herz brennt" mahnısından sonra çıxardığı ilk mahnıdır. "Deutschland" mahnısı "Rammstein" musiqi qrupunun Almaniyada ən çox qulaq asılan mahnı tituluna qazanan ikinci mahnı olmuşdur. Birincisi 2009-cu ildə çıxarılan "Pussy" mahnısı idi. 26 mart 2019-cu ildə musiqi qrupunun rəsmi "YouTube" kanalında 35 saniyəlik bir promo videosu yayımlanmışdır. Bu videonun sonunda rum rəqəmləri ilə 28 mart 2019-cu il tarixi və "Deutschland" sözü görünür. İki gün sonra – 28 mart 2019-cu il tarixində mahnının klipi yayımlanır. Bu klipdə Roma imperiyasının qədim Almaniyaya hücumu, orta əsrlərdə Müqəddəs Roma imperiyası, Napoleon müharibələri, İkinci Dünya müharibəsi və Berlin divarı kimi Almaniya tarixindən müxtəlif hadisələr, eləcə də indiki dövr və gələcək nümayiş olunur. Klipin bir səhnəsində Nasist Almaniyasının bir həbs düşərgəsində ölüm hökmü ilə edam olunan məhbuslar nümayiş olunur.
Deutzia
Deysiya (lat. Deutzia) — zoğalçiçəklilər sırasının hortenziyakimilər fəsiləsinə aid bitki cinsi.
Deutzia glabrata
Hamar deysiya (lat. Deutzia glabrata) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
Deutzia gracilis
Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir. == Botaniki təsviri == Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir.
Deutzia mollis
Yumşaq deysiya (lat. Deutzia mollis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan koldur. Cavan zoğları ulduz formalı olub, tüklü, qırmızımtıl-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya uzunsov – yumurtavari, uzunluğu 4-8 sm-dir. Uc hissəsi sivri, qaidəsi enli, pazvari və ya zəif ürəkvaridir. Kənarları xırda mişardişli, üstdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl olub, yumşaq tüklüdür. Saplaqları 3-6 mm uzunluqdadır. Çiçək qrupu 6-8 sm diametrində, sıx, qalxanvaridir.
Deutzia scabra
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır.
Neues Deutschland
Noyes Doyçland (alm. Neues Deutschland‎; mənası – Yeni Almaniya) — Almaniyada gündəlik qəzet. 23 aprel 1946-cı ildən Berlin şəhərində nəşr olunur. Almaniyanın birləşdirilməsindən əvvəl Almaniya Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin orqanı idi. Vikianbarda Noyes Doyçland ilə əlaqəli mediafayllar var.
Deutsche Post
Deutsche Post — Almaniyada yerli poçt xidmətləri üçün istifadə edilən "DHL Group"un brendi. Brend altında təklif olunan xidmətlər ənənəvi poçt xidmətləridir. Bu, brendi keçmiş dövlət poçt inhisarı olan "Deutsche Bundespost" varisinə çevirmişdir. 2008-ci ildən etibarən "Deutsche Post"un un bu xidmətlər üzrə monopoliyasının müddəti başa çatmışdır. Ənənəvi poçt xidmətləri ilə əlaqəsi olmayan əksər müəssisələr orijinal DHL şirkəti ilə əldə edilmiş DHL brendinə keçdilər. Bu səbəbdən qrup "DHL Group" adından istifadə edir. == Məhsullar == Qrup hazırda bütün poçt bölməsi daxilində brend altında aşağıdakı xidmətləri təklif edir: Poçt kommunikasiyası: daxili poçt xidmətini idarə edir (bağlamalar istisna olmaqla). Mətbuat xidmətləri: çap məhsullarının (qəzet və jurnalların) ölkə daxilində yayılması ilə məşğul olur. Pərakəndə satış məntəqələri: məktub poçtu, bağlama və poçtbank xidmətləri təklif edən yerli pərakəndə satış məntəqələri (poçt şöbələri) fəaliyyət göstərir. Dialoq marketinqi: birbaşa marketinq üçün bazar araşdırması və ünvanın yoxlanılması kimi xidmətlər təqdim edir.