deyir: “ye məni” (ləzzətli, təmli bir şey haqqında)

it just asks to be eaten * в рот просится (о чём-либо очень вкусном, аппетитном)
deyinmək
Deyirəm dilim yanır, demirəm - ürəyim.
OBASTAN VİKİ
Yeva haqqında hər şey
Yeva haqqında hər şey (ing. All About Eve) — 1950-ci ildə Rejissor Cozef Leo Mankeviç tərəfindən çəkilmiş amerikan dram filmi. Filmin ssenarisini Mankeviç Meri Orrun "Yevanın müdrikliyi"(ing. The Wisdom of Eve) hekayəsi əsasında yazmışdır. Bett Deyvis çox məşhur lakin, qocalmaqda olan Brodvey aktrisası Marqo Cenninq rolunu oynamışdır. Enn Bakster Cenninqin həyatına daxil olan və nəticədə həm onun karyerası, həm də şəxsi həyatı üçün təhlükəyə çevrilən cavan pərəstişkarı Yeva Xarrinqton rolunda çəkilmişdir. Digər personajları Corc Sanders, Selesta Holm, Xyü Marlou, Hari Merrill və Telma Ritter canlandırıblar. Film həmçinin Merilin Monronun kinoda rol aldığı ilk filmlərdən biridir. "Yeva haqqında hər şey" tənqidçilərdən yüksək rəylər qazanıb; film 14 nominasiyada "Oskar"a namizəd göstərilib (bu sayda nominasiyaya sonradan yalnız 1997-ci ildə, "Titanik" filmi namizəd göstərilmişdir) və ən yaxşı film nominasiyası daxil olmaqla 6 nominasiyada qalib olub. Kinematoqrafiya tarixində film klassika sayılır və 1990-cı ildə Birləşmiş Ştatların Milli Film reyestrində saxlanılmaq üçün seçilmişdir.
.ye
.ye — Yəmən üçün internet kodu.
Ye
.ye — Yəmən üçün internet kodu. Ye-Ye (Real Madrid FK) — 1960-cı illərdə İspaniya futbolunda hegemonluq edən Real Madridin ispan oyunçularının nəslinə verilən ad Yanq Ye — Çini təmsil edən bədii gimnast. Ye (albom) — amerikalı repçi Kanye Vestin səkkizinci studiya albomu.
Yanq Ye
Yanq Ye (d. 26 may 1994) — Çini təmsil edən bədii gimnast. Yanq Ye, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Yanq Ye, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Bao Yuqinq, Şu Siyao, Janq Linq və Jao Jinqnan ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Ye (albom)
Ye — amerikalı repçi Kanye Vestin səkkizinci studiya albomu. 1 iyun 2018-ci ildə GOOD Music tərəfindən buraxılıb.
Ye-Ye (Real Madrid FK)
Ye-Ye komandası — 1960-cı illərdə İspaniya futbolunda hegemonluq edən Real Madridin ispan oyunçularının nəslinə verilən ad idi. 1950-ci illərdə komandanın kapitanı əvvəllər 5 dəfə Avropa Kubokunu qazanan veteran oyunçu Fransisko Xento, sonra isə Alfredo Di Stefano oldu. Bu iki əfsanəvi futbolçunun kapitanlıq etdiyi heyətə gənc və istedadlı oyunçular daxil idi: Xose Arakistayn, Paçin, Pedro De Felipe, Manuel Sançiz Martinez, Pirri, İqnasio Soko, Fernando Serena, Amansio Amaro, Ramon Qrosso, Manuel Velazkez, Felo. Bu gənc oyunçu qrupu əvvəlki nəsildən daha uzun saçlarına görə fərqləndiyi üçün onlara bəzən hippi də deyilirdi. Ye-ye adı Bitlz qrupunun "She Loves You" (O səni sevir) mahnısındakı "Yeah, yeah, yeah" (Bəli, bəli, bəli) kəlmələrinin qısaltmasıdır, komandanın dörd üzvü Bitlzi təqlid edərək Marcaya məhz belə poza verdiyinə görə heyət sonralar belə adlandırıldı. Ye-ye Bitlomaniyanın dünyanın dörd bir tərəfini tutduğu dövrdə — altmışlı illərdə İspaniyada gənclərin adlandırıldığı və İspaniyada həmin on ildə məşhur olan bir musiqi tərzi idi. Komandanın yenilənməsi 1959-cu ildə Miqel Munyosun Real Madridin baş məşqçisi təyin olunmasından sonra başladı. O, futbolçu kimi Real Madridin 1956 və 1957-ci illərdə Avropa Kubokunu qazandığı heyətə kapitanlıq etmişdi. Oynadığı komanda Real Madridin ala biləcəyi ən yaxşı xarici istedadlarla quruldu. Real Madridin məşqçisi kimi qurduğu komanda isə tamamilə ispan futbolçularından ibarət idi.
Nar haqqında hər şey (film, 1983)
Filmdə Azərbaycanda yetişdirilən bu gözəl meyvənin tərkibindəki qidalı maddələrdən, vitaminlərdən, müalicə xassələrindən, bu məhsuldan hazırlanan dadlı şirələrdən, milli kulinariyada ondan istifadə edilməsindən söhbət açılır.
Yeva haqqında hər şey (film, 1950)
Yeva haqqında hər şey (ing. All About Eve) — 1950-ci ildə Rejissor Cozef Leo Mankeviç tərəfindən çəkilmiş amerikan dram filmi. Filmin ssenarisini Mankeviç Meri Orrun "Yevanın müdrikliyi"(ing. The Wisdom of Eve) hekayəsi əsasında yazmışdır. Bett Deyvis çox məşhur lakin, qocalmaqda olan Brodvey aktrisası Marqo Cenninq rolunu oynamışdır. Enn Bakster Cenninqin həyatına daxil olan və nəticədə həm onun karyerası, həm də şəxsi həyatı üçün təhlükəyə çevrilən cavan pərəstişkarı Yeva Xarrinqton rolunda çəkilmişdir. Digər personajları Corc Sanders, Selesta Holm, Xyü Marlou, Hari Merrill və Telma Ritter canlandırıblar. Film həmçinin Merilin Monronun kinoda rol aldığı ilk filmlərdən biridir. "Yeva haqqında hər şey" tənqidçilərdən yüksək rəylər qazanıb; film 14 nominasiyada "Oskar"a namizəd göstərilib (bu sayda nominasiyaya sonradan yalnız 1997-ci ildə, "Titanik" filmi namizəd göstərilmişdir) və ən yaxşı film nominasiyası daxil olmaqla 6 nominasiyada qalib olub. Kinematoqrafiya tarixində film klassika sayılır və 1990-cı ildə Birləşmiş Ştatların Milli Film reyestrində saxlanılmaq üçün seçilmişdir.
Bir milyon kiçik şey (teleserial, 2018)
Bir milyon kiçik şey (ing. A Million Little Things) - Amerikan Dram televiziya seriyası ansamblı, premyerası 2018-ci ilin payızında ABC telekanalında baş tutub. 26 oktyabr 2018-ci il tarixində premyerası edilmiş ilk mövsümü 17 epizoda qədər uzamağı bacardı. == Sujet xətti == Səkkiz yaxın dostdan biri gözlənilmədən intihar etdikdən sonra, geri qalan yeddi dost bir şey dəyişdirmək və nəhayət gerçəyi yaşamağa başlamaq lazım olduğunu başa düşürlər. == Rollarda == Devid Cuntoli — Eddi Savil, musiqi müəllimi, əri Ketrin və sevgilisi Delaylidir Ron Livinqston — Con Dikson, gözlənilmədən intihar edən uğurlu biznesmendir Romani Malko — Rum Hovard, ssenarist, Recinin əri Ellison Miller — Meggi Blum, psixoloq, Gerinin sevgilisi Kristina Mozes Recina Hovard — aşpaz, Roma həyat yoldaşı Kristina Oçoa — Eşli Morales, Conun assistenti Qreys Pak — Katerina, hüquqşünas, Eddinin həyat yoldaşı Ceyms Rodeyi — Geri Mendez, Eddinin dostu, Megginin oğlu Stefani Şostak — Delayla Dixon, John dul və mistress Eddie Tristan Bayon — Eddi və Katerinanın oğlu Teo Seyvil Lizzi Qrin — Sofiya Dikson, Con və Delaylanın 16 yaşlı qızı.
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (erm. Դաշնակցությունը անելիք չունի այլևս) — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır. Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb.
Toni Şey
Toni Şey (ing. Tony Hsieh; d. 12 dekabr 1973) — Amerikalı milyarder. "Zappos" korporasiyasının banisi. Toni Şey banisi olduğu "Zappos" korporasiyasını 1,2 milyard dollara "Amazon.com"a satmışdır. Toni Şey hazırda ABŞ-nin Las-Veqas şəhərindəki "Airstream Village" treylerlər parkında "Llamapolis" adlı avtokaravanda yaşayır. O, 2014-cü ildə Nyu-Yorkdakı elitar çoxmərtəbəli yaşayış kompleksinin 23-cü mərtəbəsindəki lüks mənzilini tərk etmiş və həmin vaxtdan bəri treylerdə yaşamağa başlamışdır. Milyarder 2013-cü ildə buraxılmış treyleri cəmisi 48 min dollara alıb. Toni Şey treylerində "Marli" adlı alpakası ilə birlikdə yaşayır. Treylerdə iki televizor, internet də var.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Şey (fəlsəfə)
Şey — maddi aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir Şey o biri Şeydən özünün keyfiyyət müəyyənliyi ilə fərqlənir. Şeylərin öz aralarındakı eyniyyət və fərq problemi, həmçinin Şeylərin obyekt və predimetdən fərqli problemi mühüm qnoseoloji və xüsusi-elmi problemdir.
Şey Boddinqton
Eşit məni
Eşit məni (türk. Duy Beni) — Rejissoru Ali Balcı, ssenari müəllifi Makbule Kosif, Zafer Özer Çetinel, Gülsev Karagöz, Okan Başar Bahar, Arzu Bıçakçı, Burcu Tatlıses, Feraye Gizem Kurt, Görkem Tüzün, İlayda Çelik Tez, Caner Güler, Meriç Demiray və Cüneyt Bolak tərəfindən yazılmış türk draması, romantik və gənclik televiziya serialı. İlk bölümü 7 iyul 2022-ci ildə yayımlandı. Baş rolları Berk Hakman, Ege Kökenli, Rabia Soytürk, Caner Topçu və Sümeyye Aydoğan paylaşır. Serial 17 noyabr 2022-ci ildə yayımlanan 20-ci bölümü ilə sona çatdı.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Daşnaksutyun Partiyasının edəcəyi bir şey yoxdur (hesabat)
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (erm. Դաշնակցությունը անելիք չունի այլևս) — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır. Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb.
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Safine-ye Süleymani
Safine-ye Süleymani (azərbaycanca: Süleymanın gəmisi) — Səfəvi sülaləsindən olan şah I Süleymanın (1666–1694) Siamda yerləşən Ayutiya krallığına göndərdiyi elçiliyin səyahətnaməsi nəzərdə tutulur. Səyahətnamənin mətni elçiliyin katibi Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim tərəfindən qələmə alınmışdır. Səyahətnamədə əks olunanlar Səfəvi imperiyasının bu dövrdə Hind okeanının şərq bölgələrindəki varlığı barədə mükəmməl məlumat verir. Həmçinin səyahətnamədəki məlumatlar əsasında Siamın XVII əsrin sonlarında tarixini öyrənmək üçün də istifadə edilə bilər. Bu səyahətnamə dünyanın bu xüsusi bölgəsi ilə Səfəvi imperiyasının əlaqələrinin tarixindən bəhs edən yeganə qaynaqdır. Muhammad Rabi' ibn Muhammad Ibrahim (1972). The Ship of Sulaiman (azərbaycanca: Süleymanın gəmisi). Con O' Kane tərəfindən tərcümə edilmiş və Nyu-York şəhərində yerləşən Kolumbiya Universiteti Nəşriyyatında nəşr edilmişdir. Bu tərcümə Britaniya Muzeyində saxlanılan əlyazma əsasında həyata keçirilmişdir. Həmçinin əsərin tərcüməsinə tərcüməçi tərəfindən qeydlər və giriş qismi əlavə edilmişdir.
Çan Ye-Şu
Çan Ye-Şu (11 fevral 1979) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çan Ye-Şu Çin Taybeyini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Çan Ye-Şu Çin Taybeyini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 7-ci pillənin sahibi olub.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
Düşün məni (mahnı)
Gözlə Məni (1980)
Gözlə məni — 1980-ci ildə çəkilmiş film. 1920-ci ilin baharı. İnqilab dalğası Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxır. Qırmızı ordu dəstələri yerli feodalların hakimiyyətini öz əllərinə alır, burada yeni qayda qanunlar yaradırlar... Filmin mərkəzində sıravi qırmızı ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın (Rasim Balayev) taleyi, onun bəy qızı Şahnaz xanıma (Tamara Yandiyeva) olan dramatik məhəbbət əhvalatı durur. Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir. Film dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında çəkilmişdir. Film Azərbaycan SSR-in və Azərbaycan SSR Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunmuşdur. Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Elçin, Elqa Lındina Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Əbdül Mahmudov Rejissor-stajçı: Elxan Qasımov Operator: Vaqif Muradov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: A. Rzazadə Montaj edən: Olqa Etenko Rejissor assistenti: Süleyman Əhmədov, T. Atakişiyev, R. Hüseynov Operator assistenti: Abbas Rzayev, Gennadi Pastuşkov Rəssam assistenti: Əziz Məmmədov, M. Manuvaxova Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu İşıq ustası: Rüstəm Rüstəmov Plyonka üzrə rəng ustası: F. Dadaşov Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: Asim Cəlilov Filmin direktoru: Davud Zöhrabov Rasim Balayev — Nicat Tamara Yandiyeva — Şahnaz Həsənağa Turabov — Böyük bəy Amaliya Pənahova — Fəxrəndə Həsən Məmmədov — Bahadur Məlik Dadaşov — Cabbar bəy Ələddin Abbasov — Həsənəli Şahmar Ələkbərov — Tahir Fərqanə Quliyeva — Gülgəz Muxtar Avşarov — Hümmət Şəmsi Şəmsizadə — Yunis bəy Süsən Məcidova — çörəkçi Valeri Malışev — Kanuryov Muxtar Maniyev — Balahüseyn Gəray Əlibəyov (K. Əlibəyov kimi) — Rəsul Eldəniz Rəsulov — Qaragöz Novruz Axundov — Mirzə bəy Gümrah Rəhimov — Xosrov Vəliəhd Vəliyev — komissar köməkçisi Məmməd Tələt Rəhmanov — kənd mülkədarı Sadıq Hüseynov — kəndli Kamil Məhərrəmov — nökər V. Postnikov — Andrey Ənvər Həsənov — Ömər Məmməd Bürcəliyev — bəy Zilli Namazov — qaçaq Zirəddin Tağıyev E. Səfərova F. Bayramov Rauf Qəniyev Rafiq Qasımov Qafar Həqqi — Sərxan Sədaqət Zülfüqarova Dadaş Kazımov — Dadaş Ömür Nağıyev — Bahadurun adamı Süleyman Əhmədov — kəndli Bahadur Əliyev Şahmar Ələkbərov — Nicat (Rasim Balayev) (titrlərdə yoxdur) Ramiz Məlikov — bəy (titrlərdə yoxdur) Hamlet Xanızadə — bəy (titrlərdə yoxdur) Eldəniz Zeynalov — Mirzə bəy (Novruz Axundov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — nökər (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Həsənəli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Xosrov (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Tahir (Şahmar Ələkbərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Rəsul (Gəray Əlibəyov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Kanuryov (Valeri Malışev) (titrlərdə yoxdur) Hacı İsmayılov — Andrey (V. Postnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — bolşevik (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Məni yaradan alim