DH

Diffie-Hellman Diffi-Helman
Deutsches Advisory Format (DAF)
DHCP
OBASTAN VİKİ
Anogeissus dhofarica
Anogeissus dhofarica (lat. Anogeissus dhofarica) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin annoqeyssus cinsinə aid bitki növü.
Bulbophyllum dhaninivatii
Bulbophyllum dhaninivatii (lat. Bulbophyllum dhaninivatii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dhaninivatii növü Tayland üçün endemik növdür.
DHCP
DHCP (Dynamic Host Configuration Protocol) - Dinamik IP adresilərini kompüterlərə paylayan bir xidmət növüdür. UDP 67 və 68 portlarını istifadə edir. Dynamic Host Configuration Protocol - yararları IP Adresləri avtomatik olaraq kompüterlərə paylanır. Böyük şəbəkələrdə İP toqquşmalarının qarşısı alınmış olur. Şirkət içərisində tez-tez yerini dəyişən kompterlər üçün İP dəyişmə çətinliyini aradan qaldırır. Wins, Gateway, Dns və s. kimi məlumatları birbaşa Server üzərindən daxil etmək imkanı yaradır. Dynamic Host Configuration Protocol - işləmə mexanizması. DHCP Server və DHCP Client-lər İP alış-verişini 4- addımda gerçəkləşdirir. DHCP Discovery DHCP Offer DHCP Request DHCP Acknowledgment 1.DHCP Discovery – Şəbəkəyə daxil olmuş yeni kompüter bir İP adresi axtarışına çıxar.
DHZB
Almaniya Berlin Ürək Mərkəzi (alm. Deutsches Herzzentrum Berlin‎ və ya qısaca: DHZB) — qeyri-kommersiya fondu kimi təşkil edilmişdir. Berlinin tibb və tədqiqat mərkəzidir. Mərkəz ürək-damar xəstəliklərinin müalicəsi sahəsində və həmçinin ürək və ağciyər transplantasiyası üzrə ixtisaslaşmışdır. == Ümumi məlumat == Bu mərkəzin ilk təməl daşı 1983-cü ildə qoyulmuş və ilk əməliyyat 1986-cı ilin aprel ayında keçirilmişdir. Hal-hazırda DHZB-də 3000-ə yaxın açıq ürək əməliyyatı və 2 000-dən artıq digər ürək əməliyyatları olunur. Bundan əlavə 100-ə yaxın ürək və agciyər transplantasiyası və 500-dən çox anadangəlmə ürək çatışmazlığının aradan qaldırılması üzrə əməliyyat keçirilir. Hər il mərkəzdən 8000 stasionar və 16000 ambulator xəstə keçir. 1 yanvar 2011-ci ilin statistikasına görə mərkəzdə 1700-dən çox ürək transplantasiyası edilib, onlardan 174-ü uşaqlarda transplantasiya olunub, və həmçinin 1668 süni ürək implantasiyası aparılıb, onlardan 135-i uşaqlara implantasiya olunub. Almaniya Berlin Ürək Mərkəzi ictimai qeyri-kommersiya fond xarakterli Vətəndaş Hüquqları Qürumudur (alm.
Dhammakayya
Dhammakayya — Cənub-Şərqi Asiyada, xüsusilə də Tailandda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu hərəkat son bir neçə onillik ərzində sürətlə inkişaf etmişdir. Bu kult uçan naməlum obyekt (UNO) formasında olan və içərisində qızıl və titan təbəqə ilə örtülmüş 300 min Budda heykəlinin yerləşdiyi məbədi ilə məşhurdur. Burada 3000-ə yaxın rahib yaşayır, hər gün Dhammakayya hərəkatının on minlərlə üzvü üçün kütləvi ibadətlər təşkil olunur. Kult maliyyə fırıldağı, bidətçi təlimlər, yalançı möcüzələr və dini liderləri Phra Dhammaçayonun şəxsiyyətinə pərəstişə görə tənqidlərə məruz qalır. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh.
Dharma
Dharma və ya dhamma (sanskr. धर्म dharmaIAST, dhammaIAST "təlim", "qanun") — hind fəlsəfəsi və hind dinlərində ən vacib anlayışlardan biridir. Dharma, kosmik nizamı qorumaq üçün zəruri olan müəyyən edilmiş norma və qaydaların məcmusu kimi təsvir edilə bilər. Dharma anlayışına ekvivalent tapmaq çətindir. "Dharma" sözü hərfi olaraq "tutan və dəstəkləyən" kimi tərcümə olunur (Sanskrit köklü söz dhar və ya dhri dhṛ — "tutmaq, dəstək vermək" deməkdir). Kontekstdən asılı olaraq, dharma "mənəvi prinsiplər", "dini vəzifə", "ümumbəşəri olma qanunu" və s. kimi tərcümə oluna bilər. Dharma, hind dinlərinin doktrinalarında əsas rol oynayır, hər biri dharmik prinsiplərini qəbul edir və tətbiq edir. Hind dini ənənələrində, dharma normalarına uyğun yaşayan insanların mokşa ya da nirvanaya nail olmaları ümumiyyətlə qəbul edilir. Hind cəmiyyətində dharma, hər bir şəxsin hüquq və vəzifələri barədə dini və mənəvi bir doktrinadır.
Dharmendra
Dharmendra (əsl adı Dharam Sinqh Deol , ing. Dharam Singh Deol; doğ. 8 dekabr 1935, Paqhvara, Pəncab, Hindistan) — hind aktyoru, prodüseri və siyasətçisi. == Həyatı == Dərməndər 8 dekabr 1935-ci ildə Hindistanın Pəncab əyalətinin Paqhvara şəhərində doğulub. Mühafizəkar bir ailədə dünyaya gəldiyindən kinoya çəkilməyi ancaq arzulaya bilərdi.
Dhaulagiri
Dhaulagiri (sanskrit. «Ağ dağ») — Himalay dağlarında çox zirvəli dağ massivi. Massivin əsas zirvəsi — Dhaulagiri I (8167 m) -dir. Dhaulagiri dünyanın yeddinci ən hündür səkkizminliyidir. == Coğrafiyası == Dhaulagiri dağ massivi Nepalın mərkəzi hissəsində yerləşir. O Əsas Himalay silsiləsinin cənub hissəsində olub qərbdən Qandak çayı ilə kəsilib. Massiv ümumən Mayangdi və Gandak çayları arasında yerləşir. Dhaulagiridən 34 km şərqdə Annapurna zirvəsi yerləşir. Dhaulagirinin zirvəsi əsasən kristallik özüllü əhəngdaşından təşkil olunub. Dhaulagiri əsas 11 zirvədən ibarətdir.
Dholavira
Dholavira - Hindistanın qərbində yerləşən Qucarat ştatının Kaç yarımadasında Tunc dövrünə aid (e.ə. III minilliyin sonu-II minilliyin əvvəlləri) aid yaşayış məskəni. == Tədqiqi == Dholavira şəhəri 1968-1969-cu illərdə hind arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur. Dholavirada 1986-1994-cü illərdə R,S,Bişt tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Stratiqrafiya baxımından "Harappayaqədərki" (I, II), "Harappa" (III, IV, V), "Harappadansonrakı" (VI, VII) dövrləri müəyyənləşdirilmişdir. Dholavira yaşayış məskənində I-V dövrlər Harappa mədəniyyəti variantlarından birini əks etdirir. Artıq "Harappayaqədərki" dövrlərdə Dholavira məskəninin daş qaya parçalarından və Harappa mədəniyyəti üçün səciyyəvi olan 4:2:1 ölçülü çiy kərpiçdən (bu kərpiclərdən evlər də tikilirdi) inşa olunmuş müdafiə divarı var idi. Künclərə yonulmuş daş lövhələrdən üzlük çəkilməsi ilə təkmilləşdirilmiş bu tikinti texnikası "Harappa" dövrlərində də saxlanılmışdı. III-V dövrlərdə kvadrat formalı şəhər (sahəsi 50 ha) Harappa və Mohenco-Daro ilə müqayisədə unikal plana malik idi: şimal hissəsində "aşağı şəhər", qərbdə künclərində kvadratşəkilli bürcləri olan "orta şəhər" yerləşirdi; cənubdan olan orta şəhərə təsərrüfat həyəti və sarayı (hündürlüyü 15-18 m) olan "narınqala" (sahəsi 4 ha) bitişirdi; möhkəmləndirilməmiş "şəhərətrafı" var idi. Dholaviranın bütün hissələrində dünyanın dörd tərəfinə istiqamətləndirilmiş, düz küçələrin əmələ gətirdiyi kvadrat planlı məhəllələr, drenaj sistemi və dairəvi su quyuları var idi.
Dhothar
Dhothar bir jat qəbiləsi. Dhotharlar Pakistan və Hindistanın Pəncab əyalətində yaşayırlar. Pakistanda yaşayan dhotharlar müsəlman və Hindistanda yaşayan dhotharlar siqhizm etiqadlıdırlar.
Dhoti
Dhoti (hind. धोती, dhotīIAST) — Cənubi və Cənub-Şərqi Asiyada, xüsusən də Hindistanda yayılan ənənəvi kişi geyim növü. Bu ayaqları və kalçaları ətrafına bükülmüş 2-5 m uzunluğunda parça düzbucaqlı bir zolaqdır. Adətən, ağ və ya bir rəngli bir parça istifadə olunur, bəzən kənarında bir bəzək ilə bəzədilir. Geyindikdə, dar şort və ya qısa haram şalvarlara bənzəyir. Hindistanın cənubunda və Pəncabda dhoti ənənəvi olaraq yubka-şum şəklində geyildi. Dhotinin uzunluğu kasta ayrılığının əlaməti ola bilər: ali kastaların üzvləri, bir qayda olaraq, uzun dhoti, aşağı qala nümayəndələrinin işləməyə daha uyğun olanları daha qısa idi. Cənubi Hindistanda dhotinin istifadəsi də geniş yayılmışdır. Tamil Nadu əyalətində veshi kimi tanınır və sadəcə beldə qıvrılır. Dhoti geyinməyin bu üsulu Kerala və Karnatakada da adi haldır.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
HAL Dhruv
HAL Dhruv ― HAL tərəfindən istehsal edilmiş Hindistan mənşəli çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 20 avqust 1992-ci ildə reallaşdırıb və 2002-ci ilin mart ayından xidmətə qəbul edilmişdir. Dhruv sözü Sanskrit dilindən tərcümədə sarsılmaz, möhkəm deməkdir. Vahidinin qiyməti 6.2 milyon ABŞ dolları dəyərindədir.
Katherine Simonds Dhanani
Katherine Simonds Dhanani — ABŞ-nin Somalidəki səfiri (25 fevral 2015-ci ildən). Dhanani Somalidən əvvəl Hindistan, Meksika, Konqo kimi ölkələrdə müxtəlif vəzifələrdə olmuş, Keniyada ABŞ XİN-in Afrika üzrə bürosunun direktoru kimi çalışmışdır.
Nat Geo Kids Abu Dhabi
«Nat Geo Kids Abu Dhabi» — «Milli Coğrafiya Cəmiyyəti» və «Abu Dhabi Media Company» şirkətlərinin sahibləndiyi və uşaqlar üçün yayımlanan BƏƏ telekanalı. Telekanal 20 noyabr 2017-ci ildən Nilesat peyki vasitəsilə sərbəst şəkildə yayımlanır. Kanalın verilişləri həmçinin elm, coğrafiya və təbiət elmlərinə aid olan sənədli filmləri də əhatə edir. Doki DIY Science Animal Atlas Are we There Yet? Born to Explore Bear Nomad Super Genius Snapshots Cesar to the Rescue Majid Block Earth Tripping Vitaminix Weird but True!
Nazo Dharejo
Nazo Dharejo (sind dlində: نازُو ڌَاريجو, Naz Muxtiyar Dharejo və Vaderi Nazo Dharejo kimi də tanınır; 1977) — Pakistanlı fəal və siyasətçi. Onun öz kişi qohumlarına qarşı təsərrüfat torpağını müdafiə etməsi "Pakistanın ən mübariz qadını" ünvanı almasına və haqqında 2017-ci ildə "Mənim saf yurdum" filminin çəkilməsinə səbəb olmuşdur. Nazo Dharejonun atası Hacı Xuda Bukş Xan Dharejo Zəmindar ailəsindən olan torpaq sahibi idi. Onun Pakistanın Sind əyalətində şəxsi təsərrüfat ərazisi var idi. Nazo Dharejo onun ikinci arvadından - Vaderi Jmzadidən olan ən böyük qızı idi. O, Qazi Əhməddə havelidə doğulmuşdur. Hacı Xuda Bukş Xan Dharejo qızları üçün müəllimlər işə götürərək onlara Sind dili ilə yanaşı urdu və ingilis dillərini də öyrətmişdi. Nazo Dharejo daha sonra Sind Universitetində iqtisadiyyat elmləri üzrə bakalavr dərəcəsini alır. Hacı Xuda Bukş öz qızlarını oğlu kimi böyüdür və odlu silahlardan istifadə etməyi öyrədir ki, ehtiyac yarananda öz ailə torpaqlarını müdafiə etsinlər. Hacı Xuda Bukşun atasının (Nazo Dharejonun babası) 4 həyat yoldaşı və bir neçə oğul övladı var idi.
Ton Dhık Thanq
Ton Dhık Thanq (vyet. Tôn Đức Thắng; 20 avqust 1888[…], Lonqsyuen[d], Fransa Hind-Çini, Fransa – 30 mart 1980[…], Hanoy) — Vyetnam kommunist dövlət xadimi, Vyetnam Demokratik Respublikasının ikinci və sonuncu prezidenti, birləşmiş Vyetnam Sosialist Respublikasının birinci prezidenti. Ton Dhık Thanq anadan olmuşdur. O, 1930-cu ildə Vyetnam Kommunist Partiyasına (VKP) daxil olmuşdur. Thanq 1951-ci ildən VKP MK-nın üzvü idi. O, 1950–1969-cu illərdə Vyetnam–Sovet Dostluğu Cəmiyyətinin sədri, 1955–1960 illərdə Vyetnam Demokratik Respublikasının (VDR) Milli Məclisi Daimi Komitəsinin sədri, 1960–1969-cu illərdə VDR-in prezident müavini, 1969–76 illərdə prezidenti olmuşdur. O, 1976–1980 illərdə Vyetnam Sosialist Respublikasının prezidenti idi. Thanq 1955-ci ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə" görə "Lenin" mükafatına layiq görülmüşdür. O, "Lenin" ordeni ilə təltif olunmuşdur.
DHKP/C
İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi — Türkiyədə fəaliyyət göstərən və xalq hakimiyyəti qurmağa çalışan marksist-leninist təşkilatıdır. Keçmiş adı İnqilabçı Sol olan təşkilat Dursun Karataş tərəfindən 1970-ci illərdə yaradılmışdır. Təşkilatın hədəfi oliqarxiya və burjua cəbhələridir. == Terror aktları == 9 iyun 1995-ci il İstanbulda bir polis əməkdaşı Demokratik Yol Partiyası binası qarşısında biri qadın daxil 3 terrorçu tərəfindən öldürülmüşdür. 29 sentyabr 1995-ci il İstanbulda iki əsgər Daxili qoşunlar komandirliyi binası qarşısında məşhur terrorçular Mustafa Duyar ilə İsmayıl Akkol tərəfindən öldürülmüşdür. 9 yanvar 1996-cı il İstanbulda iş adamı Özdəmir Sabancı Haluk Gürgen və sekretar Nilgün Hacetepe holding şirkətində qətlə yetirilmişlər. 23 may 1991-ci il Adana Bölgə Daxili qoşunlar komandiri Temel Cingöz güllələnərək öldürülmüşdür. 30 yanvar 1991-ci il Ankarada təqaüddə olan general Hulusi Sayın evinin qarşısında silahlı basqın nəticəsində öldürülmüşdür. 13 oktyabr 1991-ci il İstanbulda təqaüddə olan orgeneral Adnan Ərsöz evində üç terrorçu tərəfindən öldürülmüşdür. 19 avqust 1991-ci il Türk-İngilis birgə quruluşu olan Siğorta şirkətinin Ümumi Mödir müavini Andrev Bloke öldürülmüşdür.