Sivriyarpaq ağcaqayın
Avropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır.
Hündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir.
Məhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür.