die

1. Art., s. der; pl. onlar; die (da) sg. bu xanım, bu qadın; pl. onlar; 2. pron. (G deren); die Frau, ~ ich sehe gördüyüm qadın
didaktisch
Dieb
OBASTAN VİKİ
Die Welt
«Velt» (alm. Die Welt‎ ) — alman işgüzar elitasının nümayəndələri tərəfindən məşhur olan «Aksel Şprinqer-ferlaq» nəşriyyatının nüfuzlu (709 min oxucu) gündəlik qəzeti. Bir çox analitik material dərc edir. İlk buraxılış 2 aprel 1946-cı ildə Hamburqda İngilis işğal orqanları tərəfindən buraxıldı. Tirajı — 251.000 nüsxə. Nəşr mühafizəkar bir oriyentasiyaya sadiqdir və ispaniyanın El Pais, italyan La Repubblica, fransız Le Figaro, belçika Le Soir və isveçrə Tages-Anzeiger və Tribune de Geneve-in də daxil olduğu LENA (Leading European Newspaper Alliance) yaradıcı ittifaqının qurucularından biridir. Die Welt, 1946-cı ildə Hamburqda ingilis işğalçı qüvvələri tərəfindən Times qəzetinə əsaslanan "keyfiyyətli bir qəzet" çıxarmaq məqsədi ilə quruldu. Əvvəlcə xəbər və redaksiya məzmununu İngilis nöqteyi-nəzərindən yayımladı, lakin 1947-ci ildən biri İngilis və biri Alman olmaqla böyük məsələlərə dair iki aparıcı məqalə təqdim etmək siyasətini qəbul etdi. Qəzet Axel Springer tərəfindən 1953-cü ildə alınıb. 1993-cü ildə qəzetin tirajı 209 677 nüsxə təşkil edirdi.
Die Neue Zeit
«Die Neue Zeit» (Yeni vaxt) — Almanyanin sosial-demokrat tərəfinin marksist nəzərli jurnal. Buraxılış tarixi 1883-1923-cü illər. Redaktorlar Karl Kautski və Emanuil Vurm, 1917-ci ildən sonra — Genrix Kunov.
Die Lit
Die Lit — amerikalı repçi Playboi Carti-nin ilk studiya albomu. 11 may 2018-ci ildə AWGE və Interscope Records tərəfindən buraxılıb. Albomda repçilər Skepta, Trevis Skott, Lil Uzi Vert, Pi'erre Bourne, Niki Minaj, Brayson Tiller, Chief Keef, Gunna, Red Coldhearted, Young Thug və Young Nudy qonaq ifaçı kimi yer alıblar. Albomun prodüserliyində Pi'erre Bourne, Don Cannon, Maaly Raw və başqalarının iştirakı olub.
Born to Die
Born to Die — amerikalı müğənni-bəstəkar Lana Del Reyin ikinci studiya albomu. 27 yanvar 2012-ci ildə Interscope Records və Polydor Records tərəfindən buraxılmışdır. Albomun The Paradise Edition adlı başqa versiyası 9 noyabr 2012-ci ildə buraxılıb.
Ready to Die
Ready to Die — The Notorious B.I.G. repperin debüt albomudur. 1994-cü ilin sentyabrın 13-ü buraxılmışdı. Albom 1993 və 1994 illər arasında, Nyu-York şəhərin "The Hit Factory" və "D&D Studios" studiolarında yazılmışdı. Bu albom cavan repperin yaşadığı zaman yeganə buraxılmış albomudur. Ready to Die albomu, Dr. Dre, Snoop Dogg və digər tanınmış "west-coast hip-hop" repperlərin əksinə şöhrətini itirmiş "east-coast hip-hop" janrını təzədən canlandırdı. Bir neçə musiqi kritiklər tərəfindən bu albom ən yaxşı hip-hop albomlardan biri kimi qiymətləndirilib, 2003-cü ildə Rolling Stone jurnalının "500 Greatest Albums of All Time" siyahının 133-cü yeri tutub, 2006-da isə Time jurnalı bu albomu bütün zamanın 100 ən yaxşı albomlarının arasına əlavə edib.
Schwarzbraun ist die Haselnuss
Schwarzbraun ist die Haselnuss (azərb. Qara qəhvəyi şabalıd‎) — XIX əsr alman xalq mahnısı. Birinci və İkinci dünya müharibəsində hərbi marş kimi işlədilmişdir.
No Time to Die
"No Time to Die" — 2021-ci ildə buraxılmış Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur"un soundtreki. Mahnı amerikalı müğənni Billi Ayliş tərəfindən ifa olunmuşdur. O, mahnını qardaşı Finneas ilə birlikdə yazıb. Orkestr Hans Zimmer tərəfindən idarə olunub, prodüserliyi Finneas O'Konnell və Stiven Lipson tərəfindən edilib. Mahnı 13 fevral 2020-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Billi Ayliş Ceyms Bond filmi üçün mahnı yazan ən gənc sənətçi olmuşdur. Billi mahnıya görə "Qremmi", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına layiq görülmüşdür.
Legends Never Die (League of Legends mahnısı)
Legends Never Die (azərb. Əfsanələr heç vaxt ölmür‎) – Against the Current pop-rok qrupunun ifası ilə buraxılmış League of Legends mahnısı. 24 sentyabr 2017-ci ildə 2017 League of Legends Dünya Çempionatının özəl mahnısı kimi buraxılmışdır. Mahnının sözləri Riot Games Musiqi Komandası, Aleks Siver və Castin Tranter tərəfindən yazılmış, prodüserləri Riot Games Musiqi Komandası, Aleks Siver və Oliver olmuşdurlar. Alan Uolker mahnının remiksini hazırlamışdır. 18 oktyabr 2017-ci ildə League of Legends rəsmi YouTube kanalında musiqili videosunu buraxmışdır. Legends Never Die (feat.
Diedropetala
Mahmızçiçək (lat. Delphinium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Gülçülükdə mahmızçiçəyinin aşağıdakı çoxillik növlərindən istifadə olunur. İrigüllü mahmızçiçək (D. grandiflorum) kökümsovlu bitkidir. Onun sallaq gövdəsi 60 sm hündürlüyə çatır. Göy rəngli çiçəkləri gövdənin yuxarı hissəsində salxım çiçək qrupuna yığılmış bu bitkinin vətəni Altay, Şərqi Sibir, Uzaq Şərq, Monqolustan və Çinin şimalıdır. Mədəni mahmızçiçək (hibrid) (D.x. cultorum) (D.x. hybridum). Mahmızçiçəyinin ilk hibrid çeşidləri XIX əsrin ortalarında yaranmış, azləçəkli, çoxləçəkli çiçəkləri ilə xarakterizə olunur.
Dielektrik itkiləri
Dielektrik itkiləri — dielektrik elektrik sahəsində yerləşən zaman sərf edilən aktiv güc və ya enerjidir. Dielektrik itkiləri həm sabit,həm də dəyişən gərginlikdə baş verə bilər.Dielktrik itkiləri əsas etibarı ilə aşağıdaki səbəblərdən yaranır Elektrik keçiriciliyi hesabına yaranan; Dipol-relaksasiya və ya gecikmiş polzarizasiya hesabına yaranan; Strukturun q/l keçiricliyi hesabına yaranan. Tərkibində qaz qabarcıqları olan dielekriklərdə ionlaşma, hesabına yaranan dielektrik itkiləri və s. dielektrik itkilərinin yaranmasının əsas səbəbi elektrik sahəsində dielektriklərdə baş verən fiziki proseslərin,sona çatması üçün əlavə enerjinin sərf olunmasıdır. Dielektriklər itkiləri,dielektrikdə səpələnən enerji istilik enerjisinə çevrilir və dielektrik elektrik sahəsində əlavə olaraq qızır. Buna görə də dielektrik itkiləri xoşagəlməz hal kimi qəbul edilir. Lakin bütün dielektriklərdə elektrik sahəsində mövcuddur. Dielektrik itkiləriniin qiyməti nə qədər az olsa bir qədər yaxşıdır. Sabit gərginliklərdə dielektriklərdə yaranan itkilərin əsasən keçiriclik hesabına yaranması itkilərlə xarakterizə olunur. Dəyişən gərginlikdə isə keçiriclik hesabına yaranan itkilərdən əlavə həm də polyarizasiya hesabına itkilər yaranır.Elektrik və ion polyarizasiyasl dielektrik itkiləri yaratmır.
Dielektrik nüfuzluğu
Dielektrik nüfuzluğu – dielektrik mühiti xarakterizə edən nisbi fiziki kəmiyyətdir və bu mühitdə iki elektrik yükünün qarşılıqlı təsir qüvvəsinin vakuuma nisbətən neçə dəfə az olduğunu göstərir. Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən aslıdır. Dielektrik nüfuzluğu elektrik sahəsinin tezliyindən, temperatur və təzyiqdən asılıdır.
Dielektriklər
Dielektriklər — elektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, maye və bərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir. Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır. Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E. Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
Dielektriklərin polyarlaşması
Dielektriklərin polyarlaşması — elektrik sahəsinin təsiri altında dielektrikin əlaqəli elektrik yüklərinin sahə istiqamətində kiçik məsafələrə yerdəyişmə etməsidir. Dielektriklərə elektrik sahəsi ilə təsir etdikdə ,onlarda baş verən əsas fiziki proses dilektrlərin polyarlaşmasıdır.Polyarlaşma ilə əlaqədar yüklərin kiçik məsafələrə yerdəyişmə etməsi, yaxud da dipol molekulların sahə istiqamətində oriyentasiya olunmasıdır. Dielektriklərin polyarlaşması ilə əlaqədər proseslər barədə dielektrik nüfuzluğunun qiymətinə görə fikir söyləmək olar və əgər dilektriklərin polyarlaşması dielektrikin qızmasına səbəb olan enerji itkiləri ilə müşayət olunarsa, dielektrik itki bucağının qiymətinə görə fikir söyləmək olar. Texniki dielktriklərdə sərbəst yüklərin olmasına görə elektrik gərginliyi ilə təsir etdikdə onlarda çox kiçik qiymətə malik, dielektrik qlınlığından və onun səthindən keçən keçiricilik cərəyanı yaranır. Bu hadisə ilə əlaqədər olaraq dielktrik xüsusi həcmi keçiricilik və xüsusi səthi keçi-riciliklə xarakterizə olunur. Xüsusi həcmi və səthi müqavimətinin xüsusi həcmi səthi tərs qiymətinə uyğundur. İstənilən dielktrikin onun üçün xarakterik olan müəyyən şəraitdə işçi gərginliyinin məhdud qiyməti vardır.Bu gərginlikdən yüksək gərginliklərdə dielektrikin deşilmə hadisəsi baş verir,bu zaman izolzasiya xassələri təmamilə itir. Elektrik sahəsinin təsiri altında dielektrikin əlaqəli elektrik yükləri sahə istiqamətində kiçik məsafələrə yerdəyişmə edir. Müsbət yüklər sahə istiqamətində, mənfi yüklər isə sahəyə əks istiqamətdə yerdəyişmə edirlər. Elektrik sahəsi götürüldükdən sonra yüklər öz əvvəliki halına qayıdırlar.
Dielitzia
Dielitzia (lat. Dielitzia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Diels
Lüdviq Diels (alm. Friedrich Ludwig Emil Diels‎, 24 sentyabr 1874[…], Hamburq – 30 noyabr 1945[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya botaniki və səyyahı. Dielsantha E.Wimm. Dielsia Gilg Dielsiocharis O.E.Schulz Dielsiochloa Pilg. Dielsiothamnus R.E.Fries alm. Engler H.G.A., Diels L., Stubbe H., Noack K. Das Pflanzenreich: Regni vegetabilis conspectus. Stuttgart: Engelmann, Wiesbaden: Harrassowitz.‎ alm. Diels L. Pflanzengeographie. – Leipzig: G.J. Göschen. 1908‎ alm.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.
Dien monomerləri
Dien karbohidrogenləri - butadien, izopren və xlorpren - sintetik kauçukların alınması üçün əsas monomerlərdir. Hal-hazırda istehsal olunan rezin məmulatlarının çeşidi 100min addan çoxdur. Sintetik kauçukların dünya üzrə istehsalı həm həcminə, həm də inkişaf tempinə görə təbii kauçukların istehsalınıl xeyli ötmüşdür. Rezin məmulatlarının istehsalının inkişafı (xüsusən şin sənayesi məmulatlarının) bu monomerlərinin istehsalı üçün davamlı, istiqamətləndirilmiş xammal mənbələrinin yaradılmasının vacibliyini şərtləndirir. Bütün kauçukların iki böyük qrupa bölünməsi qəbul olunmuşdur: -ümumi təyinatlı; -xüsusi təyinatlı. Ümumi təyinatlı kauçuklar təbii kauçuklar kimi şinlərin, müxtəlif rezintexniki məmulatların istehsalı üçün istifadə olunur ki, bunlardan yağ və benzinə davamlılıq, aqressiv mühitə, yüksək temperatura və s. qarşı dözümlülük tələb olunmur. Ən kürləvi, ümumi təyinatlı kauçuklar 1,4-sisizopren və 1,4-sis-butadien kauçuklardır. Bunların, sintetik kauçukların ümumi istehsalına görə həcmi 60%-ə yaxındır. Xüsusi təyinatlı kauçuklar - bəzi göstəricilərinə görə elastomerlərdən üstün rezinlər, xeyli az həcmdə, ancaq geniş çeşidlə buraxılır.
Dienlər
Dien karbohidrogenləri və ya Alkadienlər - molekulları arasında iki ikiqat rabitəsi olan karbohidrogenlərə deyilir. Formulu: C n H 2 n − 2 {\displaystyle ~C_{n}H_{2n-2}} Alkadienlərdən allen və divinil qaz, izopren və digər sadə dienlər isə mayedir. Kumulə olunmuş dien karbohidrogenlərindən allenlərin İQ-şüada valent titrəyişlərinin udma spektri 1950 sm-1-olur. 1,3 alkadienlər üçün tezliyin azalması və valent titrəişlərinin zolaqları intensivliyinin artması (1600 sm-1) müşahidə olunur.
Dienov Andres Koka
Dienov Andres Koka (2 avqust 1996) — Konqolu üzgüçü. Dienov Andres Koka Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Dienov Andres Koka birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.00 saniyəlik nəticəsi ilə 82-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Dieqo-Ramires adaları
Dieqo-Ramires adaları (isp. Islas Diego Ramírez) — Adaların ümumi sahəsi 1 km²-dən çoxdur. Horn burnundan cənub qərbdə yerləşir. Şimalda cənuba adalar 8 km məsafədə yerləşir. Arxipelaqın ən böyük adası Bortolomedir. Böyüklüyünə görə ikinci böyük adası Qonsalo adasıdır. Bölgədən keçən gəmilərin çoxu adaların yaxınlığındsn keçir. Adaların iqlimi rütübətli və yağışlıdır. Orta aylıq temperaturu +3,2°S (iyul-avqust) +7,5 °S (yanvar-fevral), orta +5,2 °S. Yayda 94 mm (oktyabr) - 137 mm (mart), ümumən isə 1368 mm olur. Yayda əsasən yağıntılar yağış, qışda isə qar halında düşür.
Dieqo Armando Maradona
Dieqo Armando Maradona (30 oktyabr 1960[…], Lanus[d], Buenos-Ayres əyaləti[d] – 25 noyabr 2020, Diqe-Luxan[d], Buenos-Ayres əyaləti[d]) — Argentinalı keçmiş futbolçu və məşqçi. 25 noyabr 2020-ci ildə vəfat edib. O, klub karyerası ərzində "Argentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Newell's Old Boys" klublarında oynayıb. Gənclər arasında dünya çempionu 1979. 1986 Dünya Kubokunun ən yaxşı oyunçusu. 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu. İki dəfə dünya çempionatlarının simvolik komandalarının üzvü. "Boka Xuniors" ilə Argentina çempionu, "Napoli" klubu ilə ikiqat İtaliya çempionu. FİFA-nın rəsmi saytında səsvermə yolu ilə 20-ci əsrin ən yaxşı futbolçusu 53,6% səs toplayıb; FİFA Futbol Komissiyasının məlumatına görə isə, Maradona 20-ci əsrin 3-cü futbolçusudur. Klassik 10 nömrə mövqeyində oynayan və yaradıcı pleymeyker olan Maradona, transfer qiyməti ilə iki dəfə dünya rekordu qıran ilk oyunçu olub.
Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısı
Bu Argentina milli futbol komandasının şərəfini qorumuş, Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısıdır. O, millinin tərkibində ümumilikdə 91 matç keçirmiş və 34 dəfə fərqlənə bilmişdir. Millidə ilk debütünü 27 fevral 1977-ci ildə Macarıstan yığmasına qarşı etmişdir. Əsas millinin tərkibində isə ilk qoluna Şotlandiya millisinə 3-1 hesabı ilə qalib gəldikləri oyunda vurmuşdur. Hesablar və nəticələrdə ilk olaraq Argentina göstərilib:.
Dieqo Bisesvar
Dieqo Marvin Bisesvar ({{Dil-nl|Diego Marvin Biseswar}; 8 mart 1988, Amsterdam) — Surinam və Niderland futbolçusu, futbol üzrə Yunanıstan çempionatında çıxış edən "PAOK" FK-nın və Surinam milli futbol komandasının vingeri. 2005-ci ildə Bisesvar gənclərdən ibarət Niderland milli komandasının tərkibində İtaliyada keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. Bisesvar 27 mart 2021-ci ildə 2022 Dünya Kubokunun təsnifat mərhələsi zamanı Aruba ilə matçda debüt etmişdir. O, 2021 CONCACAF Qızıl Kuboku üçün oyunlarda heyətə daxil edilmişdir.
Dieqo Brandao
Diyeqo Pereyra Brandao - Braziliyalı UFC döyüşçüsü. 1987-ci ildə Braziliyanın Mayamisi sayılan Fortaleza şəhərində anadan olmuşdur. 2005-ci ildən peşəkar döyüşlərə başlayan Diyeqo UFC-nin keçirdiyi bir çox şou xarakterli yarışlardada iştirak etmişdir,ümumilikdə MMA üzrə keçirdiyi 28 döyüşdən 18 qalib,10-da isə məğlub olmuşdur.Braziliya ciu-citsusu üzrə qara kəmər ustasıdır.
Dieqo Forlan
Dieqo Forlan (19 may 1979[…], Montevideo) ― 19 may 1979-cu ildə Uruqvayın paytaxtı Montevideo şəhərində anadan olmuşdur. Uruqvaylı futbolçudur. Uruqvay Premyer Liqasında mübarizə aparan Penarol klubunun 10 nömrəli futbolçusudur. Karyerası ərzində iki dəfə İspaniya La Liqasının "Piçiçi" mükafatına layiq görülmüşdür. İki dəfə "Qızıl buts" mükafatına qazanmışdır.
Dieqo Kao
Dieqo Kan (port. Diogo Cão) - Portuqaliyalı dəniz səyyahlarından biri. 1480-cı ildə Qərbi Afrika sahillərini kəşf etmişdir. Dieqo Kan uzun müddət Portuqaliyanın müstəmləkəsində qalmış Anqolanın tabe edilməsində xüsusi fərqlənmişdir. Dieqo Kanın harada və neçənci ildə doğulması barədə dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda Portuqaliya krallığında Villa Real şəhərində 1452 -ci ildə Alvaro Fernandes və Qonzales Kaonun nikahdan kənar övladı olaraq doğulduğu göstərilmişdir. Portuqaliyalı dəniz səyyahlarının müxtəlif ərazilərə səfərlər təşkil etdiyi dövrdə, səfərlərə qatılmışdır. Dieqo Kanın ilk səfəri Afrika qitəsinin cənub istiqamətində başlamışdır. Gəmiçi Henrinin 1460-cı ildə vəfat etməsində sonra durğunluq dövrünü yaşayan Çoğrafi kəşflər Portuqaliya krallığının yeni kralı II İohanın taxta çıxmasından sonra yenidən canlanır. II İohanın əmri ilə Dieqo Kao Afrika qitəsinə səfərlərinə yenidən başlayır.
Dieqo Kosta
Dieqo Kosta- Braziliya əsilli ispan futbolçu.İspaniya millisinin və Atletiko Madridin heyətində çıxış edir.
Drosera dielsiana
Drosera dielsiana (lat. Drosera dielsiana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Drosera dietrichiana
Gorilla gorilla diehli
Qərb çay qorillası və ya Çay qorillası (lat. Gorilla gorilla diehli) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv . Bu yarımnövə daxil olan canlılar əsasən Nigeriya ilə Kamerun arasında sərhəddə cəmləşmişlər. Tropik və subtropik enliyarpaq meşələrdə yayılmışlar. Afrikanın digər primatlarına nisbətdə daha həssas canlılar hesab edilirlər. Digər yarımnövdən baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər. Ayrıca yarımnöv kimi 2000-ci ildən bəri göstərilir. Bununla belə əvvəlki araşdırmalar da onların ayrı bir yarımnöv olmasını təsdiq etmişdir. Çay qorillalarının sayı 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər.
Grevillea dielsiana
Grevillea dielsiana (lat. Grevillea dielsiana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea dielsiana (C.A.Gardner) Christenh.

Digər lüğətlərdə