DİLŞADLIQ
DİLŞÜNASLIQ
OBASTAN VİKİ
Teymur Kərimov (dilşünas)
Teymur Kərimli (tam adı: Kərimli Teymur Həşim oğlu; 2 oktyabr 1953, Nürgüt, Ordubad rayonu) — filologiya üzrə elmlər doktoru, akademik, tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvü (2014). Hazırda AMEA Əlyazmalar İnstitutunun direktorudur. Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində doğulmuşdur. Teymur Kərimli orta məktəbi qızıl medalla bitirib (1970), indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1975), Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləmişdir. Teymur Kərimli 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Teymur Kərimli Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvüdür (2014). 2010-cu ildə "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına (həmmüəlliflərlə) görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur. Teymur Kərimli otuz ildən artıq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktoru vəzifəsində (2002–2003-cü və 2012–2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır.

Digər lüğətlərdə