Todd Hovard (dizayner)
Todd Hovard (ing. Todd Howard; 6 oktyabr 1970, Louer Makunqi Taunşip[d], Pensilvaniya) — ABŞ videooyun dizayneri, rejissoru və prodüseri. O hal-hazırda "Bethesda Game Studios"un baş direktoru və icraçı prodüseridir. Hovard burada "Fallout 3", "Fallout 4" və "Elder Scrolls" oyunları üzərində işləmişdir. GamePro jurnalı Hovardı son 20 il ərzində "Videooyunçuluğun ən təsirli 20 adamı"ndan biri adlandırmışdır. Hovard IGN tərəfindən "Bütün vaxtların ən yaxşı oyun yaradıcıları" siyahısına əlavə edilmişdir.
Todd Hovard 25 aprel 1971-ci ildə Pensilvaniya ştatının Louer Makunqi Taunşipində anadan olmuşdur. Hovardda uşaq vaxtlarında kompüterlərə, xüsusilə videooyunlarına böyük maraq yaranmışdı. Hovard Wizardry və Ultima III: Exodus oyunlarını gələcəkdə yaratdığı oyunların ilham mənbəyi hesab edir. Todd 1989-cu ildə Emmaus Orta Məktəbindən məzun olmuşdur.