Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dizaği
Dizaği — təxəllüs.
Vəliməhəmməd ağa Dizaği
Xəlil bəy Dizaği
Hacı Qiyasəddin ağa Dizaği
Hacı Qiyasəddin ağa Dizaği - Qarabağ bəylərindən, qurucu, xeyriyyəçi == Həyatı == Hacı Qiyasəddin ağa 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində dünyaya gəlmişdi. Kəndlərinin kədxudası olmuşdu. Qurucu və xeyrxah adam olub. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdi. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur. Hacı Qiyasəddin ağanın Məhəmməd ağa adlı oğlu vardı.
Mirzə Məhəmməd bəy Dizaği
Mirzə Məhəmməd bəy Kərbəlayı İsmayıl bəy oğlu (1803, Xatınbulaq, Qaryagin rayonu – Xatınbulaq, Qaryagin rayonu) — Qarabağ atlı alayının süvarisi, mahal mirzəsi, kədxuda. == Həyatı == Mirzə Məhəmməd bəy Kərbəlayı İsmayıl bəy oğlu 1803-cü ildə Qarabağın Xırdapara-Dizaq mahalının Xatınbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra Şuşa şəhərində mədrəsə də təhsilini davam etdirmişdir. Mahal naibi Məlik Həsən bəy Sultanovun göstərişi ilə mirzə təyin edilmişdir. Atası Kərbəlayı İsmayıl bəy vəfat edəndən sonra kəndlərinə kədxuda vəzifəsinə keçirilmişdir. Mahalın savadlı, sayılan adamlarından idi. Mirzə Məhəmməd bəy 1829-cu ildə Qarabağ atlı alayına göndərilmiş, bir müddət burda xidmət etmişdir. Göstərdiyi şücaətə görə, medalla təltif olunmuşdur. Mirzə Məhəmməd bəy Nisə xanımla ailə qurmuşdur.
Məlik Namazəli bəy Pirəhmədli-Dizaği
Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli (1735) — Qarabağ bəylərindən biri, Xırdapara-Dizaq mahalının naibi, məlik. == Həyatı == Məlik Namazəli bəy Şəmil bəy oğlu 1735-ci ildə Qarabağın Dizaq nahiyəsinin Pirəhmədli kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Xanlığın ictimai-siyasi yaşamında fəal iştirak etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu yeni yaranmış Xırdapara-Dizaq mahalına naib, məlik təyin etmişdi. Savaş zamanı mahalın piyada tüfəngçilərinə başçılıq edirdi. Onun törəmələri Məliknamazəliyev soyadını daşıyırlar. Məlik Namazəli bəyin Rəhim bəy adlı oğlu vardı. == Mənbə == M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı.
Dilbazi
Dilbazi — təxəllüs. Aynur Dilbazi Camal ağa Dilbazi (1860–1945) — Azərbaycan şairi. Əminə Dilbazi (1919—2010) — Azərbaycan rəqqasəsi. Minirə Dilbazi (d. 1937) — musiqiçi. Mirvarid Dilbazi (1912—2001) — azərbaycanlı şairə, tərcüməçi. Müseyib Dilbazi (1923—2011) — dövlət xadimi. Rəşid Dilbazi Yaqut Dilbazi (1910—1994) — azərbaycanlı yazıçı.
Şıxbağı
Şıxbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Şıxbağı kəndi Zərdab şəhərindən 14 km cənub-şərqdə Zərdab-Çöl Ərəb yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. == Tarix == Kəndin tarixi haqqında dəqiq məlumat yoxdur. Lakin yaşlı nəslin nümayəndələrinin əhvalatlarından məlum olur ki, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir. Kəndin adı "Şıx" və "bağ" sözlərinin birləşməsindən yaranmışdır. "Şıx" sözü "Şeyx" sözünün təhrif olunmuş formasıdır. "Şeyx" ərəb sözü və dini tituldur. "Şeyxbağı" formasından "Şıxbağı" formasına keçərək tarixə düşmüşdür. Kənddə yaşayanlar dövrünün adlı-sanlı nəsillərinə aid insanlarıdır. Kənddə Azamanlı, Əbdürəhmanlı, Mərdkətdi, Məmmədli, Cavadlı, Marallı kimi nəslin nümayəndələri yaşayır.
Dizaq
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Minirə Dilbazi
Minirə Xulusi qızı Dilbazi — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Əmək Veteranı, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. == Həyatı == Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Xanlıqlar kəndinin Dilbazilər soyundandır.Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar. M.X.Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır. M.X.Dilbazi 30-a yaxın elmi və metodiki işin müəllifidir.
Mirvarid Dilbazi
Mirvarid Paşa qızı Dilbazi (19 avqust 1912, Musaköy, Qazax qəzası – 12 iyul 2001, Bakı) — azərbaycanlı şairə, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR ilk xalq şairəsi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). "Şərəf Nişanı" (iki dəfə), "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1997) ordenləri ilə təltif olunub. == Həyatı == XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışmışdır. Xatirə Dilbazi adında yeganə qız övladı var. 2001-ci il iyulun 12-də vəfat etmişdir. == Yaradıcılığı == Şairənin əsas yaradıcılıq fəaliyyəti xalqa, onun həyatında baş verən böyük inqilabi dəyişikliklərlə bağlı olmuşdur.
Müseyib Dilbazi
Müseyib Osman ağa oğlu Dilbazi (9 sentyabr 1923, Musaköy, Qazax qəzası – 9 sentyabr 2011, Qazax) — Qazax şəhər sovetinin deputatı, Qazax Rayon Veteranlar Şurasının sədri. == Həyatı == 1923-cü il sentyabrın 9-da Xanlıqlar kəndində anadan olmuşdur. Gəncədə 5-ci komsomol məktəbini bitirmişdir. Bu şəhərdə Tibb Texnikumunda diş həkimliyi ixtisasına yiyələnmişdir. Atası Osman ağa 1938-ci ildə basmaqəlib "xalq düşməni" ittihamı ilə həbs edildikdən sonra ailəliklə çətin günlər görmüşdür. Texnikum təhsilini başa vurduqdan sonra bir müddət Qazaxdan aralı yerlərdə — 1939-cu ildən 1941-ci ilin iyun ayınadək Bərdədə həkim, o mahalın Şirvanlı kənd həkim məntəqəsinin müdiri işləmişdir. Böyük Vətən müharibəsi başlanandan bir neçə gün sonra — iyunun 26-da könüllü olaraq cəbhəyə yollanan Müseyib Dilbazi Qərbi Ukraynada döyüşlərə qatılır, onun xidmət etdiyi hərbi hissə İvanovo-Frankovskdan Kiyevə qədər ağır müdafiə döyüşləri apara-apara geri çəkilir. "Diviziyamız canlı qüvvə sarıdan böyük itkilər vermişdi. Kiyev ətrafından bizim hissəni götürüb Tula ətrafında gedən vuruşmalar rayonuna atdı- lar, orada yaralandım. Sağaldıqdan sonra yenidən öz hissəmə — 151-ci diviziyaya gəldim", — deyə Müseyib Dilbazi xəyalən o illərə qayıdaraq danışırdı.
Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı. == Həyatı == Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30–40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə — nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə — hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir. Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur.
Əminə Dilbazi
Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax, Gəncə quberniyası – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959). == Həyatı == Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır. Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir.
Camal ağa Dilbazi
Camal ağa Dilbazi "Giryan" (1860 – 1945, Qazax) — Azərbaycan şairi (XIX əsr(1860-1945),1917-19-cu illərdə Qazax şəhəri idarəsinin başçısı. == Həyatı == Zəmanəsinin dərin bilikli alimi,sufi şairi və ictimai xadimi olmuş Camal ağa Dilbazi Qazax qəzasının Xanlıqlar kəndinin bəylərindən,Vəhidi təxəllüslü şair Hacırəhim ağanın üçünçü oğludur.İlk təhsilini o biri qardaşları kimi atasından o çağın bu gözüaçıq, maarifpərvər insanından almış, türk,ərəb və fars dillərini ilkin olaraq ondan öyrənmişdir.Elmə,biliklərə yiyələnməyə böyük həvəsi olan Camal ağa tək özü oxuyub-öyrənməklə qalmayıb,həm də maarifçiliklə məşğul olmağa çalışmışdır.İlk gənclik dövründən qətiyyətli,təmiz əxlaqı,məqsədyönlü xarakteri ilə seçilirdi.Bu illərdə eşitdiklərini, gördüklərini gündəliyinə qeyd etməyi özünə adət edən Camal ağa eyni zamanda “Giryan” ("Ağlar" mənasında) təxəilüsü ilə sufi-yanə şeirlər, xalq şeiri üslubunda oynaq qoşmalar yazırdı. Sonralar, daha doğrusu 1905-ci ildə yaşadığı Xanlıqlar kəndindən Qazax şəhərinə köçür, ticarətlə məşğul olur, burada ev tikdirir, həyatını ticarətlə, kirayə verdiyi mənzillərdən gələn gəlir və Xanlıqlardakı təsərrüfatından götürdüyü gəlirlə təmin edirdi.Ədəbiyyata o dərəcədə bağlı idi ki, evində ədəbi məclis təşkil etmişdi. Ədəbiyyatı ve tariximizi bilənlər, el şairləri, ziyalılar bu məclisə toplaşır, şeirləşir, ədəbi muzakirələr aparırdılar, şairlik istedadı olan, ədəbiyyatı yaxşı bilən şəxslərdən -Şahniyar xanım Rəncur, Salahlıdan Şəhla təxəllüslü Şəmşi bəy Vəkilov və İbrahim Əfəndi Qayıbov, Barxudarlıdan Ağacıq oğlu Nebi ağa, Daş Salahlıdan el şairləri Vəli ağa Alaybəyov və Mirzə Səməd Həsənov, Çaylı kəndindən şair və müəllim Hacıkərim Saniyev, Kəsəmənli İsrafil ağa Kərbəlayev və b. bu ədəbi məclisin daimi iştirakçıları idilər. Hətta bir dəfə pristav Şəfi bəyi, başqa bir dəfə pristav Həsənəli bəy Əsgərxanovu həcv etmək üçün öz aralarında müsabiqə elan edirlər. Bu müsabiqələrdə Camal ağanın həcvi qalib elan olunmuşdu. Maariflənmənin önəmini yaxşı dərk edən Camal ağa 1912-ci ildə Qazax şəhərində İsrafil ağa Kərbəlayevin mehmanxanasının bir otağında öz hesabına qiraətxana və kitabxana açır. Buraya Bakıdan, Tiflisdən, İstanbuldan çoxlu kitab, qəzet, jurnal gətirir. Yerli ziyalıların gəlib-gətdikləri bu qiraətxana 1918-ci ildə Müəllimlər Seminariyasının açılışı ilə daha da canlanmış, bu tədris ocağının müəllimləri və tələbələri buraya ayaq açmışdılar.
Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi- ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Texnologiya Universitetinin professoru == Həyatı == Pərvin Muradova-Dilbazi Bakı şəhərində dünyaya gəlib. O,xalq artisti, milli rəqs ustası, baletmeyster və pedaqoq Əminə Dilbazi ilə Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevin qızıdır. Pərvin Muradova-Dilbazi 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. 1972-1977-ci illərdə indiki Bakı Musiqi Akademiyasında oxuyaraq, professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. Evlidir, 2 övladı var. == Fəaliyyəti == 1977-1981-ci illərdə indiki Sumqayıt Musiqi Kollecində fortopianodan dərs deyib. 1981-1990-cı illərdə Bakı Musiqi Akademiyasında müəllim işləyib. 1990-cı ildə ailəsi ilə birlikdə Amerikaya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb.
Dizaq mahalı
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Dizaq məlikliyi
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Dizaq nahiyəsi
Dizaq nahiyəsi — Qarabağda XIII əsr-1939 inzibati nahiyə. == Tarixi == Qarabağ bəylərbəyliyinin Arazbar ölkəsinin inzibati ərazisi. 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Dizaq sancağı nahiyəsi. Dizaq nahiyəsi 79 kənd 3 qışlağı 1 məzrədən ibarətdi. Bu kəndlərdən 33 boş və kimsəsiz olub onların yalnız vergi hasılatı qeyd olunmuşdur. 1 Qoçəhmədli 2 Qarabulaq qışlağı 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Bərgüşad livasının Dizaq nahiyəsi 86 Köy bulunmakta 41 köy ise boştur vergi veren : 1 Tuğ 2 Cəbrayıl (Cebrayıllı) 3 Daşkəsən (Cəbrayıl) 4 Hadrut (Haderud) 5 Sur 6 Mehemmedzur 7 Benazur 8 Köşbek 9 Azıx (Xocavənd) (Azug) 10 Seleketün 11 Düdükçü 12 Susalıg 13 Tomu 14 Zamzur 15 Edilli Eydilli ( beydilli ) 16 Dərəaxunlu 17 Cerağuş 18 Teğasi 19 Metucahan ve gışlaglar 20 Tumaglı 21 Əhmədli 22 Mingülab Teresu 23 Qarğabazarı 21 Qoçəhmədli 12 nəfər vеrgi ödəyən adam var. Bu adamlar 12.000 ağça vеrgi ödəyirmişlər. Məşğuliyyətləri əkinçilik imiş. Buğda, arpa və pərinc əkirmişlər. Ipəkçiliklə də ilgilənirmişlər.
Dizaq qəzası
Dizaq qəzası — Qarabağ bəylərbəyliyinə daxil olan qəza. == Haqqında == Dizaq "qalaça" deməkdir. Dizaq qəzasının ərazisinə Füzuli bölgəsinin xeyli kəndi daxil idi. Bu kəndlər əsasən dağlıq hissədə yerləşən şenliklərdir. 1593-cü ildə Dizaq qəzasının Dizaq nahiyəsinə 82 kənd aid edilirdi (Füzuli bölgəsinə aid olan). Səfəvilər hakimiyyəti zamanında, bəylərbəylik dönəmində Dizaq qəzasının və nahiyəsinin kəndləri Osmanlı qaynaqlarındakı ilə eynidir. Dizaq qəzası XVII yüzilin sonlarında ləğv olundu. Qəzanın kəndlərinin əksəriyyəti Dizaq nahiyəsinin tərkibinə verildi.
Dizaq rayonu
Hadrut rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir. Hadrut farsca iki çay arası deməkdir. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;1939-cu il avqustun 17-də Ceraberd rayonu Mardakert, Dizaq rayonu isə Hadrut rayonu adlandırılmışdır.
Dizaq sancağı
Dizaq sancağı — Liva-i Dizaq (Dizaq livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizaq idi.
Cavanşir-Dizaq mahalı
Cavanşir-Dizaq mahalı — Qarabağ xanlığının 25 mahalından biri. == Qısa bilgi == Sahəsi - Əhalisi - Cavanşirlər Yaranması — 1747-ci il Mərkəzi— Hacılı obası Sərhədləri —Qərbdən Xırdapara-Dizaq mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Dəmirçihəsənli mahalı, cənubdan Ərdəbil xanlığı. == Cavanşir-Dizaq mahalının tarixi == Qədim-qayım Qarabağın mahallarından biri də Cavanşir-Dizaqdır. Cavanşir-Dizaq mahalı qərbdən Xırdapara-Dizaq, şimaldan Vərəndə, şərqdən Dəmirçi-Həsənli, cənubdan Ərdəbil vilayəti, Şahsevən xanlığı ilə həmsərhəd idi. Cavanşir-Dizaq mahalı əski Arazbar qəzası ərazisinin əksər hissəsini əhatə edirdi. Arazbar qəzası isə ta qədimdən Cavanşir elinin yurd yeridir. Pənahəli xan Sarıcalı-Cavanşir hakimiyyətə yiyələnəndən sonra Qarabağ xanlığını mahallara böldü. Arazbar qəzasının əsas hissəsi Cavanşir-Dizaq mahalının ərazisinə düşdü. Qarabağ xanları əslən Cavanşir-Dizaq mahalından olduqlarından bu bölgənin camaatına xüsusi qayğı göstərirdilər. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum Pənah xanın əsil-nəsəbi Dizağın Cavanşir elindəndir.
Dizaq-Cəbrayıllı mahalı
Dizaq-Cəbrayıllı mahalı — Qarabağ xanlığının 25 mahalından biridir. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi -Cəbrayıllılar Yaranması — 1747-ci il Paytaxtı— Cəbrayıllı kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Dizaq mahalı, şərqdən Xırdapara-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı. == Mahalın tarixi == Qədim-qayım Qarabağın ünlü mahallarından biri də Dizaq-Cəbrayıllıdır. Mahalın sınır-sərhədi güneydən Araz çayı, quzeydən Dizaq mahalı, günbaтandan Bərgüşad mahalı və günbaтandan Xırdapara-Dizaq mahalıdır. Dizaq-Cəbrayıllı mahalı Dizaq mahalının ərazisində yaranıb. Mahal öz adını Cəbrayıllı elindən alıb. Mahal 1822-ci ildə ləğv olundu. Dizaq mahalına bağlandı. == Cavanşir-Dizaq mahalının naibləri == == Mənbə == Ənvər Çingizoğlu, Cəbrayıllı eli, "Soy" dərgisi, 2 (5), 2005, səh.48–57. Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007.
Dizaq məlik sarayı
Dizaq məliklərinin sarayı və ya Məlik Yeqanın sarayı — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidələri kompleksi. Kompleksə daxil olan tikililər müxtəlif dövrlərdə inşa edilmişdir. Əsas saray binasının birinci mərtəbəsi XVIII əsrdə, ikinci mərtəbəsi isə XIX əsrdə tikilmişdir. == Tarixi == Ehtimal ki, saray kompleksi daha qədim tikililərin yerində inşa edilmişdir. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir. Abidəni tədqiq etmiş K. Mkrtçyanın fikrincə, əsas saray binasının birinci mərtəbəsi XVIII əsrin 20-30-cu illərində, ikinci mərtəbəsi isə XIX əsrin əvvəllərində inşa edilmişdir. Qəbul otağının giriş qapısı üzərindəki portalda yerləşdirilmiş kitabədə yazılmışdır: Kitabədə qeyd edilənlər həmin dövrün fars, türk və erməni dilli mənbələrində də təsdiqlənir. Məlik Yeqanın məzar daşı üzərindəki kitabədə isə yazılır: == Memarlıq xüsusiyyətləri == Tuğ kəndinin mərkəzində yerləşən kompleks 38x13.24 metr ölçülər və planda düzbucaqlı formaya malikdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları vardır. Kiçik dəyişikliklərə baxmayaraq, məlik sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə çatmışdır.