Allahverdi Dolxanov
Allahverdi Dolxanov — Qarabağ üzrə seçki komisiyasının sədri, Kənd təsərrüfatı elmləri namizədi, BDU-nun Coğrafi ekologiya kafedrasının dosenti.
== Həyatı ==
1950-ci il dekabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində Repressiya ailəsində anadan olub. 1957-1967-ci illərdə Novruzlu kənd orta məktəbini bitirib. 1975-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 2002-ci ildən BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında müəllim, dosent vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var.
== Təhsili və elmi adları ==
1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlarİnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb
1991, Moskva şəhəri Ümumittifaq Meşə mexanizasiya və Meşə təsərrüfatı inistitutunda , Azərbaycanın suvarılan şəraitində tez böyüyən texniki əhəmiyyətə malik söyüd növlərindən ibarət plantasiyaların salınması aqrotexnikasının öyrənilməsi (genetika və seleksi və şəhərlərin yaşıllaşdırılması) indeksində müdafiə edib alimlik dərəcəsi almışdır.
== Əmək fəaliyyəti ==
1970-1977, Xankəndi şəhərində Suvarma Sistemləri İdarəsində mühəndis, Şuşa şəhərində müəllim,1977-1992, Bərdə şəhərində Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqro Meşə Meliorasiya İnstitutunda baş elmi işçi, şöbə müdiri,
Azərbaycan Elmi-Tədqiqat Meşə Təcrübə Stansiyasının direktoru, Dövlət Təbiəti Mühafizə Komitəsinin meşələrin mühafizəsi və qorunması üzrə böyük mühəndis, rəis əvəzi.
2005, Xankəndi seçki dairəsi dairə seçki kolmissiyasının sədri,
1993, BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında çalışır.
Aqroekologiya, Regionların tarazlı inkişafı, Ekologiyanın qlobal problemləri, Qoruq və yasaqlıqlar, Meşə ekosistemlərinin bərpası metodları, Təbiətdən istifadənin hüquqi əsasları
81 elmi əsər
1984 ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasının qərarı ilə ətraf mühitin mühafizəsində fəallığına görə medalla təltif edilmişdir
1990, öüzünümüdafiə batalyonunun yaradılmasında Ağdərə və Ağdam istiqamətlərində döyüşlərdə iştirak etmişdir
1993-cü ildən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir.