Badımcan dolması

Badımcan dolmasıAzərbaycanın milli mətbəxinə aid olan xörəkdir.

Badımcan dolması
Aid olduğu milli mətbəxlər
Azərbaycan mətbəxi
Müəllif Azərbaycanlılar
Təfərrüatları
Tipi Dolma
Digər mətbəxlərdə
Digər mətbəxlərdə

Lazım olan ərzaqlar

[redaktə | mənbəni redaktə et]
  • qoyun əti – 163 q,
  • badımcan – 300 q,
  • baş soğan – 20 q,
  • ərinmiş yağ – 20 q,
  • pomidor – 50 q,
  • göyərti (reyhan, keşniş) – 15 q,
  • darçın – 0,2 q,
  • qatıq – 50 q,
  • istiot −0,1 q, duz.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]
Poçt markası (2005)

Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.